• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Radioda uşaq proqramlarına marağı artırmaq üçün nə etməli?

Cəmiyyət

14-02-2025, 11:00

Bakı, 14 fevral.

Azərbaycanda müntəzəm radio verilişlərinin başlandığı gündən 99 il keçir. Radionun infrastrukturu dəyişir, maddi-texniki bazası müasirləşir. Rəqəmsallaşma, multiplatforma, konvergensiya və interaktivlik müasir radionun əsas tendensiyalarındandır. Ənənəvi informasiya vasitələrinə alternativ olan telefonlar, planşetlər hər kəsə qısa müddətdə lazımi və vacib məlumatları seçmək imkanı verir.

Bu fikirlər Bakı Dövlət Universitetinin Multimedia və elektron kommunikasiya kafedrasının dosenti Sevinc Məmmədovanın “Müasir dövrdə uşaq radio verilişlərinin əhəmiyyəti” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Bu gün radioyayımda transformasiya prosesi yaşanır. Bu da internet radiosu, mobil proqramlar, sosial media və digər müxtəlif platformalarda yayımlanan verilişlərin məzmununda və formatında, auditoriya ilə qarşılıqlı əlaqədə aydın görünür. İnteraktivlik artır, dinləyicilər efir prosesində fəal iştirak edir, öz fikirlərini bildirir, qoyulan məsələləri aparıcı ilə müzakirə edirlər. Bu yeniliklər radioya dinləyiciləri cəlb etmək və saxlamaq imkanı verir.

Radionun mövcud olduğu dövr ərzində saysız-hesabsız veriliş hazırlanıb. Onların arasında kiçik yaşlı uşaqlar, məktəblilər və gənclərə ünvanlanan verilişlərin xüsusi yeri var.

Uşaq proqramları sadəcə əyləncə vasitəsi deyil. Dəyərləri, texnologiyanı və uşaqlara münasibəti əks etdirən dövrün güzgüsüdür.

Müasir uşaqlar rəqəmsal dünyada yaşayırlar. Onlar artıq proqram cədvəlinə deyil, məzmun axınından nəyə baxacağını və ya dinləyəcəyini özləri sərbəst seçir, maraqlarına uyğun məlumat və əyləncə tapa bilirlər.

Yeni texnologiya uşaqlara istənilən vaxt, istənilən yerdə istədikləri kontentə daxil olmaq imkanı verir. Ekranlarda dinamik və parlaq təsvirlərə üstünlük verən uşaqlara radio cəlbedici görünmür, eyni zamanda, radio verilişləri çox vaxt birtərəfli olur ki, bu da interaktivliyə öyrəşmiş uşaqların marağını azaldır.

Bu baxımdan da məzmun, vaxt seçimində məhdud olan uşaq verilişləri hər zaman hər bir uşağın maraqlarını ödəmir. Bəs uşaq proqramlarına marağı artırmaq üçün nə etməli?

Əlbəttə ki, radio uşaqlar üçün maraqlı və faydalı ola bilər. Onlara oynaq şəkildə yeni bilik və bacarıqlar öyrədən proqramlar lazımdır. Verilişlərdə auditoriyanın maraq dairəsi, vizual görüntülərin olmadığı bir şəraitdə dinləyicilərin fantaziyasına uyğun müxtəlif obrazlar qurması, dünyanı təkcə görmə ilə deyil, həm də eşitmə vasitəsilə dərk etməsi nəzərə alınmalıdır. Bununla belə, müasir uşaqlar təkcə əyləncəyə deyil, həm də yüksəkkeyfiyyətli, mehriban, səmimi məzmuna, sözə ehtiyac duyurlar.

Uşaq radio proqramlarının formatları müxtəlifdir. Beynəlxalq radio məkanında dövrün tələblərinə uyğun və populyarlıq qazanmış bir çox uşaq verilişləri var. Auditoriyanın marağına səbəb olan bu layihələr özündə tədris missiyasını, əyləncəli format və innovativ yanaşmaları birləşdirir. Nəzəriyyəçilərin fikrincə, təhsil sektorunda audioformat öyrənmək üçün güclü vasitə ola bilər. Məsələn, münasib vaxtda dinlənə bilən müxtəlif mövzularda uşaq podkastları xarici dil öyrənən, informasiyanı eşitmə ilə qavrayan, əlilliyi olan uşaqların da köməyinə gələr. Belə ki, radioda vizual təsvirlərin olmaması uşaqlarda təxəyyül gücünü və yaradıcılıq bacarıqlarını artırar, onların inkişafı və təhsili üçün yeni platforma rolunu oynayar. Lakin deyilənlər müasir tendensiyaların, məzmunun uşaq auditoriyasının maraqlarına uyğunlaşdırılmasını və əlbəttə ki, günün reallığı olan reklam məsələlərinin də nəzərə alınmasını tələb edir.

Vaxtikən bizim çox maraqlı verilişlərimiz olub. Onlardan ən çox yadda qalanları - “Biri varmış, biri yoxmuş”, “Sandıqça”, “Pioner şeypuru”, “Göy qurşağı”, “Xoruz”, “Biləyən” və digər verilişlər kiçik yaşlı dinləyicilərin dünyagörüşünü formalaşdırırdı.

Bilavasitə yeniyetmələrə ünvanlanan “Ulduz” proqramında da “Böyüklərə uşaqlar haqqında” silsilə söhbətlər, “Ailə və məktəb”, “Müəllim, valideyin, şagird”, “Ailə ilk tərbiyəçidir”, “Uşaq sevincinə şərik olun”, “Övladınız necə oxuyur?”, “Şıltaqlıq nədən doğur” və sair rubrikalarda ailə, uşaq və valideyin münasibətlərinə xüsusi diqqət verilirdi. Buna görə də verilişlər uzun müddət yaddaşlarda qalırdı. Yəqin ki, bir çoxları onları bu gün də xatırlayır.

Bir məsələyə də diqqət çəkək. 1953-cü ildə kiçik formatlı “Məstan pişik” musiqili verilişinin hazırlanması zamanı studiyada tanınmış aktrisa, Azərbaycanın Xalq artisti Barat Şəkinskaya və konservatoriyanın kiçik orkestri iştirak edirdi. İllər sonra rejissor Səftər Turabovun xatirəsinə görə, bu veriliş çox uğurlu və sevilən buraxılışlardan olmuşdur. Hazırda daha müasir və peşəkar yanaşma ilə çox maraqlı və əyləncəli uşaq verilişləri hazırlamaq mümkündür.

Qeyd etdiyimiz kimi, uşaqlar fərqli dünyadır. Bu gün onlar daha çox virtual aləmə bağlıdırlar, maraqları dəyişib, əsas bilik mənbəyi təkcə kitablar deyil, həm də videodərslər, podkastlar, interaktiv proqramlar, sosial şəbəkələrdir.

Daha cəlbedici və əlçatan medianın meydana gəlməsi ilə uşaq auditoriyasında radio verilişlərinə azalan marağı artırmaq üçün oyun elementləri əsaslı bilik və bacarıqlar öyrədən, gündəlik qayğılardan və stressdən uzaqlaşmaq imkanı yaradan, ətraf aləmi duymaq və analitik təfəkkürün inkişafına kömək edən verilişlər lazımdır. Unutmamalıyıq ki, uşaqlara xeyirxahlıq və müdrikliklə yanaşmalıyıq.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

6-11-2024, 10:35

6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

Mədəniyyət

3-08-2024, 21:56

“Avroviziya-2025” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək ifaçı və mahnının seçiminə başlanılır

Cəmiyyət

15-08-2024, 19:27

BDU-nun Jurnalistika fakültəsinə qəbul olmaq istəyənlərin nəzərinə

Cəmiyyət

16-11-2024, 10:39

“Oksford jurnallarında necə nəşr etməli?” mövzusunda vebinar keçiriləcək

Siyasət

22-02-2024, 12:05

İranın “Səhər” telekanalında Azərbaycanın real tarixini təhrif etməklə məşğuldurlar - RƏY

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 18:00
    Gömrük nəzarətinə bəyan edilməyən mallar aşkarlanıb
  • Вчера, 17:55
    Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə və ödənişlər kimlərə şamil edilmir?
  • Вчера, 17:43
    Prezident İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq
  • Вчера, 13:45
    13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən şəxs barəsində materiallar məhkəməyə göndərilib
  • Вчера, 13:41
    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir
  • Вчера, 13:38
    Dünya mediası Prezident İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşünü diqqət mərkəzində saxlayıb
  • Вчера, 13:30
    Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
  • Вчера, 13:27
    Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
  • 31-08-2026, 11:50
    Faktiki hava: Bəzi yerlərdə leysan yağır
  • 31-08-2026, 11:47
    Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərlə müsabiqənin ikinci mərhələsi başlayır
  • 31-08-2026, 11:44
    Prezident: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur
  • 31-08-2026, 10:22
    Dünya birjalarında neft bahalaşıb
  • 31-08-2026, 10:14
    Təhsilverənlərin təkrar sertifikatlaşdırılmasının müsahibə mərhələsi sentyabrın 3-dən başlanır
  • 31-08-2026, 10:12
    Bakının bəzi yollarında sıxlıq yaranıb
  • 31-08-2026, 10:09
    Azərbaycan-ŞƏT əməkdaşlığı və Avrasiyada strateji bağlantının gücü - Analitik təhlil
  • 29-08-2026, 15:04
    Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb
  • 29-08-2026, 12:46
    Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
  • 29-08-2026, 12:41
    Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür
  • 28-08-2026, 16:31
    Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
  • 28-08-2026, 16:28
    Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb
  • 28-08-2026, 09:56
    Bu ilin ikinci Ay tutulması başlayıb
  • 28-08-2026, 09:54
    Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib
  • 28-08-2026, 09:52
    Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub
  • 28-08-2026, 09:51
    34 il, 24 həyat, bir faciə - Ballıqaya
  • 27-08-2026, 16:33
    Bakı-Tbilisi aviareysi ilə gedən sərnişinin üzərində kokain aşkarlanıb
  • 27-08-2026, 16:30
    Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən mühüm açıqlama
  • 27-08-2026, 16:26
    Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
  • 27-08-2026, 16:24
    “Eternity-2026” təliminin yekun planlaşdırma konfransı olub
  • 26-08-2026, 15:05
    Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur
  • 26-08-2026, 15:00
    “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub
  • 26-08-2026, 14:57
    UNEC ilə Özbəkistan universitetləri arasında birgə elmi tədqiqatlar genişlənir
  • 26-08-2026, 14:49
    Ekspert: Laçın üzərində nəzarətin təmin olunması Qarabağda separatizmin kökünün kəsilməsində mühüm amillərdən olub
  • 26-08-2026, 11:25
    Bakıda yanğın baş verib, 1 nəfər ölüb
  • 25-08-2026, 15:42
    “Brent” neftinin qiyməti 90 dollardan aşağı enib
  • 25-08-2026, 15:39
    BDU-nun tələbəsi adını qazanan şəhid övladları
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə