Bakı, 30 iyun.
Nəzarət tədbirləri çərçivəsində “Mirtorq” MMC-nin Rusiyadan idxal etdiyi "Miratorq-Zapad" müəssisəsinin istehsalı olan 639 kiloqram soğan halqası məhsulundan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində patogen bakteriya (Listeria monocytogenes) aşkarlanıb.
Bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsi məlumat yayıb.
Bildirilib ki, faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul olunaraq məhsul partiyası məhv edilib.