• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qarabağdakı antiterror tədbirləri dünya hərb tarixində nadir əməliyyatlardan biridir - RƏY

Cəmiyyət

4-09-2024, 20:50

Bakı, 4 sentyabr.

“Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri dünya hərb tarixində nadir əməliyyatlarından biri hesab olunur. Əməliyyatın əsas hədəflərini Qarabağ ərazisində erməni silahlı birləşmələrinin və separatçı rejimin mövcudluğuna son qoyulması təşkil edirdi”.

Bu fikirləri açıqlamasında “Həmvətənlərə Dəstək” İctimai Birliyinin təsisçisi, ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseyn söyləyib.

Bundan əlavə, ötən ilin sentyabrında Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma “Artsax”ı təbrik etməsinin Azərbaycanın səbrini tükətdiyini xatırladan hərbi ekspert deyib: “Həm BMT-nin qətnamələrinə, həm də üçtərəfli Bəyanatın müvafiq bəndinə uyğun olaraq Azərbaycan Ordusu təhlükəsizliyini təmin etmək üçün lokal antiterror tədbiri həyata keçirməyə məcbur oldu. Qondarma rejimin Ermənistan tərəfindən silahlandırması, Qarabağ ərazisində terror aktları törədilməsi, azərbaycanlı mülki şəxslərə və polis əməkdaşlarına qarşı hücumlar bu əməliyyatı qaçılmaz etdi”.

Azərbaycanın dörd min kvadratkilometr ərazisinin 23 saatdan da az vaxtda azad olunması, qanunsuz erməni silahlı dəstələrinin darmadağın edilməsi ilə nəticələnmiş bu antiterror tədbirlərinin dünya hərb tarixində nadir əməliyyatlarından biri hesab olunduğunu vurğulayan E.Hüseyn deyib: “Eyni zamanda, bu, mülki əhaliyə heç bir zərər yetirilmədən aparılmış uğurlu əməliyyatdır. Heç bir erməni mülki vətəndaşı zərər görmədən və ya infrastruktura ziyan vurulmadan terrorçular tərksilah olundu. Nəticədə azərbaycanlılar öz tarixi torpaqlarına qayıtmaq imkanı əldə etdi.

Lokal antiterror tədbirlərinin həyata keçirilməsi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Fəaliyyəti sıfıra bərabər olan ATƏT-in Minsk qrupuna heç bir ehtiyac qalmadı. BMT-nin dörd qətnaməsinin tələblərini Azərbaycan özü yerinə yetirdi”.

O qeyd edib ki, işğaldan azad olunan ərazilərdə parlament seçkiləri üzrə səsvermənin təşkili, bütün dünyadan gələn iş adamlarının, siyasi xadimlərin, dost dövlətlərin rəhbərlərinin Qarabağda qəbul edilməsi olduqca qürurvericidir. Lokal antiterror tədbirləri həm də Azərbaycan ərazisində qondarma parlament yaradaraq onu Şuşaya köçürmək istəyən Ermənistan baş nazirinə ədalətli cavab oldu.

“44 günlük Vətən müharibəsindən sonra Xocalının, Xankəndinin, Ağdərənin Azərbaycanın nəzarətinə qaytarılması çox çətin görünürdü. Dövlətimizin başçısı Brüsseldə keçirilən görüşlərdə və danışıqlarda Azərbaycan ərazilərinin müzakirə mövzusu olmadığını vurğulayırdı. Bu mənada Prezident və parlament seçkilərinin tarixi mahiyyəti Xankəndidə, Şuşada, Xocalıda keçirilməsi oldu.

Ekspert son zamanlar bəzi istiqamətlərdə Ermənistan tərəfinin təxribatlara əl atmasına da toxunub: “Onlar şərti sərhəddə mövqelərini bərkidir, pilotsuz uçuş aparatları ilə kəşfiyyat aparmağa cəhd göstərirlər. Kəlbəcər istiqamətində ermənilərin və havadarlarının birgə hərbi təlimləri də həmin təxribatlardan biridir. Azərbaycan bütün bu təxribatları qətiyyətlə dəf edərək, öz sülhsevər siyasətini dünyaya nümayiş etdirir”, - deyə hərbi ekspert söhbətinin sonunda vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də keçirdiyi birgünlük antiterror tədbirləri nəticəsində Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoyulub, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyi tam bərpa olunub.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

15-01-2024, 10:05

“Fərrux”, “Sarıbaba-Qırxqız”, “Qisas” əməliyyatlarının Qarabağda keçirilmiş antiterror tədbirləri üçün böyük əhəmiyyəti vardı-

Siyasət

5-10-2023, 10:16

Azərbaycan xalqının qanına əli batmış şəxslərin hamısı cinayətə cəlb olunacaq

Siyasət

29-09-2023, 12:49

Ombudsman Qarabağın erməni sakinlərinə MÜRACİƏT ETDİ

Siyasət

5-02-2024, 09:04

Vitse-spiker: Regionda sülhün təşəbbüskarı və təminatçısı Azərbaycandır

Cəmiyyət

13-06-2024, 13:46

Bölgədə yaranan yeni vəziyyət Rusiya sülhməramlılarına ehtiyacın qalmadığını göstərdi - Hərbi ekspert

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 17:58
    Sənan Hacıyev: Dövlət rüsumunun azaldılması ədalət mühakiməsinə çıxış imkanlarını genişləndirəcək
  • Вчера, 17:54
    Azərbaycan Ordusunun Baş Qərargah rəisi Tacikistanın hərbi nümayəndə heyəti ilə görüşüb
  • Вчера, 12:11
    Bir neçə şəhərdaxili, şəhərətrafı və şəhərlərarası avtobus marşrutu üzrə müsabiqələrin qalibləri açıqlanıb
  • Вчера, 12:09
    Dörd yüz tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfər məsuliyyətə cəlb olunub
  • Вчера, 12:07
    Bu gün Kəlbəcər Şəhəri Günüdür
  • Вчера, 12:03
    Özbəkistan Ali Məclisi Senatının nümayəndə heyəti Azərbaycana səfərə gəlib
  • Вчера, 12:01
    Azərbaycan beynəlxalq seçki forumunda təmsil olunur
  • 23-11-2026, 17:21
    Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi keçirilib
  • 23-11-2026, 17:18
    Media və Yayım Şurası onlayn və çap mediası subyektləri üçün müsabiqə elan edib
  • 23-11-2026, 17:13
    Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM
  • 23-11-2026, 17:08
    Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib
  • 23-11-2026, 11:45
    Bakıda İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək
  • 23-11-2026, 11:43
    Azərbaycan AİPA-nın 47-ci Baş Assambleyasında təmsil olunub
  • 23-11-2026, 11:10
    Prokurorluq orqanlarında işləmək arzusunda olan şəxslər üçün müsabiqənin yazılı imtahan mərhələsi keçirilir
  • 23-11-2026, 11:07
    Astarada 10 kiloqramdan artıq narkotik aşkarlanıb
  • 23-11-2026, 11:04
    Lökbatanda yük və minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb
  • 22-11-2026, 13:20
    Azərbaycan və İordaniya vətəndaşları üçün qarşılıqlı viza tələbi ləğv edilib
  • 22-11-2026, 13:18
    Ermənistan əməkdaşlığı imitasiya etməməli, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir
  • 22-11-2026, 13:16
    “e-qanun.ai” axtarış platformasında emal edilən sorğuların sayı 4 milyonu keçib
  • 22-11-2026, 13:14
    108 yaşlı Azərbaycan ədliyyəsi: islahatlar və yeni inkişaf mərhələsi
  • 21-11-2026, 22:45
    Polis narkotik və güclü təsiredici dərman preparatlarının qanunsuz satışına qarşı əməliyyat keçirib
  • 21-11-2026, 22:41
    Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
  • 21-11-2026, 22:39
    Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
  • 21-11-2026, 21:31
    Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
  • 20-11-2026, 12:36
    Ağdamda 10 ayda 959 milyon manatlıq sənaye məhsulu istehsal edilib
  • 20-11-2026, 12:34
    Qubada keçirilən beynəlxalq elmi konfransa 6 ölkədən 101 məqalə təqdim olunub
  • 20-11-2026, 12:30
    Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edilib
  • 20-11-2026, 12:27
    Noyabrın 20-si Ağdam Şəhəri Günüdür
  • 20-11-2026, 12:21
    Qarakənd faciəsindən 35 il ötür
  • 19-11-2026, 16:38
    Polşanın hərbi təhsil üzrə nümayəndə heyəti Azərbaycana səfər edib
  • 19-11-2026, 16:35
    Müdafiə Nazirliyinin nümayəndə heyəti Sofiyada işçi görüş keçirib
  • 19-11-2026, 16:29
    Azərbaycanda 40 radiotezlik kanalının ayrılmasına qərar verilib
  • 19-11-2026, 16:27
    BMU-da mühəndislik problemlərinin həllində idarəetməyə dair beynəlxalq elmi konfrans təşkil ediləcək
  • 19-11-2026, 16:24
    İspaniyadan gətirilən qida məhsulunda uyğunsuzluq aşkarlanıb
  • 19-11-2026, 16:22
    Dövlət Reklam Agentliyi: Sahibkarlar reklam yerləşdirməzdən əvvəl Agentlikdən məsləhət almalıdırlar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə