• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Hərbi ekspert: Ermənistanın silahlanması regionda sabitliyi və təhlükəsizliyi poza bilər

Cəmiyyət

10-11-2024, 16:43

Bakı, 10 noyabr.

Otuz il ərzində Ermənistan Azərbaycana qarşı təcavüzkar və işğalçılıq siyasətini daim digər ölkələrin hərbi və siyasi dəstəyi ilə həyata keçirib. Bu ölkə hazırda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə silahlanmaya üstünlük verir. Bu, Ermənistan üçün çox təhlükəli tendensiyadır. İşğalçı ölkəni Azərbaycana qarşı növbəti müharibəyə hazırlayan ABŞ və Fransa Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasında maraqlı deyil. Əksinə, bu münaqişəni yenidən alovlandırmağa çalışırlar.

Bunu açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Bu il aprelin 5-də Ermənistanla Avropa İttifaqı və ABŞ arasında imzalanan hərbi paktdan sonra işğalçı Ermənistanın Azərbaycanla sülh danışıqlarından kənarlaşdığının müşahidə olunduğunu diqqətə çatdıran Ədalət Verdiyev vurğulayıb: “Bu, Ermənistana heç bir müsbət fayda gətirməyəcək. Tam əksinə, hər hansı kiçik qığılcım münaqişənin yenidən alovlanmasına və Ermənistanın növbəti kapitulyasiya aktını imzalamasına gətirib çıxara bilər. Ermənistanı silahlandıran ölkələr unutmamalıdırlar ki, Azərbaycan Silahlı Qüvvələri hazırda dünyanın ən güclü orduları sırasında 29-cu pillədə qərarlaşıb. Ermənistan bəzi Qərb ölkələri tərəfindən silahlandırılmasına baxmayaraq, artıq bəzi reytinqlərdə, ümumiyyətlə, nəzərə alınmır. Otuz il müddətində müxtəlif ölkələr tərəfindən silahlanmaya üstünlük verən işğalçı Ermənistan hazırda XXI əsrin fərari ordusuna malikdir. Belə ordunun istənilən silahla təchiz edilməsi heç bir halda mövcud reallıqları dəyişməyəcək”.

Hərbi ekspert qeyd edib ki, Azərbaycan yalnız öz Ordusu hesabına döyüş meydanında Qələbə qazanıb. Bu gün bir neçə dəfə kapitulyasiya aktı imzalayan Ermənistan ordusunun istənilən silahlarla təchiz edilməsi regiondakı güc balansına qəti təsir etməyəcək. Çünki istənilən silahı istifadə edəcək heyətin döyüş bacarıqları çox vacib amildir. Bu da Ermənistanda yaxın onilliklərdə mümkün olmayacaq. Fərari heyətə malik komandirlərin rəhbərlik etdiyi orduda istənilən silah yalnız metal yığnağının mənasını daşıyır.

“Silahı istifadə edən şəxsi heyətin peşəkarlığı və Vətən sevgisi çox vacibdir. Bu məsələlər isə mənəvi, psixoloji cəhətdən sarsıntı keçirən Ermənistan ordusunda sıfır vəziyyətindədir. İşğalçı kimi 30 illik tarixə malik ölkəni silahlandıran Hindistanın BMT Təhlükəsizlik Şurasına üzv olması isə tamamilə qəbuledilməzdir. Adətən militarist siyasət yürüdən ölkələrin silahsızlaşdırılması həyata keçirilməli olduğu halda, Fransa, ABŞ və Hindistanın Ermənistanı silahlandırmaq cəhdləri bu ölkə üçün çox təhlükəli gələcək vəd edir. Ermənistanın Azərbaycana qarşı silahlandırma proseslərini idarə edən və rəhbərliyini həyata keçirən Bayden administrasiyası idi. Ermənistanı fəlakətə sürükləyən dövlətlər anlamalıdırlar ki, Azərbaycanı hədəfə çevirmək qəbuledilməzdir, onunla diktə dili ilə danışmaq isə ümumiyyətlə, mümkün deyil. Azərbaycan belə davranışları heç vaxt cavabsız qoymayacaq. Təzyiq yolu ilə Azərbaycan bir addım da olsun geri çəkilməyəcək. Azərbaycan Ordusu hazırda yalnız Qafqazın deyil, bütün regionun qalib ölkəsi olaraq Ermənistanın təxribatçı fəaliyyətlərinə cavab verməyə hazırdır. Sonda bu fəaliyyətlər Ermənistana çox baha başa gələcək”, - deyə Ədalət Verdiyev bildirib.

Ekspertin sözlərinə görə, indiyədək olduğu kimi Ermənistanın silahlanması mövcud reallıqlara təsir edə biləcək amil deyil. Əksinə, bu silahlanma Ermənistana yalnız ağrılı, kədərli günlər gətirəcək və ölkə daha böyük sarsıntılara məruz qalacaq. Ermənistanın özünü “Sülh göyərçini” kimi təqdim etməsi, digər tərəfdən isə Azərbaycana qarşı silahlanması regionda sabitliyi və təhlükəsizliyi poza bilər. Azərbaycan isə bu fəaliyyətlərə qarşı heç vaxt səssiz qalmayacaq.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

26-01-2024, 17:03

AŞPA-dan istifadə edən Fransa qərəzli mövqeyi ilə Azərbaycana qarşı təzyiq göstərməyə çalışır

Cəmiyyət

19-06-2024, 10:39

MN: Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə görə məsuliyyəti revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq

Siyasət

3-04-2024, 10:56

Aİ-Ermənistan-ABŞ konfransı regionda yeni gərginlik yarada bilər

Siyasət

8-04-2024, 15:51

Azərbaycanlı ekspertdən Avropa Komissiyasının Prezidentinə açıq məktub

Cəmiyyət

8-03-2024, 22:25

Gürcü politoloq: Ermənistanın başqa ölkələrlə hərbi birlik yaratmaq ideyası region üçün yaxşı əlamət deyil

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 13:39
    Daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşib
  • Вчера, 13:35
    Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib
  • Вчера, 13:30
    DSX-nin hərbi hissəsində “Açıq qapı” günü təşkil edilib
  • Вчера, 13:27
    Bakıda 15 İyul şəhidləri anılıb
  • Вчера, 13:25
    Beynəlxalq axtarışda olan şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edilib
  • Вчера, 13:23
    Hədiyyə kartlarının müddəti bitirsə, pul silinə bilərmi? – Hakimdən hüquqi izah
  • Вчера, 13:18
    Baş nazir Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub
  • Вчера, 13:16
    XİN: Odessa sahillərində hücuma məruz qalan gəminin azərbaycanlı kapitanının axtarışları davam edir
  • 14-07-2026, 12:23
    İcbari tibbi sığorta fondu ilə bağlı yeni hüquqi tənzimləmə təsdiqlənib
  • 14-07-2026, 12:20
    Milli Məclis dövlət qulluğu və media ilə bağlı qanunlara dəyişiklikləri təsdiqləyib
  • 14-07-2026, 12:14
    Panel müzakirə: “Media obyektivində sülh quruculuğu və ictimai diskurs”
  • 14-07-2026, 12:09
    Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşüb
  • 14-07-2026, 12:07
    Hikmət Hacıyev: Qlobal medianın gələcəyini müzakirə etmək üçün Şuşa Forumundan daha uyğun məkan tapmaq çətindir
  • 14-07-2026, 12:04
    Prezident İlham Əliyevin Şuşada Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub
  • 14-07-2026, 12:02
    Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
  • 13-07-2026, 19:04
    Sürücülər üçün imtahan təşkil ediləcək
  • 13-07-2026, 19:01
    Azərbaycan Prezidentinin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Türkiyə mediasının diqqət mərkəzindədir
  • 13-07-2026, 18:58
    Rusiyanın səhiyyə naziri Azərbaycanda səfərdədir: Əməkdaşlığın inkişafına böyük önəm veririk
  • 13-07-2026, 18:52
    "Zabit ixtisas kursu"nun növbəti buraxılış mərasimi keçirilib
  • 13-07-2026, 18:49
    Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
  • 12-07-2026, 13:36
    Dövlət icra məmuru vəzifəsinə qəbul üzrə ilk test imtahanı keçirilir
  • 12-07-2026, 13:33
    Bu gün bir çox ölkədə Beynəlxalq Fotoqraflar Günü kimi qeyd olunur
  • 12-07-2026, 13:29
    Tovuz döyüşləri: Zəfərin astanasında
  • 11-07-2026, 12:14
    Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
  • 11-07-2026, 12:11
    Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub
  • 11-07-2026, 11:18
    Abbas Abbasov: Media dekolonizasiya prosesində qlobal məlumatlılığın artırılmasında mühüm rol oynayır
  • 11-07-2026, 11:15
    Monteneqrodan daxil olmuş hüquqi yardım sorğusu Azərbaycanın Baş Prokurorluğu tərəfindən icra edilib
  • 11-07-2026, 10:02
    Bu gün Ümumdünya Əhali Günüdür
  • 11-07-2026, 10:00
    Bu gün Ümumdünya Şokolad Günüdür
  • 11-07-2026, 09:55
    Şuşa Media Forumu: Qlobal media dialoqunun Azərbaycan platforması
  • 10-07-2026, 20:09
    BDU-da “Dövlət siyasəti və idarəçilik” adlı yeni ixtisaslaşma açılır
  • 10-07-2026, 20:04
    Masallıda topdansatış anbarında saxta alkoqollu içkilər aşkarlanıb
  • 10-07-2026, 13:37
    Dövlət icra məmurluğu üzrə test imtahanının keçiriləcəyi tarix açıqlanıb
  • 10-07-2026, 13:31
    FHN: İyulun 6-da Şüvəlan qəsəbəsində dənizdə batan şəxsin axtarışları davam etdirilir
  • 10-07-2026, 13:28
    Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə rəsmi qəbul təşkil edilib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə