• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

BDU məzunu: Küveytdə təhsilimi başa vurduqdan sonra ölkəmizdə tərcüməçi kimi fəaliyyət göstərməyi planlaşdırıram

Cəmiyyət

7-09-2024, 20:12

Azərbaycan Dövlət İnformasiya Agentliyi
ELM VƏ TƏHSİL
BDU məzunu: Küveytdə təhsilimi başa vurduqdan sonra ölkəmizdə tərcüməçi kimi fəaliyyət göstərməyi planlaşdırıram
07.09.2024 [15:58]
BDU məzunu: Küveytdə təhsilimi başa vurduqdan sonra ölkəmizdə tərcüməçi kimi fəaliyyət göstərməyi planlaşdırıram
Bakı, 7 sentyabr.

Xaricdə təhsil almaq qərarı adətən daha geniş imkanlar, fərqli perspektivlər və daha yaxşı karyera şansları ilə bağlıdır. Mənim də seçimim beynəlxalq təcrübə qazanmaq, fərqli mədəniyyətləri öyrənmək istəyimdən irəli gəldi.

Bu fikri müsahibəsində Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin məzunu, Küveyt Universitetinin Dillər Mərkəzində bir il müddətində ərəb dilinin təkmilləşdirilməsi kursunun iştirakçısı Zeynəb Atamalıyeva söyləyib. O deyib: “Digər bir səbəb kimi isə onu qeyd etmək istərdim ki, dil daim inkişaf edən sosial varlıq olduğundan öz mühitində öyrənilərsə, daha yaxşı nəticə verər. Mənim də ixtisasım ərəb dili üzrə tərcümədir. Bununla yanaşı, bakalavr təhsilim müddətində Qətərdə və Omanda keçirilmiş beynəlxalq debatlarda və konfranslarda ölkəmizi təmsil etmişəm. Həmin layihələr zamanı tanıdığım əcnəbi ziyalılar və dostlarımın təhsil təcrübələrini öyrənməyim xaricdə təhsil qərarımın möhkəmlənməsinə səbəb olub”.

Qeyd edək ki, Zeynəbin iştirakçısı olduğu Hökumətlərarası Təqaüd Proqramı (HTP) üzrə 2024-2025-ci il tədris ilində Küveyt Dövlətinin Azərbaycan Respublikası vətəndaşları üçün ayırdığı kvota hesabına 7 tələbə bu ölkədə təhsil alacaq. Bu təqaüd proqramına layiq görülən tələbələrin yaşayış, təhsil, nəqliyyat xərcləri Küveyt Dövləti tərəfindən qarşılanacaq. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təqdim etdiyi namizədlər Küveyt Dövlətinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak etmək şansı qazanıblar.

Müsahibimiz qəbul prosesi ilə bağlı fikirlərini də bölüşüb. Onun sözlərinə görə, proqrama qəbul prosesi peşəkar və şəffaf şəkildə həyata keçirilib: “Bu proses tələbələrin potensialını və motivasiyasını dəyərləndirməyə yönəldilmişdi. Ərizə, sənədlərin qiymətləndirilməsi, müsahibə və qərarın verilməsi kimi mərhələlər, eyni zamanda, ixtisasımıza olan sevgimiz bizi səbirli və ümidli etmişdi”.

Zeynəb Atamalıyeva qeyd edib ki, Küveyt Universiteti Yaxın Şərqdə nüfuzlu təhsil müəssisələrindən biridir və ərəb dili tərcüməsi sahəsində güclü akademik proqramlara malikdir: “Bu proqram dil biliklərimi inkişaf etdirmək və peşəkar tərcümə bacarıqları qazanmaq üçün ideal şərait yaradır. Küveytdə yaşamaq və təhsil almaq ərəb dilini yalnız auditoriyada deyil, gündəlik həyatda da istifadə etməyə şərait yaradır. Bu, dil bacarıqlarımı təkmilləşdirmək və ərəb xalqının mədəniyyəti haqqında dərin bilik qazanmaq üçün əvəzsiz bir fürsətdir”.

HTP əsasında təhsil almaq istəyənlərə tövsiyələrini verən Z.Atamalıyeva deyib: “Hökumətlərarası təqaüd proqramına müraciət etməzdən əvvəl müvafiq proqram haqqında ətraflı araşdırma aparılmalı, onun tələblərini, təklif etdiyi imkanları və məzunlar üçün perspektivləri öyrənməlidirlər. Odur ki, dərslərə diqqətlə yanaşmaq və mümkün qədər yüksək nəticələr əldə etmək əsas şərtlərdən biridir. Eyni zamanda, əlavə bir xarici dil öyrənmək və bunu təsdiq edən müəyyən sertifikatlar almaq lazımdır. Bu, müraciətin daha güclü olmasına kömək edəcək”.

Z. Atamalıyeva vurğulayıb ki, beynəlxalq səviyyədə tanınan bir universitetdə təhsil alaraq, ərəb dili üzrə dərin biliklər qazanmaq və tərcümə bacarıqlarını inkişaf etdirmək başlıca məqsədlərdən biridir. O, eyni zamanda bu proqramın həm akademik, həm də peşəkar mühitdə inkişaf etməyi üçün geniş imkanlar yaradacağına ümidvar olduğunu söyləyib: “Təhsilimi başa vurduqdan sonra, ərəb dili tərcüməçisi kimi ölkəmdə fəaliyyət göstərməyi planlaşdırıram. Məqsədim fərqli sahələrdə - diplomatiya, akademiya və ya mədəniyyət sahəsində tərcüməçilik etməklə, dillər və mədəniyyətlər arasında körpü yaratmaqdır”.

Qeyd edək ki, Bakıda anadan olmuş Zeynəb Atamalıyeva Yasamal rayonu 3 nömrəli və Müşfiqabad qəsəbəsində 274 nömrəli orta məktəblərdə təhsil alıb. 2020-ci ildə 570 balla Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili üzrə tərcümə ixtisasına qəbul olub. 2024-cü ildə BDU-nu fərqlənmə diplomu ilə bitirib.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

8-03-2024, 10:23

Türkiyədə təhsil alan kursantlarla görüş keçirilib

Cəmiyyət

12-08-2024, 10:47

BANM-in 5 məzunu top onluqda

Cəmiyyət

10-07-2024, 16:43

Bakı Ali Neft Məktəbində “Məzun günü”

Cəmiyyət

27-08-2024, 20:28

BDU-105: Ənənələrə söykənən, müasir çağırışlara cavab verən İnformasiya və sənəd menecmenti fakültəsi

Cəmiyyət

3-02-2024, 17:35

Prezident mükafatçısı: Bu mükafata layiq görüldüyüm üçün qürur hissi keçirirəm

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 11:41
    Səbinə Əliyeva: Ombudsman və milli insan hüquqları təsisatları süni intellektin təhlükəsiz tətbiqinin təşviqində mühüm rol oynayır
  • Вчера, 11:37
    Bu gün Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi Günüdür
  • Вчера, 11:35
    Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
  • 22-08-2026, 13:01
    Bakıda oğurluq edən 4 şəxs saxlanılıb
  • 22-08-2026, 12:58
    Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək
  • 22-08-2026, 12:54
    Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir
  • 20-08-2026, 09:45
    Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər
  • 18-08-2026, 12:12
    Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək
  • 18-08-2026, 12:10
    Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar
  • 18-08-2026, 12:07
    Azərbaycan Mətbuat Şurası Rusiyanın informasiya məkanındakı təhdidlərlə bağlı bəyanat yayıb
  • 17-08-2026, 12:25
    Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb
  • 17-08-2026, 12:22
    Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb
  • 17-08-2026, 12:20
    Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb
  • 17-08-2026, 12:16
    Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var
  • 17-08-2026, 12:14
    General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb
  • 17-08-2026, 12:02
    DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
  • 16-08-2026, 14:29
    Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
  • 16-08-2026, 14:26
    Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib
  • 15-08-2026, 14:12
    Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür
  • 15-08-2026, 14:05
    Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək
  • 15-08-2026, 14:01
    Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib
  • 14-08-2026, 10:30
    Azərbaycan nefti 93,97 dollara satılır
  • 14-08-2026, 10:27
    Xankəndi şəhərinə növbəti köç yola salınıb
  • 14-08-2026, 10:24
    Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzindədir
  • 13-08-2026, 17:13
    Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
  • 13-08-2026, 17:09
    Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş
  • 13-08-2026, 12:32
    Birinci ixtisas qrupunda 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb
  • 13-08-2026, 12:26
    Ali Məhkəmə: Valideyn aliment öhdəliyi müqabilində valideynlik hüququndan imtina edə bilməz
  • 13-08-2026, 12:21
    Qlobal logistika Naxçıvanda mərkəzlənir: Azərbaycanın təhlükəsizlik və dəhliz strategiyası – TƏHLİL
  • 12-08-2026, 12:23
    DİN: 46 kiloqram narkotik vasitənin dövriyyəsinin qarşısı alınıb
  • 12-08-2026, 12:21
    Prezidentin Naxçıvan səfəri: Muxtar respublikanın kompleks inkişafında və strateji rolunun artırılmasında yeni mərhələ - TƏHLİL
  • 12-08-2026, 12:17
    Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat ayrılıb - SƏRƏNCAM
  • 11-08-2026, 15:22
    ABŞ, Ermənistan və Azərbaycanın Birgə Bəyanatı Türkiyə mediasının diqqət mərkəzindədir
  • 11-08-2026, 15:05
    İlahiyyat İnstitutu: Dini dezinformasiyanın qarşısının alınması üçün dini savadlılığın artırılması vacibdir
  • 11-08-2026, 14:55
    Külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə