• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Mehriban Vəliyeva: Xankəndi Azərbaycan gəncləri ilə daha gözəl, daha parlaq görünür

Cəmiyyət

14-10-2024, 10:42

Bakı, 14 oktyabr.

2023-cü il oktyabrın 15-də Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində Azərbaycanın Dövlət Bayrağının ucaldılması ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi idi. Zəfərimizi tamamlamaqla ölkəmizdə separatizm, işğal səhifəsini tam bağlamış olduq. Ümumiyyətlə, Azərbaycanın Xankəndiyə sahiblənməsi siyasi məharətin, diplomatik və hərbi gücümüzün birliyinin nəticəsində mümkün oldu. Bunu inanılmaz və ya gözlənilməz qələbə kimi qələmə verənlər də var. Hətta ermənilər və onların havadarları hesab edirdilər ki, Azərbaycan ən azı 2025-ci ilə qədər Xankəndiyə nəzarəti təmin edə bilməyəcək. Amma Ali Baş Komandanın siyasi iradəsi bizə möcüzəvi qələbə bəxş etdi.

Bu fikirləri müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib. Onun sözlərinə görə, bayrağımızın Xankəndidə ucaldılacağına hər kəsdən öncə Prezident inanırdı: “Prezident İlham Əliyev vəzifə borcunu yerinə yetirməyə başlayanda qarşısında bir nömrəli vəzifə qoymuşdu ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə ucaldılsın. Dövlət səviyyəsində həyata keçirilən daxili və xarici siyasətin əsas hədəfi suverenliyimizin təmin olunmasına yönəlmişdi. Ola bilsin ki, o zaman əksəriyyət aparılan siyasətin, islahatların, hərbi quruculuq işlərinin mahiyyətini o qədər də anlamırdı, detalları bilmirdi. Zaman siyasi fəaliyyətin nəyə hədəfləndiyini aydın göstərdi. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Güclü iqtisadi sistem qurduq. Nizami və peşəkar ordumuz Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Bu gün təkcə Azərbaycan vətəndaşları deyil, dünyada yaşayan on milyonlarla azərbaycanlı və bütövlükdə Türk dünyası Azərbaycan Ordusu ilə fəxr edir. Ordumuz hələ 2020-ci ilin noyabrında Xankəndiyə daxil olacaqdı. Alınmaz qala hesab olunan Şuşanı azad edən hərbçilərimiz Xankəndinin bir addımlığında idilər və irəliləyirdilər. Ermənistanın siyasi rəhbərliyi başa düşdü ki, azı 20 minlik erməni ordusu Qarabağda məhv ediləcək. Ona görə də əməliyyatların dayandırılması xahişi ilə çıxış etdi və kapitulyasiya aktı imzaladı. Ağdam, Kəlbəcər və Laçına güllə atmadan sahib olduq. Biz bununla kifayətlənə bilməzdik. Xankəndisiz, Xocalısız qələbəmiz yarımçıq olardı. Tarixi gün yetişdi. Ordumuz 2023-cü il sentyabrın 19-da 24 saatlıq antiterror tədbirləri həyata keçirərək bütün Qarabağa nəzarəti təmin etdi. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Ermənistan bu əməliyyatı unutmasın, Azərbaycan Ordusunun nəyə qadir olduğunu unutmasın. Silahlanmaq niyyətindən, separatçılıq mövqeyindən əl çəksin. Unutmasın ki, havadarları onu məhvə sürükləyir”.

Deputat qeyd edib ki, 30 il ərzində Azərbaycan xalqı böyük faciələr yaşadı: “Bir milyon insan evsiz-eşiksiz qaldı, işğal altında olan ərazilərimiz tamamilə dağıdıldı. Azad edilmiş torpaqlara bu gün gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür. Orada bir dənə salamat bina qalmayıb. Dünya birliyi bu müddət ərzində Azərbaycana lazımi səviyyədə dəstək göstərmədi. Bir sıra hallarda isə beynəlxalq təşkilatlar, xarici dövlətlər Ermənistanı müdafiə etməyə üstünlük verdilər, Bakını kompromisə dəvət etdilər.

İndi də ABŞ Dövlət Departamenti bir qrup Amerika ermənipərəst konqresmenləri tərəfindən irəli sürülən sanksiya tələbləri ilə Qərbin ikili siyasət oyununu nümayiş etdirərək Azərbaycana COP29 ərəfəsində təhdid və təzyiqlərlə təsir etmək istəyir. Digər tərəfdən, Beynəlxalq Frankofoniya Təşkilatında Ermənistan Fransanın dəstəyi ilə Azərbaycana qarşı müddəalarını yeritmək istəyir. Moskvada MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının görüşündə isə Ermənistan iki mühüm bəyanatı - “Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri” və “Beynəlxalq münasibətlərdə birtərəfli münasibətlərin yolverilməzliyi” bəyanatlarını imzalamır. Ermənistanın separatçı mövqeyi və sülhə dair hoqqabazlığı burada da özünü göstərir. Qarabağ üzrə aparılan danışıqlarda Azərbaycan Prezidenti heç vaxt suverenliyimizə xələl gətirəcək razılaşmaya “hə” demədi, düşmənə heç bir güzəştdə getmədi və getməyəcək də. Çünki Prezidentin arxasında xalq durur. Elə Milli Məclisin bir qrup deputatının Azərbaycanın xarici işlər nazirinə müraciəti də bütövlükdə xalq və iqtidar iradəsinin ifadəsidir. Nə ABŞ-ın, nə Fransanın, nə də Ermənistanın revanşist münasibəti bizi öz yolumuzdan çəkindirə bilməz.

Ulu Öndər Heydər Əliyev Azərbaycana hələ birinci dəfə rəhbərlik edəndə Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbərliyinin separatçı fəaliyyətinə imkan verməmişdi. Yalnız o, hakimiyyətdən gedəndən sonra erməni separatizmi yenidən baş qaldırdı. AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi üzündən ermənilər Azərbaycan ərazilərini işğal etdilər. Ulu Öndər ikinci dəfə hakimiyyətə gələndən sonra ermənilərin işğalçılıq fəaliyyətinin qarşısını aldı və işğal olunmuş ərazilərin geri qaytarılması üçün həm hərbi, həm diplomatik müstəvidə mübarizəni davam etdirdi. 1994-cü ilin yanvar ayında Füzulinin bir neçə kəndi işğaldan azad olundu. Təəssüflər olsun ki, AXC-Müsavat cütlüyü dövründə tamamilə sıradan çıxmış ordu sistemini yenidən qurmaq üçün zamana ehtiyacımız vardı. Həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev Azərbaycanda nizami ordu qurdu, peşəkarlardan ibarət silahlı birləşmələr yaradıldı. Bu cür uzaqgörən, düşünülmüş siyasətin nəticəsi olaraq ordumuz Ermənistan üzərində parlaq tarixi Qələbə qazandı. Bu gün Azərbaycan suveren dövlətdir. Şuşada, Xankəndidə dalğalanan üçrəngli bayrağımızın altında özümüzü qürurlu, güclü, xoşbəxt sayırıq. Ötən ilə qədər separatçıların at oynatdığı Xankəndidə bu gün gənclərimiz təhsil alırlar. Xankəndidə qısa müddət ərzində Qarabağ Universitetinin yaradılması və istifadəyə verilməsi olduqca qürurvericidir. Hələ Azərbaycanın müxtəlif bölgələrindən olan gənclərin məhz Qarabağ Universitetini seçməsi, 1200 tələbə ilə universitetin fəaliyyətə başlaması gəncliyimizin ruhunu, öz torpaqlarına, öz Vətəninə sahib çıxmaq əzminin ifadəsidir. Doğrudan da, Xankəndi üçrəngli bayrağımızla, Azərbaycan gəncləri ilə daha gözəl, daha parlaq görünür”.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

18-09-2024, 14:53

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd ediləcək – SƏRƏNCAM

Cəmiyyət

20-03-2024, 11:01

Xankəndi şəhərində Novruz tonqalının alovlandırılması bayram əhval-ruhiyyəsini ikiqat artırmış oldu

Siyasət

20-09-2024, 09:35

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Siyasət

14-02-2024, 23:59

Prezident seçkilərinin ilk dəfə bütün ölkə ərazisini əhatə etməsi böyük tarixi əhəmiyyət daşıyır

Siyasət

22-12-2023, 14:22

Politoloq: Xankəndidəki futbol matçının böyük simvolik mənası var

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 13:38
    Mühəndislik Universiteti ilə Koreya Universitetinin ikili diplom proqramına qəbulun qeydiyyat və imtahan tarixləri açıqlanıb
  • Сегодня, 13:35
    Dövlət İmtahan Mərkəzi memarlıq ixtisasına qəbul olmaq istəyənlərə müraciət edib
  • Сегодня, 13:32
    Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib
  • Сегодня, 11:43
    Azərbaycan nefti 86 dollara satılır
  • Сегодня, 11:41
    Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
  • Сегодня, 11:39
    Bakıda otelin saunasında yanğın baş verib, qonaqlar təxliyə olunub
  • Сегодня, 11:36
    Xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb
  • Сегодня, 11:34
    XİN: Odessa sahillərində hücuma məruz qalan gəminin 10 azərbaycanlı heyət üzvü təxliyə edilib
  • Сегодня, 11:30
    Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
  • Вчера, 13:39
    Daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşib
  • Вчера, 13:35
    Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib
  • Вчера, 13:30
    DSX-nin hərbi hissəsində “Açıq qapı” günü təşkil edilib
  • Вчера, 13:27
    Bakıda 15 İyul şəhidləri anılıb
  • Вчера, 13:25
    Beynəlxalq axtarışda olan şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edilib
  • Вчера, 13:23
    Hədiyyə kartlarının müddəti bitirsə, pul silinə bilərmi? – Hakimdən hüquqi izah
  • Вчера, 13:18
    Baş nazir Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub
  • Вчера, 13:16
    XİN: Odessa sahillərində hücuma məruz qalan gəminin azərbaycanlı kapitanının axtarışları davam edir
  • 14-07-2026, 12:23
    İcbari tibbi sığorta fondu ilə bağlı yeni hüquqi tənzimləmə təsdiqlənib
  • 14-07-2026, 12:20
    Milli Məclis dövlət qulluğu və media ilə bağlı qanunlara dəyişiklikləri təsdiqləyib
  • 14-07-2026, 12:14
    Panel müzakirə: “Media obyektivində sülh quruculuğu və ictimai diskurs”
  • 14-07-2026, 12:09
    Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşüb
  • 14-07-2026, 12:07
    Hikmət Hacıyev: Qlobal medianın gələcəyini müzakirə etmək üçün Şuşa Forumundan daha uyğun məkan tapmaq çətindir
  • 14-07-2026, 12:04
    Prezident İlham Əliyevin Şuşada Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub
  • 14-07-2026, 12:02
    Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
  • 13-07-2026, 19:04
    Sürücülər üçün imtahan təşkil ediləcək
  • 13-07-2026, 19:01
    Azərbaycan Prezidentinin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Türkiyə mediasının diqqət mərkəzindədir
  • 13-07-2026, 18:58
    Rusiyanın səhiyyə naziri Azərbaycanda səfərdədir: Əməkdaşlığın inkişafına böyük önəm veririk
  • 13-07-2026, 18:52
    "Zabit ixtisas kursu"nun növbəti buraxılış mərasimi keçirilib
  • 13-07-2026, 18:49
    Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
  • 12-07-2026, 13:36
    Dövlət icra məmuru vəzifəsinə qəbul üzrə ilk test imtahanı keçirilir
  • 12-07-2026, 13:33
    Bu gün bir çox ölkədə Beynəlxalq Fotoqraflar Günü kimi qeyd olunur
  • 12-07-2026, 13:29
    Tovuz döyüşləri: Zəfərin astanasında
  • 11-07-2026, 12:14
    Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
  • 11-07-2026, 12:11
    Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub
  • 11-07-2026, 11:18
    Abbas Abbasov: Media dekolonizasiya prosesində qlobal məlumatlılığın artırılmasında mühüm rol oynayır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə