• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Kollegiya sədri: Ölkəmizdə vəkillik institutu inkişaf edir

Cəmiyyət

28-12-2024, 15:33

Azərbaycan Dövlət İnformasiya Agentliyi
CƏMİYYƏT
Kollegiya sədri: Ölkəmizdə vəkillik institutu inkişaf edir
28.12.2024
Kollegiya sədri: Ölkəmizdə vəkillik institutu inkişaf edir
Bakı, 28 dekabr.

Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin memarı və qurucusu olduğu müasir Azərbaycan dövlətinin daxili və xarici siyasətində, o cümlədən dövlətin ali məqsədi olan insan hüquqlarının təmin edilməsində böyük uğurlar əldə edilməsinə gətirib çıxarıb. Beynəlxalq münasibətlər sistemində böyük nüfuz qazanan Azərbaycan Respublikası beynəlxalq problemlərin həll edilməsi mərkəzlərindən birinə çevrilməkdədir. Bu cəhətdən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi mühüm qlobal problemlərin həllində dövlətimizin xüsusi rol oynadığını bir daha nümayiş etdirdi.

Bunu Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri, hüquq üzrə fəlsəfə doktoru Anar Bağırov Vəkil Günü peşə bayramı münasibətilə yazdığı məqalədə bildirib.

A.Bağırov bildirib ki, mühüm beynəlxalq təşkilatların və insan hüquqları sahəsində əksər beynəlxalq müqavilələrin iştirakçısı olaraq dövlətimiz milli qanunvericilik sistemi qurub və onu daha da inkişaf etdirməkdə davam edir. Azərbaycanda vəkilliyin müstəqil təsisat kimi formalaşmasının bilavasitə Ulu Öndərin adı ilə bağlı olması danılmaz faktdır. Belə ki, hələ SSRİ dövründə məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan SSR-nin 1978-ci il Konstitusiyasında vəkilliklə bağlı müddəalar öz əksini tapıb və bununla da vəkilliyə konstitusion status verilib. Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi altında Azərbaycan SSR-də 1980-ci il noyabrın 13-də “Azərbaycan SSR vəkilliyi haqqında Əsasnamə” təsdiq edilib. Həmin dövrdə Konstitusion status daşıyan Vəkillər Kollegiyası məhz bu Əsasnamə əsasında fəaliyyət göstərib. Beləliklə, ölkəmizdə vəkilliyin institutsionallaşmasına start verilib və onun hüquqi əsasları möhkəmləndirilib. Həmin dövr, vəkilliyin hüquqi təminatlarının gücləndirilməsi və cəmiyyətdəki nüfuzunun artırılması üçün vacib bir mərhələ olub.

Məqalədə daha sonra deyilir: “Bütün bunların məntiqi davamı kimi Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyası bütövlükdə insan hüquqları amili üzərində qurulub, insan hüquqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilib, beynəlxalq müqavilələrin və beynəlxalq hüququn primatlığı bütün sahələrdə tam şəkildə tanınıb. Konstitusiyamızın 7-ci, 10-cu, 12-ci, 71-ci, 148-ci və 151-ci maddələri xüsusi qeyd edilməlidir. Eyni zamanda, Konstitusiyanın 2-ci bölməsi əsas insan və vətəndaş hüquq, azadlıq və vəzifələrinə həsr edilib. Konstitusiyamızın 61-ci maddəsində müəyyən edilən “Hüquqi yardım almaq hüququ” beynəlxalq hüquq normalarına uyğun olmaqla bərabər, sonradan bu sahədə bir sıra əhəmiyyətli sahəvi normativ aktların qəbul edilməsinə gətirib çıxarıb. Konstitusiyada əksini tapmış əsas strateji məqsədlər, ilk növbədə hüquqi islahatları və insan hüquqlarının qorunması prinsipinin realizəsini zəruri edib, milli qanunvericilik sisteminin daha da inkişafına təkan verib. Nəticədə 1999-cu il dekabrın 28-də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunla müstəqil Azərbaycan vəkilliyinin əsası qoyulub, ölkəmizin tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşıb.

Yeni qəbul edilmiş “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanundan irəli gələrək 2004-cü il noyabrın 3-də Azərbaycan Respublikasının Yeni Vəkillər Kollegiyası təsis edilib. Təsis zamanı Kollegiyanın 356 vəkil üzvü olub. Bu yeni struktur vəkilliyin funksional və peşəkar təşkilatlanmasında önəmli rol oynayıb. Kollegiya bu illər ərzində yalnız hüquqi yardım göstərən qurum deyil, eyni zamanda, insan hüquqlarının qorunması, hüquqi maarifləndirmə və ədalət mühakiməsinin təminatçısı kimi çıxış edir. Azərbaycanın bu sahədəki liderliyi, postsovet məkanında vəkillik institutuna müstəqillik verən ilk dövlətlərdən biri olması, ölkəmizin hüquqi islahatlara sadiqliyini bir daha nümayiş etdirdi. Qeyd etməyə dəyər ki, 356 vəkilin iştirakı ilə təsis edilən Vəkillər Kollegiyasının üzvlərinin sayı bu gün 2 min 500 nəfərdən çoxdur.

Sonrakı illərdə Azərbaycanda vəkillik institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində bir sıra normativ-hüquqi aktlar, çoxsaylı sərəncamlar və digər sənədlər qəbul olunub ki, bu da Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı ilə birbaşa bağlıdır. Belə ki, “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının maddi-texniki təminatının yaxşılaşdırılması üzrə tədbirlər barədə” 2005-ci il martın 11-də Prezidentin Sərəncamı Azərbaycanda vəkilliyin inkişafına dövlət tərəfindən verilən əməli dəstək kimi qiymətləndirilməlidir. Hüquqi islahatlar sırasında vəkillik fəaliyyətinin yeni inkişaf mərhələsinə təkan vermiş və tarixi önəm daşıyan 2018-ci il fevralın 22-də imzalanan “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Prezident Sərəncamının preambulasında isə qeyd olunur ki, vətəndaşların yüksəkkeyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır. Həmin Sərəncamda Vəkillər Kollegiyasının müvafiq binalar ilə təmin olunması, dövlət hesabına göstərilən hüquqi yardıma görə müəyyən edilmiş məbləğin 3 dəfə artırılması və s. məsələlər öz əksini tapıb.

Eyni zamanda, Sərəncama uyğun olaraq müasir informasiya kommunikasiyaları texnologiyalarının tətbiqi, hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və həmin sistemin "Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlərin görülməsi məsələləri də qeyd olunub. Bunu nəzərə alaraq Vəkillər Kollegiyası tərəfindən 2023-cü ildən etibarən ölkəmizdə pilot layihə kimi “Elektron order”dən istifadə olunmağa başlanılıb, 2024-cü ildən isə layihə geniş tətbiq edilir. Hazırda 14 minə yaxın elektron müqavilə bağlanılıb.

Prezidentin 2019-cu il aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı vəkilliyin ölkəmizdə daha da mütərəqqi quruma çevrilməsi baxımından tarixi sənəd olmaqla yanaşı, gələcək dövr üçün onun inkişaf istiqamətlərini də müəyyən edib. Həmin Fərmanla 2020-ci ildən etibarən dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin müvafiq icra hakimiyyətinə deyil, dövlət büdcəsində birbaşa Vəkillər Kollegiyasına ayrılması müəyyən olunub. Dövlət başçısı vəkilliyə göstərdiyi diqqətin daha bir təzahürü kimi, 2019-cu il dekabrın 25-də imzaladığı Sərəncamı ilə “Vəkil Günü” peşə bayramını təsis edib. Sərəncama əsasən, hər il dekabrın 28-i Azərbaycanda vəkillərin peşə bayramı kimi qeyd edilir.

Peşə bayramı münasibətilə təşkil edilən tədbirlər çərçivəsində növbəti dəfə "Dünya Vəkil Cübbələri və Atributları" sərgisi keçirilir. Tədbir Sumqayıt Regional Vəkil Bürosunun təşkilatçılığı, Vəkil Günü peşə bayramı və Sumqayıt şəhərinin 75 illiyinə həsr olunub.

Vəkil qurumlarının artırılması, onların maddi-texniki şəraitinin yaxşılaşdırılması sahəsində də xeyli iş görülüb. Regionlarla bağlı olaraq apellyasiya məhkəmələrinin yurisdiksiyasına uyğun Sumqayıt, Şəki və Şirvan şəhərlərində Vəkillər Kollegiyasının regional vəkil qurumları yaradılıb, onlar müvafiq binalarla təmin edilib, müasir informasiya kommunikasiyaları texnologiyalarının imkanlarından yararlanmalarına dəstək göstərilib. Gəncə şəhərində Vəkillər Kollegiyası üçün ayrılmış binanın təmiri yekunlaşmaq üzrədir, Lənkəran şəhərində isə torpaq sahəsində müvafiq binanın tikintisinə başlanılması üçün işlər davam etdirilir. Hazırda ölkəmizdə 138 vəkil qurumu fəaliyyət göstərir. Peşəkar hüquqi yardımı həyata keçirən Vəkillər Kollegiyasının fəaliyyət istiqaməti çoxşaxəlidir”.

Məqalədə o da bildirilib ki, 2024-cü il ərzində Rəyasət Heyətinin 21 iclası keçirilib. İclaslar çərçivəsində Rəyasət Heyətinin qərarları ilə xəstəlikləri ilə əlaqədar olaraq 5 vəkilə Vəkilliyin İnkişafı Fondundan maddi yardım göstərilib, 59 vəkil analıq məzuniyyəti, təhsil və s. digər əsaslarla üzvlük haqqı ödəməkdən azad edilib. Hazırda Kollegiyanın nəzdində 11 Komitə fəaliyyət göstərir. Onlardan İcra hüququ və Deontologiya Komitələri bu il yaradılıb.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

15-03-2024, 23:01

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclasında bir sıra məsələlərə baxılıb

Cəmiyyət

24-08-2024, 14:00

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Cəmiyyət

28-12-2024, 11:33

Anar Bağırov: Son dövrlər vəkillikdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə böyük üstünlük verilir

Siyasət

21-12-2023, 10:49

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib -

Cəmiyyət

25-04-2024, 11:17

İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 15:42
    “Brent” neftinin qiyməti 90 dollardan aşağı enib
  • Сегодня, 15:39
    BDU-nun tələbəsi adını qazanan şəhid övladları
  • Сегодня, 15:34
    Baş prokuror Şəkidə sakinlərin müraciətlərini dinləyib, yeni xidməti mənzillər istifadəyə verilib
  • Сегодня, 15:29
    AQTA monitorinq keçirib, 158,4 kiloqram uyğunsuz dondurma məhsulu məhv edilib
  • Сегодня, 14:40
    Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək
  • Сегодня, 14:36
    Faiz müqabilində borc verənləri hansı təhlükə gözləyir? - Ali Məhkəmə xəbərdarlıq etdi
  • Вчера, 11:10
    Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
  • Вчера, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • Вчера, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 23-08-2026, 11:41
    Səbinə Əliyeva: Ombudsman və milli insan hüquqları təsisatları süni intellektin təhlükəsiz tətbiqinin təşviqində mühüm rol oynayır
  • 23-08-2026, 11:37
    Bu gün Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi Günüdür
  • 23-08-2026, 11:35
    Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
  • 22-08-2026, 13:01
    Bakıda oğurluq edən 4 şəxs saxlanılıb
  • 22-08-2026, 12:58
    Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək
  • 22-08-2026, 12:54
    Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir
  • 20-08-2026, 09:45
    Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər
  • 18-08-2026, 12:12
    Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək
  • 18-08-2026, 12:10
    Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar
  • 18-08-2026, 12:07
    Azərbaycan Mətbuat Şurası Rusiyanın informasiya məkanındakı təhdidlərlə bağlı bəyanat yayıb
  • 17-08-2026, 12:25
    Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb
  • 17-08-2026, 12:22
    Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb
  • 17-08-2026, 12:20
    Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb
  • 17-08-2026, 12:16
    Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var
  • 17-08-2026, 12:14
    General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb
  • 17-08-2026, 12:02
    DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
  • 16-08-2026, 14:29
    Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
  • 16-08-2026, 14:26
    Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib
  • 15-08-2026, 14:12
    Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür
  • 15-08-2026, 14:05
    Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək
  • 15-08-2026, 14:01
    Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib
  • 14-08-2026, 10:30
    Azərbaycan nefti 93,97 dollara satılır
  • 14-08-2026, 10:27
    Xankəndi şəhərinə növbəti köç yola salınıb
  • 14-08-2026, 10:24
    Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzindədir
  • 13-08-2026, 17:13
    Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
  • 13-08-2026, 17:09
    Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə