• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Şəhid adı daşa yazılmır: Xatirəni əbədiləşdirmək, yoxsa milli irsimizə iz salmaq?

Cəmiyyət

Сегодня, 11:19

Azərbaycan Dövlət İnformasiya Agentliyi
CƏMİYYƏT
Şəhid adı daşa yazılmır: Xatirəni əbədiləşdirmək, yoxsa milli irsimizə iz salmaq?
06.09.2026.
Şəhid adı daşa yazılmır: Xatirəni əbədiləşdirmək, yoxsa milli irsimizə iz salmaq?
Bakı, 6 sentyabr,.

Şuşanın qayaları, qədim daşları, tarixi divarları... Bu səthlərin hər biri sadəcə daş parçası deyil. Onlar əsrlərin yaddaşını, bir şəhərin tarixini və xalqın milli-mədəni irsini özündə yaşadır. Lakin son illərdə bu tarixi məkanlara edilən səfərlər zamanı qayaların, daşların və müxtəlif səthlərin üzərində adlara, yazılara, müxtəlif simvollara, işarələrə rast gəlinməsi narahatlıq doğurur. Bəzən isə bu yazılar şəhidlərin adları ilə əlaqələndirilir. Məqsədin xatirəni yaşatmaq olduğu deyilsə də, ortaya çıxan mənzərə tamamilə başqa sual yaradır: Şəhidin adını daşa yazmaq həqiqətən onun xatirəsinə ehtiramdırmı?

Məsələyə münasibət bildirən Azərbaycan Ordusunun ehtiyatda olan zabiti, Xüsusi Təyinatlı Qüvvələrin mayoru Amil Mustafayev açıqlamasında deyib ki, şəhid adı adi daşın, divarın üzərində, tozun, torpağın içində qalacaq bir ad deyil. Şəhidlərin adlarının əbədiləşdirilməsi üçün dövlət səviyyəsində müəyyən edilmiş mexanizmlər mövcuddur. Küçələrə, meydanlara, məktəblərə, mədəniyyət müəssisələrinə, muzeylərə şəhidlərin adlarının verilməsi onların xatirəsinin daha layiqli şəkildə yaşadılmasına xidmət edir.


A.Mustafayev hesab edir ki, şəhid adlarının təsadüfi şəkildə daşlara və tarixi səthlərə yazılması həm ümumi görünüşə, həm də dövlətin yaratdığı xatirə məkanlarına münasibətdə mənfi təsir yaradır. O, belə halların qarşısının alınması üçün maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsini vacib sayır. Eyni zamanda, şəhidlərin adlarının zirvələrdə, xüsusi memorial lövhələrdə və bayraqla birlikdə əbədiləşdirilməsini daha məqsədəuyğun hesab edir.

Məsələnin digər tərəfi isə işğaldan azad edilmiş ərazilərdə milli irsin qorunmasıdır. Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant, hərbi-siyasi ekspert Elmar Hüseyn diqqəti xüsusilə bu məqama yönəldir. Onun sözlərinə görə, Azərbaycan uzun illər işğal altında qalmış ərazilərdə erməni vandalizminin nəticələrini aradan qaldırır, tarixi-mədəni irsi bərpa edir. Tarixi abidələrin bərpası, milli-mənəvi irsin qorunması və gələcək nəsillərə çatdırılması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Ərazi bütövlüyümüzün bərpası naminə şəhid olmuş hərbçilərin xatirəsinin əbədiləşdirilməsi də bu prosesin qollarından biridir. İşğaldan azad edilmiş ərazilərdə yaradılan memorial komplekslər, abidələr və digər layihələr gələcək nəsillərə həm tarixi yaddaşın, həm də vətənpərvərlik ruhunun ötürülməsinə xidmət edir. Belə bir şəraitdə həmin ərazilərdə yeni və kustar yazıların meydana çıxması yolverilməzdir.

E.Hüseyn bildirir ki, bu məsələdə ictimai qınaq mexanizmi də formalaşdırılmalıdır: "Bu, yolverilməzdir. Hər bir Qarabağa səfər edən insan oranın necə planlı, məqsədli şəkildə bərpa olunduğunu görür. Kimsənin görülən işlərə xələl gətirmək haqqı yoxdur”.

Bəs şəhid ailələri bu məsələyə necə baxır?

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Əlibala Abdullayevin bacısı Məsmə Bağırova bu cür yazıların şəhidlərin xatirəsini yaşatmaq üçün doğru üsul olmadığını düşünür. Onun fikrincə, şəhidlərin keçdiyi yolları, qalaları, torpaqları yazılarla doldurmağa ehtiyac yoxdur, onların xatirəsi onsuz da insanların qəlbində yaşayır. M.Bağırova ağacların, daşların və qayaların üzərinə adların yazılmasını təbiətə və həmin məkana vurulan yara kimi qiymətləndirir.

Şəhid bacısı xüsusilə tarixi yerlərin özünəməxsusluğunun qorunmasının vacibliyini vurğulayır. Onun fikrincə, bu məkanlara gedən insanlar orada iz qoymaq yox, həmin tarixin izlərini görmək üçün getməlidirlər. Qədim qala divarlarının, daşların, qayaların üzərinə adların yazılması həmin məkanın tarixi görünüşünü dəyişdirir: "Xüsusilə Şuşa kimi tarixi şəhərdə hər bir daşın, hər bir divarın öz yaddaşı var. İnsanlar həmin məkanlara adlar həkk etməklə deyil, onların tarixini qorumaqla münasibət göstərməlidirlər. Çünki bu yerlər təkcə bu günün deyil, gələcək nəsillərin də görəcəyi və öyrənəcəyi milli yaddaş məkanlarıdır".

Şəhid ailəsinin dilindən səslənən bu mövqe məsələnin yalnız estetik və hüquqi deyil, həm də mənəvi tərəfindən xəbər verir.
Əslində, söhbət yalnız şəhid adlarından getmir. Bina, abidə, divar, qaya və digər obyektlər üzərinə icazəsiz yazı yazılması şəhər mədəniyyətinin pozulmasının bir formasıdır. Dünyanın müxtəlif şəhərlərində qraffiti və qanunsuz yazılar şəhər mühitinin ciddi problemlərindən birinə çevrilib. Belə yazıların təmizlənməsi isə həm vaxt, həm də maliyyə tələb edir. Azərbaycanda da ictimai və şəxsi əmlaka zərər vurulması ilə bağlı oxşar hallar baş verib. Nizami Kino Mərkəzinin binasında və digər obyektlərdə qeydə alınan belə faktlar vandalizm kimi qiymətləndirilib, bəzi hallarda isə məsul şəxslər barəsində hüquqi tədbirlər görülüb. Bu nümunələr göstərir ki, məsələ sadəcə “divara bir ad yazmaq” qədər adi deyil.

Xüsusilə Şuşada bu məsuliyyət daha böyükdür. Çünki burada hər bir daş, divar və küçə şəhərin çoxəsrlik tarixinin bir hissəsidir. İşğal dövründə tarixi irsimizə qarşı törədilmiş vandalizm aktlarının izlərini aradan qaldıran bir ölkənin vətəndaşlarının həmin irsin qorunmasına özləri də həssas yanaşmalıdırlar. Şəhidin xatirəsini yaşatmaq istəyən şəxsin niyyəti nə qədər xoş olsa da, seçilən üsul tarixi abidəyə və ya təbii mühitə zərər vurursa, artıq həmin niyyətin özü müsbət nəticə doğurmur.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

23-05-2026, 11:01

Bağdadda Şuşaya həsr olunmuş kitabın təqdimatı olub

Cəmiyyət

8-02-2026, 11:52

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Memorial Kompleksini və Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər

Cəmiyyət

17-07-2025, 10:16

Milli mətbuatın 150 illiyi maddi-mədəni irsimizin inciləri fonunda qeyd olunub

Cəmiyyət

28-04-2026, 11:49

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər

İqtisadiyyat

24-11-2025, 11:06

® “Qəhrəmanlar bağı” layihəsi: Şəhidlərin xatirəsinə 543 ağac əkilib

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 11:25
    Cəsarət Hüseynzadə: Şuşanın divarlarına öz adımızı yazmağa deyil, onun adına layiq davranmağa borcluyuq
  • Сегодня, 11:22
    Ağdam rayonunda mina partlayışı baş verib
  • Сегодня, 11:19
    Şəhid adı daşa yazılmır: Xatirəni əbədiləşdirmək, yoxsa milli irsimizə iz salmaq?
  • Сегодня, 11:14
    Dünyaşöhrətli alim Lütfi Zadənin vəfatından doqquz il ötür
  • Вчера, 11:08
    Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib
  • Вчера, 11:06
    DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
  • Вчера, 11:00
    Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək
  • Вчера, 10:57
    Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub
  • 4-09-2026, 14:39
    Dövlət orqanlarında vakant vəzifələr üzrə ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib
  • 4-09-2026, 14:34
    Təqsirləndirilən daha 2 şəxs ölkəmizə ekstradisiya edilib
  • 4-09-2026, 14:32
    Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya ediləcək
  • 4-09-2026, 14:28
    Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib
  • 4-09-2026, 14:24
    Prezident İlham Əliyev İtaliyanın Baş nazirini təbrik edib
  • 3-09-2026, 12:42
    Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə “Yol xəritəsi” imzalanıb
  • 3-09-2026, 12:39
    Gömrük nəzarətindən gizlədilən brilyant qaşlar aşkarlanıb
  • 3-09-2026, 12:33
    Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir
  • 2-09-2026, 15:36
    Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar test imtahanında iştirak edəcək namizədlərin nəzərinə
  • 2-09-2026, 15:33
    Əməkhaqqlarının artırılması həkimlərin öz işlərinə daha məsuliyyətlə yanaşmasına, motivasiyalarının yüksəlməsinə güclü təkan verir - RƏY
  • 2-09-2026, 15:29
    İcraçı direktor: Növbəti mərhələlərdə həkimlərin əməyinin qiymətləndirilməsi nəticə ilə ölçülməlidir
  • 2-09-2026, 13:12
    Bakıda IV Beynəlxalq Minatəmizləmə konfransı işə başlayıb
  • 2-09-2026, 13:08
    Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə ayrılan vəsait açıqlanıb
  • 2-09-2026, 13:04
    Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir
  • 2-09-2026, 13:02
    Prezident İlham Əliyev: 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub
  • 2-09-2026, 13:00
    Azərbaycan Prezidenti: Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır
  • 2-09-2026, 12:57
    Prezident: Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət və dostluq ənənələrinə əsaslanır
  • 1-09-2026, 18:00
    Gömrük nəzarətinə bəyan edilməyən mallar aşkarlanıb
  • 1-09-2026, 17:55
    Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə və ödənişlər kimlərə şamil edilmir?
  • 1-09-2026, 17:43
    Prezident İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq
  • 1-09-2026, 13:45
    13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən şəxs barəsində materiallar məhkəməyə göndərilib
  • 1-09-2026, 13:41
    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir
  • 1-09-2026, 13:38
    Dünya mediası Prezident İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşünü diqqət mərkəzində saxlayıb
  • 1-09-2026, 13:30
    Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
  • 1-09-2026, 13:27
    Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
  • 31-08-2026, 11:50
    Faktiki hava: Bəzi yerlərdə leysan yağır
  • 31-08-2026, 11:47
    Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərlə müsabiqənin ikinci mərhələsi başlayır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə