Ağdərə, 30 noyabr.
Ağdərə-Kəlbəcər yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Pikap” markalı avtomobilin aşması nəticəsində 4 nəfərin öldüyü, 1 nəfərin yaralandığı bildirilir. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.