• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Hematoloq: Limfa düyününün bərk, hərəkətsiz və ağrısız olması onkoloji proses şübhəsi yarada bilər

Cəmiyyət

23-06-2025, 12:19

Bakı, 23 iyun.

İnsan bədənində sağlamlığımızı qorumaq üçün çalışan yüzlərlə gizli “gömrük məntəqəsi” var, bunlar limfa düyünləridir. Onlar immun sistemimizin mühüm hissəsini təşkil edir və limfa sistemi vasitəsilə bədənimizdə dolaşan zərərli maddələrin süzülməsində iştirak edirlər. Limfa sistemi kapilyarlar, damarlar, kanallar, eləcə də dalaq və limfa düyünləri kimi orqanlardan ibarət bir şəbəkədir. Bu sistemin əsas vəzifəsi artıq zülalları, toksinləri, patogenləri və hüceyrə tullantılarını toxumalardan çıxarıb qana qaytarmaqdır. Bu proses nəticəsində bədən zərərli maddələrdən təmizlənir və infeksiyalarla mübarizə aparır. Limfa düyünləri periferik və dərin olmaqla iki yerə bölünür. Periferik düyünlər qulaqarxası, boyun, çənəaltı, qoltuqaltı, qasıq kimi nahiyələrdə yerləşir və bəzən barmağımızla hiss edilə bilir. Dərin limfa düyünləri isə sinə və qarın boşluğunda yerləşərək gözlə görünmür. İnsan bədənində təxminən 500 limfa düyünü mövcuddur.

Bu fikirləri Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim-hematoloqu Samirə Həsənova açıqlamasında səsləndirib.

O qeyd edib ki, limfa düyünləri bədənimizi bakteriya, virus və digər yad maddələrdən qoruyan ilk müdafiə xəttidir. Onlar süzülən limfanı təmizləyərək orqanizmə daxil olan patogenləri tanıyır və məhv edir: “Limfa düyünlərində yerləşən limfositlər və makrofaqlar, yəni immun hüceyrələr bu prosesi həyata keçirir. Bəzən limfa düyünləri böyüyür və bu hal limfadenopatiya adlanır. Bu, əksər hallarda infeksiyalarla əlaqədar olaraq baş verir və ciddi patologiyanın ilkin əlaməti ola bilər. Limfadenopatiya müxtəlif səbəblərlə əlaqəli ola bilər. Bunlara virus və bakteriyaların səbəb olduğu respirator və autoimmun xəstəliklər, eləcə də onkoloji proseslər (limfoma və ya metastaz) daxildir. Ən çox yayılmış simptomlardan biri genişlənmiş və toxunulduqda həssas olan limfa düyünləridir. Düyünlərin ölçüsü 2 santimetrə qədər ola bilər. Xəstə bəzən əsas infeksiya əlamətlərindən - boğaz ağrısı, qızdırma, öskürək və ümumi zəiflikdən şikayətlənir. Ancaq bəzən limfa düyünlərinin böyüməsi daha ciddi xəstəliklərə, o cümlədən bədxassəli şişlərə işarə edə bilər”.

Samirə Həsənovanın sözlərinə görə, limfadenopatiyanın səbəbini müəyyənləşdirmək üçün qan və sidik analizləri, zəruri hallarda virus və infeksiyalar üçün testlər, eləcə də ultrasəs və tomoqrafiya kimi görüntüləmə metodlarından istifadə olunur. “Limfa düyününün bərk, hərəkətsiz və ağrısız olması həkimdə onkoloji proses şübhəsi yarada bilər. Əhəmiyyətli bir məqam budur ki, limfadenopatiya özü-özlüyündə bir xəstəlik deyil, bir simptomdur. Əsas səbəb tapıldıqdan sonra onun müalicəsi həyata keçirilir. Əgər heç bir səbəb aşkarlanmazsa, həkim 3 aydan bir müşahidə aparmağı tövsiyə edə bilər. Əgər limfa düyünləri iltihablanarsa, limfadenit inkişaf edə bilər. Bu, ağrı, şişkinlik, qızartı, bəzən irin və ya nekrozla müşayiət olunur. Nəzarətsiz halda bu vəziyyət qan zəhərlənməsi (sepsis) və infeksiyanın yayılması ilə nəticələnə bilər. Unutmayaq ki, bədənimizin verdiyi siqnallara diqqət yetirmək və vaxtında həkimə müraciət etmək sağlamlığımızı qorumağın ən yaxşı yoludur”, - deyə həkim-hematoloq əlavə edib.

Paylaş:
Digər xəbərlər

Dünya

17-09-2024, 10:14

ÜST “mpox” virusuna qarşı ilk peyvəndi təsdiqləyib

Cəmiyyət

15-05-2025, 14:02

Agentlik: Qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir

Cəmiyyət

18-01-2025, 12:55

Xarici səfərdən Azərbaycana dönən vətəndaşın meymunçiçəyi virusuna yoluxduğu məlum olub

Cəmiyyət

6-02-2024, 19:12

Alimlər nevroloji xəstəliklərin yeni əmələgəlmə mexanizmini aşkarlayıblar

Dünya

21-06-2025, 13:00

“Zombi” hüceyrələri, stres və beyin. Qocalmanın səbəblərini izah edən yeni kəşflər

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 15:04
    Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb
  • Вчера, 12:46
    Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
  • Вчера, 12:41
    Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür
  • 28-08-2026, 16:31
    Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
  • 28-08-2026, 16:28
    Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb
  • 28-08-2026, 09:56
    Bu ilin ikinci Ay tutulması başlayıb
  • 28-08-2026, 09:54
    Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib
  • 28-08-2026, 09:52
    Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub
  • 28-08-2026, 09:51
    34 il, 24 həyat, bir faciə - Ballıqaya
  • 27-08-2026, 16:33
    Bakı-Tbilisi aviareysi ilə gedən sərnişinin üzərində kokain aşkarlanıb
  • 27-08-2026, 16:30
    Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən mühüm açıqlama
  • 27-08-2026, 16:26
    Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
  • 27-08-2026, 16:24
    “Eternity-2026” təliminin yekun planlaşdırma konfransı olub
  • 26-08-2026, 15:05
    Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur
  • 26-08-2026, 15:00
    “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub
  • 26-08-2026, 14:57
    UNEC ilə Özbəkistan universitetləri arasında birgə elmi tədqiqatlar genişlənir
  • 26-08-2026, 14:49
    Ekspert: Laçın üzərində nəzarətin təmin olunması Qarabağda separatizmin kökünün kəsilməsində mühüm amillərdən olub
  • 26-08-2026, 11:25
    Bakıda yanğın baş verib, 1 nəfər ölüb
  • 25-08-2026, 15:42
    “Brent” neftinin qiyməti 90 dollardan aşağı enib
  • 25-08-2026, 15:39
    BDU-nun tələbəsi adını qazanan şəhid övladları
  • 25-08-2026, 15:34
    Baş prokuror Şəkidə sakinlərin müraciətlərini dinləyib, yeni xidməti mənzillər istifadəyə verilib
  • 25-08-2026, 15:29
    AQTA monitorinq keçirib, 158,4 kiloqram uyğunsuz dondurma məhsulu məhv edilib
  • 25-08-2026, 14:40
    Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək
  • 25-08-2026, 14:36
    Faiz müqabilində borc verənləri hansı təhlükə gözləyir? - Ali Məhkəmə xəbərdarlıq etdi
  • 24-08-2026, 11:10
    Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
  • 24-08-2026, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 24-08-2026, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 23-08-2026, 11:41
    Səbinə Əliyeva: Ombudsman və milli insan hüquqları təsisatları süni intellektin təhlükəsiz tətbiqinin təşviqində mühüm rol oynayır
  • 23-08-2026, 11:37
    Bu gün Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi Günüdür
  • 23-08-2026, 11:35
    Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
  • 22-08-2026, 13:01
    Bakıda oğurluq edən 4 şəxs saxlanılıb
  • 22-08-2026, 12:58
    Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək
  • 22-08-2026, 12:54
    Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir
  • 20-08-2026, 09:45
    Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər
  • 18-08-2026, 12:12
    Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə