Bakı, 1 noyabr.
Noyabrın 1-də saat 13 radələrində Xaçmaz rayonu ərazisində 1967-ci il təvəllüdlü İlham Rüstəmovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Xaçmaz Rayon Prokurorluğundan bildirilib ki, araşdırma zamanı 1981-ci il təvəllüdlü Rəhman Cavadovun şəxsi münasibətlər zəminində İlham Rüstəmova bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Hadisədən sonra könüllü olaraq polisə təslim olan Rəhman Cavadov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.