• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bakıda 5-ci Azərbaycan Onkologiya və Nüvə Təbabəti Simpoziumu işə başlayıb

Cəmiyyət

6-07-2024, 18:13

Milli Onkologiya Mərkəzi və Azərbaycan Nüvə Təbabəti Cəmiyyəti tərəfindən Bakıda 5-ci Azərbaycan Onkologiya və Nüvə Təbabəti Simpoziumu keçirilir. Tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya və Türkiyədən də mütəxəssislər iştirak edirlər.

Simpoziumda Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli çıxış edərək, iştirakçıları Mərkəzin baş direktoru akademik Cəmil Əliyevin adından salamlayıb. Baş həkim bildirib ki, nüvə təbabəti müasir səhiyyənin istər diaqnostikası, istərsə də müalicəsində vacib sahələrdən biridir.

Onun sözlərinə görə, dünyada səhiyyə sahəsində gedən inkişaf Azərbaycandan da yan keçməyib: “Ölkəmizdə səhiyyənin inkişafında Prezident İlham Əliyevin rolunu xüsusi vurğulamaq lazımdır. Azərbaycanda nüvə təbabətinin yaradılması çox çətin idi. Milli Onkologiya Mərkəzinin baş direktoru akademik Cəmil Əliyevin təşəbbüsü ilə Azərbaycanda Nüvə Təbabəti Mərkəzi yaradıldı və 2016-cı ildə açılışı oldu. Açılışda Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunun müavini Dazhu Yanq da iştirak etmişdi. Bu, Azərbaycan səhiyyəsi üçün çox böyük nailiyyət idi. Nüvə təbabəti təkcə onkologiyanın deyil, bir çox xəstəliyin istər diaqnostikasında, istərsə də müalicəsində tətbiq olunan son tibbi nailiyyətlərdəndir”.

Simpoziumun tibbin çox müasir və sürətlə inkişaf edən, eyni zamanda, fundamental elmin nəticələrinə əsaslanan sahəsinə həsr edildiyini bildirən səhiyyə nazirinin müavini Nadir Zeynalov isə nüvə təbabəti elminin inkişafının fizika və kimya elmlərinin nailiyyətləri ilə əlaqədar olduğunu deyib: “Radionuklidlərin icad olunması, onların hazırlanması təqribən keçən əsrin 20-30-cu illərinə təsadüf edib. Ötən əsrin 50-60-cı illərində isə onların tibdə tətbiqinə başlanılıb. Bu sahədə sıçrayış XX əsrin 80-90-cı illərində qeydə alınıb. Artıq radionuklidlərin anatomik şəkil verən görüntüləmə üsulları ilə birləşdirilməsindən irəli gələn müayinə nəticələri ortaya çıxıb”.

O bildirib ki, nüvə təbabəti təkcə diaqnostik üsul deyil, buraya radionuklidlərlə müalicə də aiddir. Burada istifadə edilən radionuklidlər ionizəedici şüalanma mənbəyidir. “Nüvə təbabətində istifadə olunan üsullar insan sağlamlığına müəyyən qədər zərər verir. Burada dozalanma elə olmalıdır ki, həm lazımi nəticə əldə olunsun, həm də insan sağlamlığına minimal zərər yetirilsin. Belə balanslaşdırılmış iş nüvə təbabəti mütəxəssisləri tərəfindən həyata keçirilir. Buna görə də nüvə təbabəti mütəxəssislərinin hazırlanması kifayət qədər uzun müddət tələb edir. Bugünkü simpozium bu sahəyə aid olan təcrübə və biliklərin bölüşülməsi üçün çox uğurlu platformadır", - deyə o əlavə edib.

Simpozium məruzələrlə davam edib.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

16-03-2024, 10:42

Azad Kərimli: Ölkəmizdə onkoloji xəstələrin müalicəsi ən müasir avadanlıqlarla aparılır

Cəmiyyət

4-02-2024, 14:40

Fevralin 4-ü Ümumdünya Xərçənglə Mübarizə Günüdür

Dünya

7-11-2023, 14:17

İsrailli nazirin Qəzzaya qarşı nüvə təhdidi qəbuledilməzdir - ABŞ rəsmisi

Dünya

6-02-2024, 19:07

Çexiya daha dörd nüvə reaktoru inşa etmək niyyətindədir

Cəmiyyət

4-10-2023, 13:22

Azərbaycanda süd vəzi xərçəngindən əziyyət çəkənlərin sayı AÇIQLANDI

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 09:45
    Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər
  • 18-08-2026, 12:12
    Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək
  • 18-08-2026, 12:10
    Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar
  • 18-08-2026, 12:07
    Azərbaycan Mətbuat Şurası Rusiyanın informasiya məkanındakı təhdidlərlə bağlı bəyanat yayıb
  • 17-08-2026, 12:25
    Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb
  • 17-08-2026, 12:22
    Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb
  • 17-08-2026, 12:20
    Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb
  • 17-08-2026, 12:16
    Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var
  • 17-08-2026, 12:14
    General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb
  • 17-08-2026, 12:02
    DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
  • 16-08-2026, 14:29
    Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
  • 16-08-2026, 14:26
    Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib
  • 15-08-2026, 14:12
    Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür
  • 15-08-2026, 14:05
    Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək
  • 15-08-2026, 14:01
    Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib
  • 14-08-2026, 10:30
    Azərbaycan nefti 93,97 dollara satılır
  • 14-08-2026, 10:27
    Xankəndi şəhərinə növbəti köç yola salınıb
  • 14-08-2026, 10:24
    Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzindədir
  • 13-08-2026, 17:13
    Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
  • 13-08-2026, 17:09
    Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş
  • 13-08-2026, 12:32
    Birinci ixtisas qrupunda 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb
  • 13-08-2026, 12:26
    Ali Məhkəmə: Valideyn aliment öhdəliyi müqabilində valideynlik hüququndan imtina edə bilməz
  • 13-08-2026, 12:21
    Qlobal logistika Naxçıvanda mərkəzlənir: Azərbaycanın təhlükəsizlik və dəhliz strategiyası – TƏHLİL
  • 12-08-2026, 12:23
    DİN: 46 kiloqram narkotik vasitənin dövriyyəsinin qarşısı alınıb
  • 12-08-2026, 12:21
    Prezidentin Naxçıvan səfəri: Muxtar respublikanın kompleks inkişafında və strateji rolunun artırılmasında yeni mərhələ - TƏHLİL
  • 12-08-2026, 12:17
    Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat ayrılıb - SƏRƏNCAM
  • 11-08-2026, 15:22
    ABŞ, Ermənistan və Azərbaycanın Birgə Bəyanatı Türkiyə mediasının diqqət mərkəzindədir
  • 11-08-2026, 15:05
    İlahiyyat İnstitutu: Dini dezinformasiyanın qarşısının alınması üçün dini savadlılığın artırılması vacibdir
  • 11-08-2026, 14:55
    Külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 10-08-2026, 13:23
    Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?
  • 10-08-2026, 13:18
    Azərbaycanda insult və neyrovaskulyar xəstəliklərin vahid reyestri yaradılır
  • 10-08-2026, 13:15
    Lisenziyasız kosmetoloji fəaliyyət göstərən şəxs barəsində qanuni tədbirlər görülüb
  • 9-08-2026, 13:03
    Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur
  • 9-08-2026, 12:59
    Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür
  • 8-08-2026, 13:48
    Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə