• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Türkiyə mediası Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqində söylədiyi fikirlərə geniş yer ayırıb

Siyasət

15-02-2024, 18:54

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə keçirilən andiçmə mərasimi, tədbirdə söylədiyi nitqində səsləndirdiyi fikirlər Türkiyə mediasında geniş işıqlandırılıb.
Mərasim Türkiyənin nüfuzlu media qurumları, qəzetləri və televiziyaları tərəfindən yayımlanıb.
Anadolu Agentliyinin yaydığı xəbərdə bildirilir ki, fevralın 7-də Azərbaycanda keçirilən prezident seçkilərində 92,12 faiz səs toplayan Prezident İlham Əliyev and içərək səlahiyyətlərinin icrasına rəsmən başlayıb.
Yazıda dövlətimizin başçısının nitqindən bu sitat gətirilib: “Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam”.
Agentliyin yaydığı “Azərbaycan Prezidenti Əliyev: Ermənistan və ona dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz” sərlövhəli analitik məqalədə diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev nitqində Ermənistanla danışıqlar prosesi, İkinci Qarabağ müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı, Üçüncü Dünya müharibəsinin çox yaxın olması, yeni dövrdə Azərbaycanın Ordusunun və ölkənin müdafiə sənayesinin daha da gücləndirilməsi istiqamətində addımların atılacağı kimi bir çox mövzu barədə danışıb.
“Ensonhaber” saytı məqaləsini “Azərbaycan Prezidenti Əliyev: Üçüncü Dünya müharibəsi çox yaxındır” sərlövhəsi ilə dərc edib.
Məqalədə dövlətimizin başçısının nitqində səsləndirdiyi bu fikirlər xüsusi olaraq oxucuların diqqətinə çatdırılıb: “Dünya faktiki olaraq Üçüncü Dünya müharibəsinə çox yaxındır. Bəziləri hesab edir ki, artıq bu Üçüncü Dünya müharibəsi başlamışdır”, “Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq”, “Biz, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur”, “Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik” və sair.
“NTV”nin yaydığı informasiya Azərbaycan Prezidenti İlham Əliyevin and içərək səlahiyyətlərinin icrasına başladığı vurğulanıb. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilməsi üçün müştərək səylərin vacibliyini xüsusi qeyd edib.
“İhlas Haber Ajansı” (İHA) yaydığı xəbərdə dövlətimizin başçısının nitqində söylədiyi “Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər. Bizdən əsassız iddialarla şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu yəqin ki, hər kəs görür. Beləliklə, ordu quruculuğu prosesi davam etdiriləcək. Bizim dövlət büdcəmizdə bu gün də ən böyük xərclər hərbi xərclərdir və hərbi xərclərlə bərabər, Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır, Xankəndidə verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi” kimi fikir və mesajlara geniş yer verilib.
“CNN TÜRK”ün yazısında isə dövlətimizin başçısı İlham Əliyevin 92,12 faiz səs toplayaraq növbəti dəfə Prezident seçildiyi, fevralın 14-də and içərək səlahiyyətlərinin icrasına başladığı vurğulanıb.
“Sondakika.com” saytı, “Sabah”, “Duvar”, “Hürriyet” qəzetləri, “Star-Milli İradənin Səsi”, “İyirmidörd” kimi media qurumları və digər portallar da Azərbaycan Prezidentinin andiçmə mərasiminə geniş yer ayırıb, dövlətimizin başçısının Azərbaycan Konstitusiyasına əməl edəcəyinə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına, eləcə də xalqa ləyaqətlə xidmət edəcəyinə and içdiyini diqqətə çatdırıblar.

Paylaş:
Digər xəbərlər

Siyasət

11-01-2024, 22:00

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi Türkiyə mediasında geniş işıqlandırılıb

Siyasət

23-11-2023, 10:36

Rumıniya mediası Azərbaycan Prezidentinin Fransanın siyasəti ilə bağlı tənqidi fikirlərinə yer ayırıb

Siyasət

12-01-2024, 10:32

Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi Ukrayna KİV-lərində geniş işıqlandırılıb

Siyasət

13-02-2024, 23:41

Gürcüstan mətbuatı Azərbaycanda prezident seçkilərinin nəticələrinin rəsmən elan olunmasından yazıb

Siyasət

14-02-2024, 20:24

Prezident İlham Əliyevdən Ermənistanın havadarlarına mesaj: Gedin öz işinizlə məşğul olun

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 19:19
    Hesablama Palatası 4SİM ilə əməkdaşlıq haqqında protokol imzalayıb
  • Вчера, 19:17
    YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr Nərimanov rayonunda müzakirə olunub
  • Вчера, 19:14
    Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə nazirlikləri arasında əməkdaşlığa dair “Yol Xəritəsi” imzalanıb
  • Вчера, 12:57
    Multikulturalizm Azərbaycanda xalq həmrəyliyinin əsasını təşkil edən amillərdəndir
  • Вчера, 12:52
    Prezident: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir
  • Вчера, 12:49
    Prezident İlham Əliyev: Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir
  • 27-10-2026, 12:44
    Xarici diplomatik heyət üzvlərinə qeydiyyat vəsiqəsi veriləcək
  • 27-10-2026, 12:34
    BMT rəsmisi: Dini və mədəni obyektlərin qorunması dinc birgəyaşayış üçün böyük əhəmiyyət daşıyır
  • 27-10-2026, 12:28
    Prezident: Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil
  • 27-10-2026, 12:25
    Prezident İlham Əliyev: Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir
  • 27-10-2026, 12:22
    Prezident: Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır
  • 26-10-2026, 15:21
    Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
  • 26-10-2026, 15:18
    Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
  • 26-10-2026, 15:16
    Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
  • 26-10-2026, 11:56
    Azərbaycan Elm və Təhsil Nazirliyi İran rəsmisinin açıqlamasına etiraz etdi
  • 26-10-2026, 11:52
    Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər saxlanılaraq həbs edilib
  • 26-10-2026, 11:49
    Niderlandın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
  • 26-10-2026, 11:47
    Hərbi Tibb fakültəsində keçirilən “Tibbi ingilis dili” kursunun ikinci modulu başa çatıb
  • 25-10-2026, 11:22
    Prezidentin sosial media hesablarında Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
  • 25-10-2026, 11:18
    Bu gün Qubadlı Şəhəri Günüdür
  • 24-10-2026, 13:13
    Xivədə gənclərin mədəni dialoq və innovativ gələcəyin qurulmasındakı rolundan danışılıb
  • 24-10-2026, 13:11
    Azərbaycan səfiri etimadnaməsini Belçikalıların Kralına təqdim edib
  • 24-10-2026, 13:08
    Bu gün Ümumdünya Poliomielitlə Mübarizə Günüdür
  • 23-10-2026, 12:14
    Milli Məclisdə daha 12 məsələnin müzakirəsinə başlanılıb
  • 23-10-2026, 12:10
    AMEA VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlaşır
  • 23-10-2026, 12:07
    ® Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində müasir müalicə və reabilitasiya metodları tətbiq olunur
  • 22-10-2026, 16:36
    QHT-lər üçün yeni qrant müsabiqəsi elan olunub
  • 22-10-2026, 16:32
    Beynəlxalq axtarışda olan şəxs Almaniyadan ölkəmizə ekstradisiya ediləcək
  • 22-10-2026, 12:05
    Vətən müharibəsinin xronikası: 22 oktyabr
  • 22-10-2026, 12:01
    ® Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir
  • 22-10-2026, 11:57
    TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi səhiyyə sistemində yeni mərhələyə keçidin ifadəsidir - ŞƏRH
  • 22-10-2026, 11:53
    Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laporoskopik adrenalektomiya əməliyyatı icra olunub
  • 21-10-2026, 13:03
    “Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb
  • 21-10-2026, 13:00
    Biləsuvarda məhkəmə qərarları əsasında müsadirə olunmuş narkotik vasitələr məhv edilib
  • 21-10-2026, 12:57
    Tikinti və təmir adı altında vətəndaşların pulunu ələ keçirən şirkət rəhbəri saxlanılıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə