• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Tarixi Zəfərimizin 4 ili tamam olur

Cəmiyyət

7-11-2024, 11:31

Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Azərbaycan xalqı tamamilə dağıdılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur.
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərə imza atdı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Noyabrın 8-də Şuşanın azad olunmasından sonra işğalçı Ermənistan müharibəni davam etdirmək iqtidarında olmadığını anlayaraq onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanata əsasən məğlub tərəf kimi üzərinə bir sıra öhdəliklər götürən düşmən sonradan Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz təhvil verməyə razı oldu.
Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.
BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır. Aramsız davam edən Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur.
44 gün davam edən döyüşlər zamanı Rəşadətli Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik düşməndən təmizlənib.
Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa ediləcək. Azərbaycanın tarixində yeni səhifə başlanır. Azərbaycanın quruculuq missiyası başlanır.
Bu gün xalqımız o günlərdən başlanan Zəfər yolu ilə gələcəyə doğru qürurla addımlayır: “Hazırda Qarabağda, Şərqi Zəngəzurda quruculuq, abadlıq işləri planlı şəkildə aparılır. Mənfur düşmən işğal dövründə bütün şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edib, tarixi abidələrimizi dağıdıb. Azərbaycan bütün bərpa və quruculuq işlərini öz daxili imkanları hesabına həyata keçirir. Ölkəmiz bu sahədə də təcrübəsini nümayiş etdirir. Belə ki, müharibədən çıxan ölkə üçün bərpa-quruculuq işlərinə başlamaq asan deyil. Amma Azərbaycan müharibə başa çatan kimi dərhal bərpa-quruculuq işlərinə başladı. Bu, həm ölkəmizin malik olduğu imkanların, həm də öz tarixi torpaqlarına sahib olan xalqımızın qurucu xalq olduğunun göstəricisidir. İki ildə görülən işlərin miqyası o qədər genişdir ki, onların tam şəkildə xronologiyasını təqdim etmək mümkün deyil. Azərbaycan hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olur. Hədəflərə çatmaq üçün bütün imkanlar mövcuddur - Siyasi iradə, iqtisadi güc, xalqımızın səfərbərliyi, milli həmrəylik. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı fəxr edir ki, qalib ölkənin vətəndaşıdır. Bizə bu xoşbəxtliyi, qüruru yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna hər zaman minnətdarıq. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq. Dövlət baçısı İlham Əliyev sentyabrın 21-də Laçın rayonuna tarixi səfəri zamanı Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra çıxışında səsləndirdiyi “Bizi güclü edən xalqın iradəsidir, xalqın birliyidir. Müharibədə də Zəfərimiz xalqın birliyi nəticəsində olmuşdur. Bu gün quruculuq-abadlıq işlərini apararkən bizi gücləndirən xalqın iradəsi, dəstəyidir” fikirləri dünənimizə baxış fonunda bugünümüzün və gələcəyimizin aydın mənzərəsini təqdim edir
Tarixi Zəfərimizin 4 ili tamam olur. Ötən müddət ərzində Azərbaycan dövləti işğaldan azad olunmuş yaşayış məntəqələri ilə bağlı çox mühüm tədbirlərə start verib. Bu gün işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri gedir. Ərazilər minalardan təmizlənir, yeni yollar salınır, körpülər, tunellər tikilir, yeni elektrik stansiyaları qurulur, innovativ layihələr həyata keçirilir. Bir çox dünya ölkələri tərəfindən də maraqla izlənilən bu tədbirlər Azərbaycan dövlətinin iqtisadi gücünü, nüfuzunu göstərir.
Tarixi Zəfərimizin 4 ili tamam olur
Gülağa Tənha,
şair-publisist

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

3-10-2024, 11:10

Suqovuşan və Talışın işğaldan azad edilməsindən dörd il ötür

Cəmiyyət

26-06-2024, 10:09

Silahlı Qüvvələrin modernləşdirilməsi dövlət siyasətinin strateji istiqamətlərindəndir ŞƏRH

Siyasət

23-10-2024, 14:33

Vətən müharibəsinin xronikası: 23 oktyabr

Cəmiyyət

25-06-2024, 12:24

Azərbaycanın Silahlı Qüvvələri müstəqilliyinin qarantlarından biridir ŞƏRH

Cəmiyyət

6-11-2024, 17:37

Vətən müharibəsinin xronikası: 6 noyabr

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 13:39
    Daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşib
  • Вчера, 13:35
    Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib
  • Вчера, 13:30
    DSX-nin hərbi hissəsində “Açıq qapı” günü təşkil edilib
  • Вчера, 13:27
    Bakıda 15 İyul şəhidləri anılıb
  • Вчера, 13:25
    Beynəlxalq axtarışda olan şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edilib
  • Вчера, 13:23
    Hədiyyə kartlarının müddəti bitirsə, pul silinə bilərmi? – Hakimdən hüquqi izah
  • Вчера, 13:18
    Baş nazir Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub
  • Вчера, 13:16
    XİN: Odessa sahillərində hücuma məruz qalan gəminin azərbaycanlı kapitanının axtarışları davam edir
  • 14-07-2026, 12:23
    İcbari tibbi sığorta fondu ilə bağlı yeni hüquqi tənzimləmə təsdiqlənib
  • 14-07-2026, 12:20
    Milli Məclis dövlət qulluğu və media ilə bağlı qanunlara dəyişiklikləri təsdiqləyib
  • 14-07-2026, 12:14
    Panel müzakirə: “Media obyektivində sülh quruculuğu və ictimai diskurs”
  • 14-07-2026, 12:09
    Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşüb
  • 14-07-2026, 12:07
    Hikmət Hacıyev: Qlobal medianın gələcəyini müzakirə etmək üçün Şuşa Forumundan daha uyğun məkan tapmaq çətindir
  • 14-07-2026, 12:04
    Prezident İlham Əliyevin Şuşada Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub
  • 14-07-2026, 12:02
    Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
  • 13-07-2026, 19:04
    Sürücülər üçün imtahan təşkil ediləcək
  • 13-07-2026, 19:01
    Azərbaycan Prezidentinin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Türkiyə mediasının diqqət mərkəzindədir
  • 13-07-2026, 18:58
    Rusiyanın səhiyyə naziri Azərbaycanda səfərdədir: Əməkdaşlığın inkişafına böyük önəm veririk
  • 13-07-2026, 18:52
    "Zabit ixtisas kursu"nun növbəti buraxılış mərasimi keçirilib
  • 13-07-2026, 18:49
    Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
  • 12-07-2026, 13:36
    Dövlət icra məmuru vəzifəsinə qəbul üzrə ilk test imtahanı keçirilir
  • 12-07-2026, 13:33
    Bu gün bir çox ölkədə Beynəlxalq Fotoqraflar Günü kimi qeyd olunur
  • 12-07-2026, 13:29
    Tovuz döyüşləri: Zəfərin astanasında
  • 11-07-2026, 12:14
    Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
  • 11-07-2026, 12:11
    Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub
  • 11-07-2026, 11:18
    Abbas Abbasov: Media dekolonizasiya prosesində qlobal məlumatlılığın artırılmasında mühüm rol oynayır
  • 11-07-2026, 11:15
    Monteneqrodan daxil olmuş hüquqi yardım sorğusu Azərbaycanın Baş Prokurorluğu tərəfindən icra edilib
  • 11-07-2026, 10:02
    Bu gün Ümumdünya Əhali Günüdür
  • 11-07-2026, 10:00
    Bu gün Ümumdünya Şokolad Günüdür
  • 11-07-2026, 09:55
    Şuşa Media Forumu: Qlobal media dialoqunun Azərbaycan platforması
  • 10-07-2026, 20:09
    BDU-da “Dövlət siyasəti və idarəçilik” adlı yeni ixtisaslaşma açılır
  • 10-07-2026, 20:04
    Masallıda topdansatış anbarında saxta alkoqollu içkilər aşkarlanıb
  • 10-07-2026, 13:37
    Dövlət icra məmurluğu üzrə test imtahanının keçiriləcəyi tarix açıqlanıb
  • 10-07-2026, 13:31
    FHN: İyulun 6-da Şüvəlan qəsəbəsində dənizdə batan şəxsin axtarışları davam etdirilir
  • 10-07-2026, 13:28
    Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə rəsmi qəbul təşkil edilib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə