• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Antiterror tədbirləri - dünya hərb tarixinin mükəmməl örnəyi

Cəmiyyət

14-09-2024, 14:57

Bakı, 14 sentyabr.

Bir il öncə sentyabrın 19-da Müdafiə Nazirliyi kədərli bir xəbər paylaşdı - Qarabağda erməni təxribatı nəticəsində 9 hərbçimiz şəhid olmuşdu. Bu xəbər hamını sarsıtmaqla yanaşı, Qarabağda o zaman mövcud olan qanunsuz erməni hərbi və siyasi qruplaşmalarına qarşı həlledici əməliyyatın keçirilməsini labüd edirdi.

Bunu açıqlamasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mülki müdafiə qərargahının rəisi Nizami Vəliyev deyib. O bildirib ki, həmin hadisədən öncə də ermənilər Qarabağda, Azərbaycanla Ermənistanın şərti sərhədində müxtəlif təxribatlara əl atmışdılar. Hər dəfə müzəffər Ordumuz ermənilərə qarşı qisas əməliyyatları keçirmiş və düşmən layiqli cəzasını almışdı. Lakin görünən o idi ki, tarixən aldıqları cəzalardan dərs götürməyən ermənilər öz mənfur, xəyanətkar əməllərindən əl çəkmək fikrində deyillər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev dəfələrlə erməniləri əldə edilmiş razılaşmaları pozmamağa, məğlubiyyətləri ilə barışıb Azərbaycan Bayrağı altında, qanunlarımızın himayəsi ilə yaşamağı qəbul etməyə çağırmışdı. Əks təqdirdə isə “Dəmir yumruq yerindədir və əvvəlkindən də güclüdür” deyərək xəbərdar etmişdi. Təəssüf ki, ermənilər əməllərindən əl çəkmədilər. Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumu törətdilər.

“Müdafiə Nazirliyi sanki “qisas nəinki məhşərə, heç sabaha da qalmasın” deyərək bir neçə saat sonra Qarabağda qanunsuz erməni qruplaşmalarına qarşı antiterror tədbirlərinin başlandığını elan etdi. 24 saatdan az davam edən bu əməliyyat ordumuzun şanlı Qələbəsi ilə başa çatdı. Düşmən ağ bayraq qaldıraraq tam təslim oldu və intiqamı qədər əfvi də böyük olan xalqımızdan aman dilədi. Antiterror tədbirlərində ordumuzun ələ keçirdiyi hərbi qənimətlərinin statistikası düşmənin arsenalında çoxlu sayda silah-sursatın olduğunu göstərirdi. Ələ keçirilən silahların bəziləri Bakıdakı Hərbi Qənimətlər Parkının yeni eksponatlarına çevrildi. Antiterror tədbirləri nəticəsində Qarabağdakı xunta rejimi, bu rejimə rəhbərlik edən və imkan düşən kimi xalqımıza qarşı hədə-qorxular səsləndirən, müharibə olacağı təqdirdə Bakıya qədər gələcəklərini deyən sözdə “prezidentlər”, “nazirlər” və “generallar” bir-bir həbs edildi. Azərbaycan oğullarının müşayiəti ilə onların qolları bağlı vəziyyətdə həbsxana kameralarına salınması isə dünya xəbər agentliklərinin ən çox tirajladığı xəbərlərinə çevrildi. İmperialist siyasətindən əl çəkməyən bəzi dövlətlərin, kökləri islamofob fəaliyyətlərə dayanan müxtəlif beynəlxalq qurumların dəstəkləndiyi bu ermənilərin həbs edilməsi dövlətimizin iradəsinin, gücünün və prinsipiallığının növbəti göstəricisi idi”, - deyə N.Vəliyev xüsusi qeyd edib.

Müsahibimiz vurğulayıb ki, 24 saatdan az müddətdə düşmənin tam məğlub edilməsi və minimum itkilərlə sona çatan bu əməliyyatı dünya hərb tarixinin mükəmməl örnəyi hesab etmək olar. Antiterror tədbirləri Azərbaycanın hərbi gücünün hərbi qüdrət səviyyəsinə qalxdığını, ölkəmizdə hərbi quruculuq işinin mükəmməl şəkildə davam etdirildiyini və xalqımızın qələbə əzminin sarsılmaz olduğunu bir daha nümayiş etdirdi. Antiterror tədbirləri ilə torpaqlarımızın işğal altında qalmasına son nöqtə qoyuldu. Düzdür, buna qədər 44 günlük müharibədə işğal altında olan torpaqlarımızın böyük bir qismi azad olunmuşdu. Lakin bu tarixi missiyanın tam yekunlaşması məhz antiterror tədbirləri ilə baş tutdu.

“Xalqımızın tarixində 19 və 20 rəqəmlərinin qəribə yaddaşı var. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edib. Yaşadığımız ən faciəvi günlərdən biri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verib və 2023-cü ilin 19-20 sentyabrında Qarabağda həyata keçirilən antiterror tədbirləri. Əgər qeyd edilən ilk iki tarixi hadisə faciəvi məna daşıyırdısa, sonuncu bizə qələbə sevinci yaşatdı. İnanırıq ki, bununla həm də yaşadığımız faciələr dövrü sona çatmış oldu. Həmin gündən sonra qalib Azərbaycanımız yeni tarixi eraya qədəm qoydu. Bir il ərzində ölkəmizin bir çox sahələrdə əldə etdiyi uğurlar bunu deməyə imkan verir. Bu sevinci, uğur və qələbələri bizə yaşadan isə canını Vətən yolunda fəda edən şəhidlərimizdir. Bu fakt bəzi xalqların öz tarixlərini masada mürəkkəblə, bizim kimi mərd və döyüşkən xalqın isə döyüş meydanında qanla yazmasının bariz nümunəsidir. Beləliklə, 19-20 sentyabrda müstəqil Azərbaycanın yeni tarixi yeni səhifədən yazılmağa başladı”, - deyə N.Vəliyev fikrini yekunlaşdırıb.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

14-09-2024, 14:52

Hərbi ekspert: Azərbaycan ordusunun antiterror əməliyyatları dünya hərb tarixində bir ilk oldu – AÇIQLAMA

Cəmiyyət

4-09-2024, 20:50

Qarabağdakı antiterror tədbirləri dünya hərb tarixində nadir əməliyyatlardan biridir - RƏY

Cəmiyyət

6-09-2024, 22:01

Anar Eyvazov: Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi

Cəmiyyət

11-09-2024, 22:29

Azərbaycan Ordusunun ötən il keçirdiyi antiterror tədbirləri hərb tarixində nadir əməliyyat sayılır – AÇIQLAMA

Siyasət

12-01-2024, 10:37

Fransada Natəvanın heykəlinə qarşı vandalizm mədəniyyətin siyasi alətə çevrildiyini əks etdirir - RƏY

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 16:27
    Yay istilərində dərimizi və sağlamlığımızı necə qorumalıyıq?
  • Сегодня, 16:20
    Aviasiya bölmələrində təlim-məşq uçuşları keçirilib
  • Сегодня, 16:17
    Baş nazir: Əhalinin siyahıyaalınması prosesi ilk dəfə ölkənin bütün suveren ərazisini əhatə edəcək
  • Сегодня, 13:03
    Peşə təhsili üzrə müəllim və istehsalat təlimi ustalarının işə qəbulu başlayıb
  • Сегодня, 13:01
    DİM dövlət qulluğuna qəbul imtahanında uğur qazananlara müraciət edib
  • Сегодня, 12:59
    Ali Məhkəmə qərar verdi: Mənzildə çatışmayan sahənin pulunu geri ala bilərsiniz
  • Сегодня, 12:54
    Prezident İlham Əliyev Kambocanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
  • Сегодня, 12:51
    Prezident İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
  • Вчера, 13:38
    Mühəndislik Universiteti ilə Koreya Universitetinin ikili diplom proqramına qəbulun qeydiyyat və imtahan tarixləri açıqlanıb
  • Вчера, 13:35
    Dövlət İmtahan Mərkəzi memarlıq ixtisasına qəbul olmaq istəyənlərə müraciət edib
  • Вчера, 13:32
    Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib
  • Вчера, 11:43
    Azərbaycan nefti 86 dollara satılır
  • Вчера, 11:41
    Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
  • Вчера, 11:39
    Bakıda otelin saunasında yanğın baş verib, qonaqlar təxliyə olunub
  • Вчера, 11:36
    Xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb
  • Вчера, 11:34
    XİN: Odessa sahillərində hücuma məruz qalan gəminin 10 azərbaycanlı heyət üzvü təxliyə edilib
  • Вчера, 11:30
    Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
  • 15-07-2026, 13:39
    Daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşib
  • 15-07-2026, 13:35
    Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib
  • 15-07-2026, 13:30
    DSX-nin hərbi hissəsində “Açıq qapı” günü təşkil edilib
  • 15-07-2026, 13:27
    Bakıda 15 İyul şəhidləri anılıb
  • 15-07-2026, 13:25
    Beynəlxalq axtarışda olan şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edilib
  • 15-07-2026, 13:23
    Hədiyyə kartlarının müddəti bitirsə, pul silinə bilərmi? – Hakimdən hüquqi izah
  • 15-07-2026, 13:18
    Baş nazir Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub
  • 15-07-2026, 13:16
    XİN: Odessa sahillərində hücuma məruz qalan gəminin azərbaycanlı kapitanının axtarışları davam edir
  • 14-07-2026, 12:23
    İcbari tibbi sığorta fondu ilə bağlı yeni hüquqi tənzimləmə təsdiqlənib
  • 14-07-2026, 12:20
    Milli Məclis dövlət qulluğu və media ilə bağlı qanunlara dəyişiklikləri təsdiqləyib
  • 14-07-2026, 12:14
    Panel müzakirə: “Media obyektivində sülh quruculuğu və ictimai diskurs”
  • 14-07-2026, 12:09
    Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşüb
  • 14-07-2026, 12:07
    Hikmət Hacıyev: Qlobal medianın gələcəyini müzakirə etmək üçün Şuşa Forumundan daha uyğun məkan tapmaq çətindir
  • 14-07-2026, 12:04
    Prezident İlham Əliyevin Şuşada Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub
  • 14-07-2026, 12:02
    Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
  • 13-07-2026, 19:04
    Sürücülər üçün imtahan təşkil ediləcək
  • 13-07-2026, 19:01
    Azərbaycan Prezidentinin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Türkiyə mediasının diqqət mərkəzindədir
  • 13-07-2026, 18:58
    Rusiyanın səhiyyə naziri Azərbaycanda səfərdədir: Əməkdaşlığın inkişafına böyük önəm veririk
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə