• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Vitse-spiker: Regionda sülhün təşəbbüskarı və təminatçısı Azərbaycandır

Siyasət

5-02-2024, 09:04

Dünya və region üçün ən mühüm hadisələrdən biri məhz Cənubi Qafqazda sülhün bərqərar olunması və münasibətlərin normallaşaraq, qarşılıqlı əlaqələrin qurulmasıdır. Həqiqətən də, regionun buna ciddi şəkildə ehtiyacı var və ölkəmizin səyləri nəticəsində Cənubi Qafqazda sülh gündəliyi üzərində iş aparılır.
Bu sözləri Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev deyib.
Onun sözlərinə görə, ölkəmiz hazırda baş verənlərin fonunda ikiqütblü siyasətlə üz-üzə qalıb. Belə ki, Azərbaycan və demokratik dövlətlər sülh sazişini dəstəkləyir və regionun inkişafının məhz sabitlikdə, əlaqələrin qurulmasında görürlər. Digər qütbün təmsilçisi olan Fransa və erməni lobbisinin təsiri altında çıxış edənlər isə bütün imkanlarını regionda sülhün əleyhinə səfərbər ediblər. Buna baxmayaraq, sülh gündəliyinin inkişafı prosesi hər şeyə rəğmən ölkəmizin qətiyyəti nəticəsində davam edir. Münaqişənin keçmişinə nəzər saldıqda görürük ki, heç də bir çox dövlətlər əvvəlcədən bu münaqişənin həllində maraqlı olmayıblar.
Münaqişənin həlli ilə bağlı ATƏT-dən mandat almış Minsk qrupu bu illər ərzində münaqişənin dinc yolla tənzimlənməsinə heç bir töhfə verməmiş, 28 il ərzində aparılan danışıqlar yalnız imitasiya xarakteri daşımışdır. “Məsələnin mahiyyətinə bu gün baxdıqda bir daha görürük ki, elə həmin Minsk qrupunun üzvü olan Fransa bu gün regiondakı sülhün qarşısında ən böyük əngəldir. Deməli, Fransa öz niyyətini uzun illər ərzində məhz Minsk qrupunun fəaliyyəti çərçivəsində gizlətmişdir. Bu qrupun fəaliyyətindən Azərbaycan imtina etdikdən dərhal sonra Fransa aşkar şəkildə əsl mahiyyətini ortaya qoydu”, - deyə Adil Əliyev bildirib.
Sülh prosesinə ölkəmizin töhfəsi
Milli Məclisin sədr müavini qeyd edib ki, 2020-ci ildə müharibə başa çatdıqdan və Ermənistan kapitulyasiya sənədinə qol çəkdikdən sonra Azərbaycan beynəlxalq hüququn 5 əsas prinsipi əsasında sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış etdi. Təəssüf ki, Ermənistan 2020-ci ilin 10 noyabr tarixində imzaladığı və üzərinə öhdəlik olaraq götürdüyü Bəyanatın şərtlərinə riayət etmədi. Separatçı rejimi tərksilah edib ölkəmizin ərazisindən çıxarmaq əvəzinə, ölkəmizə qarşı açıq-aşkar müxtəlif təxribatlara davam etdi. Separatçı rejimin keçirdiyi “seçki”lərə dəstək verməsi, təbrik məktubu göndərib mövqeyini təxribatçılardan yana nümayiş etdirməsi ölkəmiz üçün antiterror tədbirlərini qaçımaz etdi.
Nəticədə, ordumuz tərəfindən 2023-cü ilin sentyabrın 19-da 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri keçirildi. Bu əməliyyatın yeganə hədəfi hərbi təyinatlı obyektlər idi. Yüksək peşəkarlıqla həyata keçirilən antiterror tədbirləri zamanı separatçılar qısa zamanda təslim oldular. Azərbaycan yenə də regionun inkişafının sülhdən başqa yolunun olmadığını və sülh müqaviləsinin bağlanmasını irəli sürdü.
Bu gün dünya yaxşı dərk edir ki, məhz sülhün əsas dəstəkçisi və təşəbbüskarı Azərbaycandır, ölkəmiz bütün platformalarda regionun gələcəyini sülhdə, sabitlikdə gördüyünü ifadə edir.
Ermənistan provokasiyalara yox deməli, sülh müqaviləsini imzalamalıdır
“Təkcə Azərbaycanın sülh istəməyi kifayət etmir, Ermənistanın da sülhün bərqərar olunması istiqamətində mühüm addımlar atması zəruridir. Bu gün məhz Ermənistanın sülhə əngəl olmasını xarakterizə edən bir neçə əsas məqam mövcuddur”, - deyən Adil Əliyev onları sadalayıb: “Birincisi, Ermənistanın Konstitusiyasında və digər normativ hüquqi aktlarında Azərbaycana və digər dövlətlərə qarşı ərazi iddialarını özündə əks etdirən normalar mövcuddur. Bu da məhz Ermənistanın ərazi iddialarının olmasının və belə olduğu halda, sülh razılaşmasının mümkünsüzlüyünün əsas sübutudur.
İkincisi, Ermənistanın qoşulduğu beynəlxalq sənədlərin bir çoxunda Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı qeyd-şərtlər nəzərdə tutulub ki, bunun da əsası ilk maddədə qeyd etdiyimiz normativ bazadan gəlir. Sözügedən beynəlxalq sənədlərdə Qarabağ üzərində Azərbaycanın suveren hakimiyyətini tanımadıqları barədə şərtləri dərhal aradan qalxmalıdır.
Üçüncüsü, Fransa və digər ermənipərəst ölkələr daxili xaosdan, problemlərdən qaçmaq məqsədilə regionun işlərinə qarışmaqdan əl çəkməlidir və Ermənistan da bu ölkələrin manipulyasiyalarına imkan verməməlidir. Məhz Ermənistanın təkrar silahlanmaq cəhdləri, gələcəkdə bu ölkə tərəfindən müvafiq təxribatların və münaqişənin törədilməsinin anonsudur”.
Adil Əliyev deyib: “Bu gün ölkəmizin sülh gündəliyi ilə bağlı müsbət məqamlardan biri də odur ki, Ermənistanda Konstitusiyanın və Müstəqillik Aktının, eləcə də digər normativ sənədlərdə dəyişikliklərin aparılması barədə müzakirələr başlanıb. Ümid edirik ki, bu, yaxın zamanda müsbət nəticəsini verəcək və erməni siyasətçiləri başa düşəcəklər ki, onlar üçün sülhdən başqa nicat yolu yoxdur”.

Paylaş:
Digər xəbərlər

Siyasət

26-10-2023, 12:06

Nazir: Gürcüstan regionda sülhün və təhlükəsizliyin tərəfdarıdır

Siyasət

1-02-2024, 00:00

Vitse-spiker Adil Əliyev növbəti dəfə vətəndaş qəbulu keçirib

Siyasət

16-12-2023, 22:15

Eldar Bayramov: Azərbaycanın Qələbəsi regiona davamlı sülh və sabitlik gətirəcək

Siyasət

23-11-2023, 10:39

Fransanın Ermənistanı silahlandırması regionda yeni münaqişənin yaranmasına xidmət edir ŞƏRH

Siyasət

2-11-2023, 11:58

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının həmsədri ilə görüşüb

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 12:53
    Dövlət Xidməti: Laborator və digər diaqnostik müayinələrin nəticələrinin avtomatik təhlil olunması nəzərdə tutulur
  • Вчера, 12:51
    Hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilir
  • Вчера, 12:48
    Yeni qanunla kimlər pulsuz hüquqi yardım ala biləcək? - LAYİHƏ
  • Вчера, 12:45
    “Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda beynəlxalq konfrans
  • Вчера, 12:43
    Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
  • 4-10-2026, 14:58
    Vətən müharibəsinin xronikası: 4 oktyabr
  • 4-10-2026, 14:54
    Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib
  • 4-10-2026, 14:50
    Bu gün Cəbrayıl Şəhəri Günüdür
  • 4-10-2026, 14:40
    Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb
  • 3-10-2026, 12:54
    Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür
  • 3-10-2026, 12:52
    Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir
  • 3-10-2026, 12:50
    Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi
  • 3-10-2026, 12:46
    3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY
  • 2-10-2026, 17:54
    Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir
  • 2-10-2026, 17:50
    Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
  • 2-10-2026, 12:39
    Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq
  • 2-10-2026, 12:36
    Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
  • 2-10-2026, 12:34
    Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb
  • 2-10-2026, 12:33
    Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır
  • 2-10-2026, 12:30
    "ADEX 2026" davam edir
  • 2-10-2026, 12:27
    Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
  • 2-10-2026, 12:25
    Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
  • 2-10-2026, 12:22
    Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
  • 2-10-2026, 12:19
    Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın
  • 2-10-2026, 12:16
    Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi
  • 2-10-2026, 12:13
    Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi
  • 1-10-2026, 10:50
    Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir
  • 1-10-2026, 10:48
    Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır
  • 1-10-2026, 10:46
    Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu işə başlayıb
  • 1-10-2026, 10:43
    Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir
  • 1-10-2026, 10:41
    Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır
  • 30-09-2026, 12:01
    Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb
  • 30-09-2026, 11:55
    Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib
  • 30-09-2026, 11:52
    Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
  • 30-09-2026, 11:50
    Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə