• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Milli Müdafiə Universitetinin rektoru: Kursantlardan qırx üçü Türkiyədə, üçü Rusiyada, biri İtaliyada hərbi həkim ixtisası üzrə təhsil alır

Cəmiyyət

27-05-2025, 15:09

Bakı, 27 May.

Vətən müharibəsində Hərbi tibb fakültəsinin şəxsi heyəti döyüş bölgələrində – cəbhə xəttində və səyyar hospitallarda – tibbi təminatın təşkilində yaxından iştirak edib. Tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, yaralıların vaxtında və səmərəli şəkildə müalicəsi bölmələrin döyüş qabiliyyətinin qorunmasında böyük rol oynayıb.

Bunu Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülov Azərbaycan Tibb Universitetində (ATU) Hərbi tibb fakültəsinin yaranmasının 25 illik yubileyinə həsr edilmiş “Hərbi təbabətin aktual problemləri - 2025” adlı elmi-praktik konfransın açılışında deyib.

ATU-da Hərbi tibb fakültəsinin 2000-ci ildə yaradıldığını bildirən G.Əbdülov fakültədə hərbi tibbi təhsilin bütün formalarının mərkəzləşdirildiyini diqqətə çatdırıb: “Hərbi tibb fakültəsinin tapşırığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyacına uyğun hərbi həkim və feldşer hazırlamaq, ordunun tibb heyətinin müxtəlif ixtisaslar üzrə təkmilləşdirilməsini həyata keçirməkdir. Birinci Qarabağ müharibəsindən çıxarılan nəticələr Hərbi tibb fakültəsinin professor-müəllim heyəti tərəfindən təhlil olunmaqla tədrisdə yeniliklərin tətbiq edilməsi və kursantlar tərəfindən mənimsənilməsi nəticəsində Vətən müharibəsində tibbi təminat yüksək səviyyədə təşkil olundu. Vətən müharibəsində Səhiyyə Nazirliyi, TƏBİB və güc strukturlarının tibb xidmətləri ilə birgə həyata keçirilən fasiləsiz fəaliyyətlər döyüş itkilərinin və əlillik hallarının azaldılmasına səbəb oldu. Prezident İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu rayon və şəhərlərimizdə inşa edilmiş müasir tibb müəssisələri qoşunlara operativ və fasiləsiz tibbi dəstəyi təmin edib, müharibənin gedişatında böyük rol oynayıb. Müdafiə Nazirliyi Hərbi tibb fakültəsinin fəaliyyətinə daim yüksək əhəmiyyət verib, vəzifələrinin icrasına hər zaman xüsusi diqqət ayırıb. Nazirliyin beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində tibb ixtisaslı hərbi qulluqçuların xaricdə təhsilinə geniş imkanlar yaradılıb. Hər il fakültəyə qəbul olunmuş abituriyentlərdən ən yüksək bal toplayanlar xarici ölkələrə, xüsusilə Türkiyə Respublikası Gülhanə Tədris və Araşdırma Xəstəxanasına təhsil almağa göndərilir. Hazırda Hərbi tibb fakültəsinin hərbi həkim hazırlığı kurslarının 43 kursantı Türkiyədə, 3 kursantı Rusiya Federasiyasının Hərbi Tibb Akademiyasında, 1 kursantı İtaliyada hərbi həkim ixtisası üzrə təhsil alır. Hərbi tibb fakültəsinin Feldşer hazırlığı kursunun 8 kursantı Türkiyədə Gülhanə Tədris Araşdırma Xəstəxanasına təhsil almaq üçün göndərilib, təhsili bitirdikdən sonra 2 kursantının 14 ay müddətində diplomdan sonrakı təhsil məqsədilə Almaniyada kursa göndərilməsi planlaşdırılıb. Hərbi tibb fakültəsinin rezidenturasında təhsil alan rezidentlər bütün xərcləri qarşılanmaqla təhsilin son kursunda Gülhanə Tədris Araşdırma Xəstəxanasında rotasiya keçirlər. Həmin proqram çərçivəsində hazırda Hərbi tibb fakültəsinin 9 nəfər rezidenti həmin müəssisədə təcrübəyə cəlb olunub. Hərbi tibb fakültəsinin kursantlarının xaricdə ölkəmizi təmsil etmələri, bilik və bacarıqlarını nümayiş etdirmələri həmin dövlətlər tərəfindən yüksək qiymətləndirilir. Bu da öz növbəsində fakültənin sadəcə ölkə daxilində deyil, xaricdə də nüfuzunun artmasına səbəb olur”.

General-mayorun sözlərinə görə, ötən ildən etibarən MMU-da sənədlərin qəbulu ilə əlaqədar vətəndaş məmnunluğunun və müraciətlərin əlçatanlığının yüksəldilməsi məqsədilə respublikanın müxtəlif şəhər və rayonlarında 17 sənəd qəbulu məntəqələri yaradılıb. Nəticədə Hərbi tibb fakültəsinə sənəd verənlərin və qəbul olanların sayı və qəbul balları yüksəlib. Əvvəlki illərlə müqayisədə hərbi tibb ixtisasına qəbul olanların sayında 51, qəbul olanların keçid balında 14, qəbul olanların bal ortalamasında isə 9,2 faiz artım qeydə alınıb. Həmçinin feldşer hazırlığı kursuna qəbul olanların sayı 16, qəbul olanların keçid balı 31, qəbul olanların bal ortalaması isə 27,4 faiz yüksəlib. Bu il həyata keçirilən islahatlar nəticəsində Hərbi tibb fakültəsinə sənəd qəbulu rəqəmsal portal üzərindən icra olunur.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

2-07-2024, 09:33

Hərbi Tibb fakültəsində feldşerlərin buraxılış mərasimi olub

Cəmiyyət

26-06-2024, 10:14

Heydər Əliyev adına Hərbi İnstitutda növbəti buraxılış mərasimi keçirilib

Cəmiyyət

16-05-2025, 12:55

Azərbaycan və Belarus hərbi tibb mütəxəssisləri arasında görüş keçirilib

Cəmiyyət

28-02-2024, 17:18

Bakıda NATO-nun Birgə Qüvvələr Komandanlığı “Hərbi tibb kursu” keçirir

---

30-08-2024, 12:31

Azərbaycan və Serbiya nümayəndələri arasında hərbi tibb sahəsi üzrə ekspert görüşü keçirilib

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 15:04
    Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb
  • Вчера, 12:46
    Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
  • Вчера, 12:41
    Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür
  • 28-08-2026, 16:31
    Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
  • 28-08-2026, 16:28
    Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb
  • 28-08-2026, 09:56
    Bu ilin ikinci Ay tutulması başlayıb
  • 28-08-2026, 09:54
    Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib
  • 28-08-2026, 09:52
    Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub
  • 28-08-2026, 09:51
    34 il, 24 həyat, bir faciə - Ballıqaya
  • 27-08-2026, 16:33
    Bakı-Tbilisi aviareysi ilə gedən sərnişinin üzərində kokain aşkarlanıb
  • 27-08-2026, 16:30
    Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən mühüm açıqlama
  • 27-08-2026, 16:26
    Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
  • 27-08-2026, 16:24
    “Eternity-2026” təliminin yekun planlaşdırma konfransı olub
  • 26-08-2026, 15:05
    Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur
  • 26-08-2026, 15:00
    “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub
  • 26-08-2026, 14:57
    UNEC ilə Özbəkistan universitetləri arasında birgə elmi tədqiqatlar genişlənir
  • 26-08-2026, 14:49
    Ekspert: Laçın üzərində nəzarətin təmin olunması Qarabağda separatizmin kökünün kəsilməsində mühüm amillərdən olub
  • 26-08-2026, 11:25
    Bakıda yanğın baş verib, 1 nəfər ölüb
  • 25-08-2026, 15:42
    “Brent” neftinin qiyməti 90 dollardan aşağı enib
  • 25-08-2026, 15:39
    BDU-nun tələbəsi adını qazanan şəhid övladları
  • 25-08-2026, 15:34
    Baş prokuror Şəkidə sakinlərin müraciətlərini dinləyib, yeni xidməti mənzillər istifadəyə verilib
  • 25-08-2026, 15:29
    AQTA monitorinq keçirib, 158,4 kiloqram uyğunsuz dondurma məhsulu məhv edilib
  • 25-08-2026, 14:40
    Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək
  • 25-08-2026, 14:36
    Faiz müqabilində borc verənləri hansı təhlükə gözləyir? - Ali Məhkəmə xəbərdarlıq etdi
  • 24-08-2026, 11:10
    Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
  • 24-08-2026, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 24-08-2026, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 23-08-2026, 11:41
    Səbinə Əliyeva: Ombudsman və milli insan hüquqları təsisatları süni intellektin təhlükəsiz tətbiqinin təşviqində mühüm rol oynayır
  • 23-08-2026, 11:37
    Bu gün Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi Günüdür
  • 23-08-2026, 11:35
    Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
  • 22-08-2026, 13:01
    Bakıda oğurluq edən 4 şəxs saxlanılıb
  • 22-08-2026, 12:58
    Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək
  • 22-08-2026, 12:54
    Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir
  • 20-08-2026, 09:45
    Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər
  • 18-08-2026, 12:12
    Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə