Oktyabrın 14-18-də İtaliyanın Milan şəhərində 75-ci Beynəlxalq Astronavtika Konqresi (IAC 2024) keçiriləcək.
Bakı Dövlət Universitetindən (BDU) bildirilib ki, konqresdə Azərbaycanı təmsil edəcək tələbə və gənc alimlərdən ibarət milli elmi komandada BDU-nun 10 tələbəsi yer alıb.
Xatırladaq ki, BDU Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasının 2023-cü il üçün ilk sessiyasında rəsmi üzv seçilib. Bu seçki 2023-cü il oktyabrın 2-6-da Bakı şəhərində keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi (IAC 2023) çərçivəsində baş tutub.