• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“İrəvan xanlığı bölgə mətbəxi”kitabının təqdimat mərasimi keçirilib.

Cəmiyyət

4-07-2025, 00:23

Azərbaycan Milli Kulinariya Assosiasiyasının Prezidenti (AMKA) Tahir Əmiraslanovun rəhbərliyi ilə hazırlanan “İrəvan Xanlığı Bölgə Mətbəxi” kitabı 2020-ci ildə nəfis şəkildə “TEAS Press” nəşriyyat evi tərəfindən çap edilib. Kitabın hazırlanması ilə bağlı işə Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif vaxtlarda səsləndirdiyi “İrəvan, Ermənistan ərazisi bizim dədə-baba torpaqlarımızdır” ifadəsinə cavab olaraq başlanılıb. Azərbaycan Republikası Prezidentinin 2011-ci ildə AMEA-dakı proqram çıxışında “Bizim milli mətbəximiz yenə də ermənilər tərəfindən oğurlanır. Onlar bunu müxtəlif yollarla erməni mətbəxi kimi təqdim etməyə çalışırlar. Halbuki, milli yeməklərimizin adları da Azərbaycan sözləridir. Əgər ermənidən soruşsan dolma ermənicə nə deməkdir, onu deyə bilməz. Çünki bu erməni sözü deyildir. Ona görə də belə hərəkətlər, əlbəttə ki, bizi çox üzür. Biz öz milli, mədəni irsimizi qorumalıyıq” ifadəsinə əsaslanıb. AMKA bu məqsədlə əslən İrəvan bölgəsindən zaman-zaman didərgin düşmüş soydaşlarımızı müxtəlif tədbirlərə cəlb edib, 1500 nəfərdən müsahibə alıb, bir çox tarixi, etnoqrafik, digər elmi mənbələri araşdırıb, “Xanədan” etno restoranında İrəvan mətbəx günləri keçirib və İrəvan xanlığı guşəsi yaradıb. Nəticədə 413 xörək nüsxəsi toplanıb, onların texnoloji təhlili aparılıb, düsturlar texnoloji, tarixi, coğrafi, etnoqrafik cəhətdən dəqiqləşdirilib, təcrübədə hazırlanıb və şəkilləri çəkilib. İrəvan mətbəxinə aid tədqiqatlar kitabda 74 səhifədə, xörək düsturları isə 389 səhifədə yer alıb.

Kitabın müəllifləri tarix üzrə fəlsəfə doktoru, professor, Əməkdar mədəniyyət işçisi, AMKA-nın Prezidenti Tahir Əmiraslanov, AMKA-nın fəxri üzvü, Əməkdar mədəniyyət işçisi Oruc Əliyev və AMKA-nin üzvü, Respublika Gənclər Mükafatı laureatı Aygül Əsgərovadır.

Kitaba ön sözü nəşrin elmi redaktoru, AMEA-nın Arxeologiya və Tarix İnstitutunun direktoru, professor Maisə Rəhimova rəyi tarix elmləri üzrə fəlsəfə doktoru, Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Tahir Şahbazov verib. Kitab çapa AMKA-nin Elmi Şurası tərəfindən məsləhət görülüb.

Ekspertlər hesab edirlər ki, bu kitab Azərbaycan milli mətbəxinin ermənilər tərəfindən özününküləşdirilməsinə, mətbəx və mətbəx tarixinin mənimsənilməsinə qarşı güclü təbliğat vasitəsi kimi əsaslı mənbə və təbliğat silahı kimi istifadə edilə bilər.

Giriş sözünü filologiya üzrə fəlsəfə doktoru layihə rəhbəri Qivami Rəhimli yazıb.

2021-ci ildə bu kitab 4 başqa kulinariya kitabımızla bərabər İsveçrədə Alfred Nobel mükafatı ev muzeyinə yerləşdirilib.

2021-ci ildə kitab Parisdə “Dünya Kulinariya kitabları mükafatı” təşkilatı tərəfindən “Dünyanın ən yaxşı region mətbəxi mükafatına” layiq görülüb.

Kitabın Parisdə mukafat alması üçün göndərilən komandanın ezamiyyə xərclərini qarşıladığına və verdiyi dəstəyə görə Diaspora ilə iş üzrə Dövlət Komitəsinə bir daha minnətdarlığımızı ifadə edirik

2024-cü ildə kitab “Dünya İslam Kulinariya Birliyi”nin öz ölkəsindən qaçqın düşmüş “müsəlman toplumunun mətbəx mədəniyyətinin assimilyasiyadan qoruduğuna görə” və TURKSOY-un “Qərbi Azərbaycan Türklərinin milli mətbəx mədəni irsinin toplanması, restavrasiya edilməsi, qorunması və assimilyasiyasının qarşısının alınmasına görə” mükafatına layiq görülüb.

Kitabın 2025-ci ildə yenidən İngiliscə nəşrində bütün bu sənədlər və müvafiq fotolar öz əksini tapmışdır.

Kitabın İngiliscə nəşri, bu nəşrin əsas səbəbkarı, təşkilatçısı, təşəbbüskarı Rəşid müəllim Hüseynovun ön sözü ilə başlayır. Rəşid müəllim kitabla 2021-ci ildə tanış olduqdan sonra 4 ərzində bu kitabın tərcümə edilməsi və ərsəyə gəlməsi üzərində çalışmış , tərcümə və cap xərclərini tam qarşılamışdır.

Yeni İngiliscə nəşr və giriş sözünü İrəvan xanlarının nəvəsi Amir Əli Sərdari İrəvani vermişdir.

Kitabı İngilis dilinə tərcümə edən BDU-nun xarici dillər kafedrasının müdiri filologiya elmləri doktoru Beylər Hacıyevdir.

İngilis dili nəşrini yüksək səviyyədə TEAS nəşriyyatı həyata keçirib.

Kitabın hazırlanmasına təşkilatı-texniki dəstək “YABAN pub və restoranlar şəbəkəsi” və “Xanədan” etno-testoranı tərəfindən verilib.

Hazırda bu komanda kitabın rus dili nəşri üzərində işləyir.

Bildiyiniz kimi “Erməni mətbəxi” mifologiyası məhz Azərbaycan Türklərinin xüsusilə də Qarabağ və Qərbi Azərbaycanlıların mətbəx mədəniyyətini mənimsəməklə yaradılıb.

Ermənilər təkcə bizim torpaqlarımızı, maddi mədəni abidələrimizi deyil, həm də qeyri-maddi mədəni irsimizi, o cümlədən milli mətbəx abidələrimizi, irsimizi talan edib, dağıdıb və mənimsəyiblər.

Bu və digər kitablarımız bu mətbəx abidələrinin bərpasına, öz qanunu sahiblərinə qaytarılmasına xidmət edir.

Anastas Mikoyanın dəstəyi ilə yaradılmış və tərəfimizdən dağıdılmış “Erməni mətbəxi” mifologiyası, yenidən reanimasiya edilir.

Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tərəfindən qeyri-maddi mədəni irsə dair xüsusi internet səhifəsi (https://int-heritage.am) yaradıb və burada erməni və yezidi yeməklərinin reyestri təqdim olunub. 2022-ci ilin dekabrından başlayan bu proses çərçivəsində 250 yemək qeydə alınıb. Bu işdə ölkənin 10 bölgəsindən 160 iştirakçı yer alıb, o cümlədən 50 icma, 40 yaşayış məntəqəsi və müxtəlif dövlət, qeyri-hökumət və özəl qurumlar iştirak edib.

2024-cü il oktyabrın 31-də Baş nazir Nikol Paşinyan hökumətin iclasında ənənəvi kulinariya reseptlərinin qeyri-maddi irs kimi sənədləşdirilməsi və qorunması layihəsinin başladığını elan edib. O vurğulayıb ki, düzgün sənədləşdirilməyən mədəni dəyərlər zamanla yox ola bilər. Hökumət milli mətbəxin qorunmasını Ermənistanın Milli Təhlükəsizlik Strategiyasının bir hissəsi kimi müəyyən edib və bu çərçivədə qrant və müsabiqə proqramlarını işə salıb. Layihə təkcə arxivləşdirmə ilə məhdudlaşmır, həm də ənənəvi yeməklərin restoran və kafelərin menyusuna daxil edilməsini, qastronomik turizmin inkişafını hədəfləyir. Bundan əlavə, resept kataloqları çap ediləcək və yeməklərin hazırlanması prosesini əks etdirən internet resursları genişləndiriləcək.

Ermənistanın mətbəx inventarlaşdırmasının məqsədi icmalarda mövcud olan milli yeməkləri toplayıb qorumaq, gələcək nəsillərə ötürmək və qastroturizmi inkişaf etdirməkdir. Lakin Azərbaycan Milli Kulinariya Assosiasiyası bildirir ki, reyestrə daxil edilən yeməklərin əksəriyyəti erməni mətbəxinə aid deyil və bu proses milli mətbəxin mənimsənilməsi məqsədini güdür.

31 oktyabr 2024-cü ildə Nikol Paşinyan milli mətbəxi Ermənistanın Milli Təhlükəsizlik Strategiyasının tərkib hissəsi elan edərək dövlət maliyyələşməsinə keçirdi. Bununla Ermənistan, Azərbaycan mətbəxinə aid yeməkləri və tarixi toponimləri öz adına çıxarmaq məqsədi güdür. Prezident İlham Əliyev hələ 2011-ci ildə AMEA-da çıxışı zamanı bu təhlükəyə diqqət çəkmişdi.

Bu baxımdan əlimizdəki “İrəvan xanlığı bölgə mətbəxi” kitabı, QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə birgə hazırlanmış “Qarabağ mətbəxinin inciləri” və indi hazırlanan “XIX əsr İrəvan mətbəxi” kitablarımız Ermənistanın bizim Milli mətbəximizin mənimsənilməsinin qarşısının alınmasında öz əhəmiyyətli rolunu oynayacaq.

Yenilməz Sərkərdərimiz İlham Əliyevin rəhbərliyi altında Qərbi Azərbaycana öz dədə-baba torpaqlarına qayıdan əhalimizlə bərabər o torpaqlara, həm də assimilyasiyadan qorunmuş mətbəx mədəniyyətimiz də qayıdacağına əminliymizi ifadə edirik.

03 iyul 2025-ci il tarixində Azərbacan Respublikiası Sosial Tətqiqat Mərkəzində “İrəvan Xanlığı Bölgə Mətbəxi” kitabın İngilis dilində təkrar nəşrin təqdimatı keçirilmişdi. Tədbirin ön sözü Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Sosial Təqdiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruca verildi. Sonra isə tədbirdə filologiya üzrə fəlsəfə doktoru layihə rəhbəri Qivami Rəhimliyə, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədr müavini Telli Pənahqızı, Azərbaycan Respublikasının siyasi və dövlət xadimi, diplomat, tarixçi-alim, tarix elmləri doktoru Həsən Həsənova, tarix üzrə fəlsəfə doktoru, professor, Əməkdar mədəniyyət işçisi, AMKA-nın Prezidenti Tahir Əmiraslanova, AMKA-nın fəxri üzvü, Əməkdar mədəniyyət işçisi Oruc Əliyevə, kitabın İngiliscə nəşrin səbəbkarı, təşkilatçısı, təşəbbüskarı Rəşid Hüseynova söz verildi.

Paylaş:
Digər xəbərlər

Siyasət

14-02-2024, 15:52

Kanada mətbuatı Ermənistanın Qərbi Azərbaycana sahiblənməsi tarixindən yazıb

Siyasət

15-02-2024, 18:54

Türkiyə mediası Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqində söylədiyi fikirlərə geniş yer ayırıb

Siyasət

26-11-2023, 20:44

Ermənistanın sülh müqaviləsini uzatması onu region ölkələrindən uzaqlaşdırır - ŞƏRH

Siyasət

6-11-2024, 10:27

Azərbaycanın səfiri Rusiya Prezidentinə Bakı ilə İrəvan arasında sülh prosesinə göstərdiyi fəal dəstəyə görə təşəkkür edib

Siyasət

5-03-2024, 21:42

Ermənistan tərəfindən saxlanılan əsgər Ruslan Pənahov Bakıya gətirilib

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
9-05-2026, 17:56
Bərdədə ödəmə terminallarından 40 min manat oğurlayan şəxslər saxlanılıb
Son xəbərlər
  • Сегодня, 15:00
    Jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul üçün qabiliyyət imtahanına qeydiyyat başlayıb
  • Сегодня, 14:56
    Daimi əsaslarla işləyən işçiyə müddətli müqavilə tətbiq edilə bilməz – Ali Məhkəmə
  • Сегодня, 14:54
    Bakıda avtobusda yanğın baş verib, xəsarət alan olmayıb
  • Сегодня, 14:52
    Bu gün Ümumdünya Kardioloq Günüdür
  • Сегодня, 14:50
    Hərbi Hava Qüvvələrinin aviasiya bölmələrində təlim-məşq uçuşları icra edilib
  • Сегодня, 10:42
    “AzerGold” 10 illiyi münasibətilə sikkə kolleksiyasını təqdim edib
  • Сегодня, 10:40
    Bakı və Abşeronun bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq
  • Сегодня, 10:37
    Dövlət qulluğu üzrə imtahanlarda uğur qazanan namizədlərə sertifikatların verilməsinə başlanılıb
  • Сегодня, 10:36
    Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib
  • Сегодня, 10:33
    FHN: Ötən həftə ərzində 593 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
  • Сегодня, 10:32
    Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb
  • 4-07-2026, 14:31
    Ukraynada çalışan azərbaycanlı polislər mükafatlandırılıb
  • 4-07-2026, 14:27
    Ukrayna polisində çalışan azərbaycanlı: Müharibə şəraitində xidmət etmək ikiqat məsuliyyətlidir
  • 4-07-2026, 14:24
    Yasamalda 46 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
  • 4-07-2026, 11:47
    Ağsuda çətənə kolu yetişdirən şəxs həbs olunub
  • 4-07-2026, 11:45
    FHN: Yasamalda yaşayış evində baş verən partlayış zamanı bir nəfər ölüb, üç nəfər yaralanıb
  • 4-07-2026, 11:43
    Əlahiddə Ümumqoşun Orduda hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başa çatıb
  • 4-07-2026, 11:41
    Prezident İlham Əliyev: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
  • 3-07-2026, 14:23
    Kənd təsərrüfatı təyinatlı dövlət torpaqlarını qanunsuz zəbt edib satan şəxslər cinayət məsuliyyətinə cəlb olunublar
  • 3-07-2026, 11:00
    Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • 3-07-2026, 10:57
    Dövlət Xidməti korrupsiya ilə mübarizəyə dair bu ilin II rübünü əks etdirən statistik məlumatları açıqlayıb
  • 3-07-2026, 10:54
    Paytaxtın bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur
  • 2-07-2026, 15:31
    Bakının bəzi ərazilərində su təchizatında müvəqqəti fasilə yaranacaq
  • 2-07-2026, 12:52
    Ursula Fon der Lyayenin Azərbaycana səfəri: Bakı ilə Aİ arasında münasibətlərin yeni arxitekturası
  • 2-07-2026, 12:47
    Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb
  • 2-07-2026, 12:44
    Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət edib
  • 2-07-2026, 11:13
    Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib
  • 2-07-2026, 10:06
    Polisin sabahını formalaşdıran məkan - POLİS AKADEMİYASINDAN REPORTAJ
  • 2-07-2026, 09:44
    Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun tikintisi 86 faiz icra olunub
  • 2-07-2026, 09:41
    İyulun 2-si Azərbaycan Polisi Günüdür
  • 1-07-2026, 12:45
    Bakı Mühəndislik Universitetində 1142 tələbə məzun olub
  • 1-07-2026, 12:43
    İnzibati rəhbər və inzibati icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanları təşkil ediləcək
  • 1-07-2026, 12:42
    Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlər üçün imtahan təşkil ediləcək
  • 1-07-2026, 12:39
    Məhkəmə-Hüquq Şurası məhkəmə fəaliyyətinə dair layihələri təsdiq edib
  • 1-07-2026, 12:37
    Bu gündən sığortaolunanların sığortaçıda uçotu yalnız FİN əsasında aparılacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə