• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycan Ordusu sağlam gəncliyin yetişməsində xüsusi rola malikdir ŞƏRH

Cəmiyyət

26-06-2024, 10:12

Bu, real həqiqətdir ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi və siyasi potensialı ilə yanaşı, onun malik olduğu ordunun qüdrəti ilə də ölçülür. Azərbaycanda Milli Ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçib.

Bunu açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

Milli Ordumuzun inkişaf tarixinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirən deputat əlavə edib: “Məhz Ulu Öndərin 1969-cu ildə Azərbaycanda birinci dəfə hakimiyyətə gəldikdən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ümummilli Liderin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Heydər Əliyev 1971-ci ildə böyük çətinliklərlə Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Ulu Öndər Heydər Əliyevin sayəsində gənclərimizin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxumaları, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbulu mümkün oldu.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz bütün sahələrdə olduğu kimi, hərbi sahədə də ciddi böhranla üzləşdi. Yalnız 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkədə ordu quruculuğu prosesini davam etdirdi. 1994-cü il may ayının 12-də “Bişkek protokolu” imzalandıqdan sonra Azərbaycanda Milli Ordunun formalaşması daha da sürətləndi. Ulu Öndərin vurğuladığı kimi, “Etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz”. Beləliklə, həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı, nəticədə Azərbaycan Ordusu kifayət qədər təşkilatlanmış böyük bir qüvvəyə çevrildi.

Azərbaycan Prezidentinin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ordu quruculuğu ilə bağlı həyata keçirilən tədbirlər son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni müstəvidə uğurla davam etdirildi. Belə ki, Silahlı Qüvvələrimizin istər peşəkar hazırlığı, maddi-texniki bazası daha da möhkəmləndirildi, istərsə də hərbi qulluqçular, əsgərlərimizin sosial müdafiəsi sahələrində bir sıra zəruri tədbirlər həyata keçirildi, ümumilikdə ölkənin müdafiə xərcləri əhəmiyyətli dərəcədə artırıldı”.

Məzahir Əfəndiyev qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik” sözləri öz təsdiqini əməli işdə tapıb. Məhz bunun məntiqi nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrilib, 2020-ci ildə Ali Baş Komandanın əmrini – ən şərəfli missiyasını 44 gün müddətində dünya hərb tarixində görülməmiş peşəkarlıqla yerinə yetirərək, 30 il həsrətində olduğumuz doğma Qarabağımızın işğaldan azad olunmasını həyata keçirdi, 2023-cü ildə isə suverenliyimizi tam bərpa etdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbələrinin şahidi oldu.

Artıq müasir Azərbaycan Ordusunun ən yüksək standartlara cavab verdiyini vurğulayan deputat əlavə edib: “Vətən müharibəsində qazanılan Zəfər ordu quruculuğunda müəyyən islahatları şərtləndirdi. Azərbaycan Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi, eyni zamanda, hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə 2022-ci ildə Milli Müdafiə Universiteti yaradıldı. Bu gün müzəffər Silahlı Qüvvələrimiz torpaqlarımızın, müstəqilliyin qorunması ilə yanaşı, eyni zamanda, yeni dönəmin Azərbaycan gəncliyinin həyata hazırlıq prosesi, təlim-tərbiyəsi, davranış, nizam-intizam qaydalarının formalaşması və öyrənilməsində xüsusi rola malikdir. Bu da öz növbəsində milli-mənəvi və ailə dəyərlərinin qorunması, eləcə də dövlət quruculuğu prosesində özünü əhəmiyyətli dərəcədə büruzə verir.

Nəzərə alsaq ki, yeni nəslimizin məsuliyyəti hazırda əvvəlkindən daha ağırdır, gəncliyimiz, o cümlədən Azərbaycan əsgəri də daha sağlam olmalıdır”.

M.Əfəndiyev qeyd edib ki, 26 iyun tarixi, eyni zamanda, beynəlxalq təqvimdə Birləşmiş Millətlər Təşkilatının xüsusi günü – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur. Azərbaycanda sağlam gəncliyin yetişdirilməsi, peşəkar Ordunun formalaşdırılması, zərərli və bihuşedici vərdişlərin aradan qaldırılması, qeyri-qanuni fəaliyyət növlərinin məhdudlaşdırılması istiqamətində hökumət tərəfindən əməli tədbirlər görülür.

“Beləliklə, 26 iyun tarixi bizə onu deməyə əsas verir ki, Azərbaycan gəncliyi məsuliyyətini dərk edərək, sağlam, savadlı və hər zaman Ali Baş Komandanın çağırışlarına hazır olmalı, Vətən qarşısındakı vəzifələrini şərəflə yerinə yetirməli, ləyaqətli vətəndaş olaraq Azərbaycanın davamlı inkişafında iştirakçılığını təmin etməlidir”, - deyə deputat vurğulayıb.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

26-06-2024, 10:09

Silahlı Qüvvələrin modernləşdirilməsi dövlət siyasətinin strateji istiqamətlərindəndir ŞƏRH

Cəmiyyət

13-06-2024, 21:22

Fövqəladə Hallar Nazirliyi Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib

Cəmiyyət

19-05-2024, 12:10

Polkovnik: Heç bir qüvvə Azərbaycanda xalq-ordu birliyinə xələl gətirə bilməz

Cəmiyyət

25-06-2024, 12:24

Azərbaycanın Silahlı Qüvvələri müstəqilliyinin qarantlarından biridir ŞƏRH

Siyasət

15-12-2023, 16:07

İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi 50 milyonluq azərbaycanlı kimliyinin tələbidir RƏY

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 17:54
    Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir
  • Сегодня, 17:50
    Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
  • Сегодня, 12:39
    Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq
  • Сегодня, 12:36
    Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
  • Сегодня, 12:34
    Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb
  • Сегодня, 12:33
    Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır
  • Сегодня, 12:30
    "ADEX 2026" davam edir
  • Сегодня, 12:27
    Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
  • Сегодня, 12:25
    Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
  • Сегодня, 12:22
    Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
  • Сегодня, 12:19
    Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın
  • Сегодня, 12:16
    Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi
  • Сегодня, 12:13
    Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi
  • Вчера, 10:50
    Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir
  • Вчера, 10:48
    Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır
  • Вчера, 10:46
    Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu işə başlayıb
  • Вчера, 10:43
    Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir
  • Вчера, 10:41
    Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır
  • 30-09-2026, 12:01
    Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb
  • 30-09-2026, 11:55
    Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib
  • 30-09-2026, 11:52
    Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
  • 30-09-2026, 11:50
    Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
  • 30-09-2026, 11:46
    Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub
  • 29-09-2026, 11:58
    Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub
  • 29-09-2026, 11:55
    AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur
  • 29-09-2026, 11:52
    Bu gün Ümumdünya Ürək Günüdür
  • 28-09-2026, 14:20
    DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək
  • 28-09-2026, 14:16
    Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir
  • 28-09-2026, 14:13
    Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər
  • 28-09-2026, 14:10
    Vətən müharibəsinin xronikası: 28 sentyabr
  • 28-09-2026, 14:06
    "Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər
  • 27-09-2026, 11:22
    Bir dəqiqəlik sükut, əbədi ehtiram...
  • 27-09-2026, 11:07
    Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
  • 27-09-2026, 10:56
    Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalayıb
  • 26-09-2026, 09:44
    Seyid Yəhya Bakuvi irsi fəlsəfə tariximizin qızıl səhifəsidir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə