• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qubadlıya ilk tank kolonu onun rəhbərliyi ilə daxil olub...

Cəmiyyət

25-10-2025, 10:48

Bakı, 25 oktyabr.

“Telman sonuncu dəfə evə 2020-cil sentyabrın 20-də üçgünlük gəlmişdi. O vaxt təlimlər gedirdi. Çox bikef idi. Hətta övladlarına baxıb “Görəsən onlar böyüyəndə necə görünəcəklər?” sualını da verdi. Onun bu sualı ailə üzvlərini təəcübləndirsə kimsə bunun əsl mahiyyətini anlamamışdı. O, evdə hər kəsin üzünə diqqətlə baxırdı. Çox fikirli idi, amma heç nə demirdi. Son gedişində - sentyabrın 22-də hamımızı bərk qucaqlayaraq öpdü. Sonradan başa düşdük ki bu, vida imiş. Sentyabrın 27-si - müharibə başlayanda isə səhər zəng edib dedi ki, narahat olmayın, dua edin, hər şey yaxşı olacaq. Haqq savaşımız zamanı imkan tapdıqca ara-sıra zəng edən Telmanın dilindən bu kəlimələr düşmürmüş”.

Bunu müxbir ilə həmsöhbət olan Vətən müharibəsi şəhidi, tank komandiri, gizir Telman Həsənlinin ailə üzvləri deyib.

Bildirilib ki, 44 günlük savaş zamanı hər dəfə ailəsinə toxtaqlıq verən Telmanın zənglərin birində səsi çox pis gəlirmiş. Sən demə o, Cəbrayılda aparılan hərbi əməliyyatların birində yaralanıb, lakin buna baxmayaraq, döyüş tapşırıqlarının icrasına davam edib. Hətta döyüş yoldaşları ilə birlikdə düşmənin iki tankını qənimət kimi götürə bilib. Onlardan birini özü idarə edib. Həmin tanklar düşmənin özünə qarşı istifadə olunub. Qardaşlarından biri ilə telefon danışığında mətnaltı olaraq “Öz maşınımdan ikisini götürmüşəm, işlək vəziyyətdədir” deyib. Telman Vətən müharibəsi zamanı iki tank kolonuna rəhbərlik edirmiş. Qubadlıya ilk tank kolonu onun rəhbərliyi ilə daxil olub. O, qızğın döyüşlər zamanı rayonun Balasoltanlı kəndində şəhid olub.

Son dəfə ailə üzvləri ilə oktyabrın 16-da danışan Telman adəti üzrə hər şeyin qaydasında olduğunu, ondan narahat olmamalarını tapşırıb. İki gün əvvəl etdiyi telefon zəngində isə sizə oktyabrın 18-də onlara şad xəbər verəcəyini bildirib. Telmandan şad xəbər gözləyən ailəsi onun şəhidlik xəbərinə sarsılır. Evin sonbeşiyi əbədiyyət zirvəsinə yüksəlmişdi...

Ailə üzvlərinin sözlərinə görə, Telman əsgərlikdə snayper olduğuna görə, tankla hədəfi dəqiq vurmaq qabiliyyətinə malik imiş. Hətta müharibədən əvvəl iyulda keçirilən təlim vaxtı qoyulan hədəfi tankda dəqiq vurduğu üçün Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi, polkovnik Şükür Həmidov tərəfindən mükafatlandırılmışdı.

Qeyd edək ki, Vətən Müharibəsi şəhidi Telman Rafiq oğlu Həsənli 1998-ci ilin martın 3-də Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub. 2016-cı ildə həqiqi hərbi xidmətə yollanan Telman Vətənə xidmət borcunu ödədikdən sonra 2018-ci ildə “Gizir hazırlığı kursu”na yazılıb. Kursu tank komandiri kimi bitirən Azərbaycan Ordusunun giziri təyinatla Ağstafa rayonunda yerləşən “N” saylı hərbi hissədə fəaliyyətə başlayıb. 2019-cu ildə Beyləqanda yerləşən “N” saylı hərbi hissəyə təyinat alıb. 44 günlük Vətən müharibəsində döyüş yolu Füzuli rayonundan başlayan Telman ardınca Cəbrayıl və Xocavəndin Hadrut qəsəbəsi uğrunda aparılan hərbi əməliyyatlarda fərqlənməyi bacarıb. Qubadlı istiqamətində yollanmaq barədə tapşırıq alan Telman Həsənli rayona ilk girən tank kolonuna rəhbərlik edib. O, oktyabrın 17-də Qubadlının Balasoltanlı kəndində qəhrəmancasına döyüşərək şəhid olub. Oktyabrın 18-də doğulub boya-başa çatdığı Biləsuvar rayonunun Bağbanlar kəndinə torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

19-10-2025, 13:02

“Rembo” ləqəbli şəhid komandirin anası: Oğlumla qürur duyuram

Siyasət

4-11-2024, 21:18

Vətən müharibəsinin xronikası: 4 noyabr

Cəmiyyət

12-04-2024, 22:17

Onun simasındakı zəhm düşməni qorxuya salmağa bəs edirdi - Aprel döyüşlərinin şəhid polkovnik-leytenantı Murad Mirzəyev

Siyasət

1-10-2025, 12:18

Vətən müharibəsinin xronikası: 1 oktyabr

Siyasət

31-08-2024, 14:52

Türkiyə Prezidenti Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşüb

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 16:33
    Bakı-Tbilisi aviareysi ilə gedən sərnişinin üzərində kokain aşkarlanıb
  • Сегодня, 16:30
    Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən mühüm açıqlama
  • Сегодня, 16:26
    Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
  • Сегодня, 16:24
    “Eternity-2026” təliminin yekun planlaşdırma konfransı olub
  • Вчера, 15:05
    Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur
  • Вчера, 15:00
    “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub
  • Вчера, 14:57
    UNEC ilə Özbəkistan universitetləri arasında birgə elmi tədqiqatlar genişlənir
  • Вчера, 14:49
    Ekspert: Laçın üzərində nəzarətin təmin olunması Qarabağda separatizmin kökünün kəsilməsində mühüm amillərdən olub
  • Вчера, 11:25
    Bakıda yanğın baş verib, 1 nəfər ölüb
  • 25-08-2026, 15:42
    “Brent” neftinin qiyməti 90 dollardan aşağı enib
  • 25-08-2026, 15:39
    BDU-nun tələbəsi adını qazanan şəhid övladları
  • 25-08-2026, 15:34
    Baş prokuror Şəkidə sakinlərin müraciətlərini dinləyib, yeni xidməti mənzillər istifadəyə verilib
  • 25-08-2026, 15:29
    AQTA monitorinq keçirib, 158,4 kiloqram uyğunsuz dondurma məhsulu məhv edilib
  • 25-08-2026, 14:40
    Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək
  • 25-08-2026, 14:36
    Faiz müqabilində borc verənləri hansı təhlükə gözləyir? - Ali Məhkəmə xəbərdarlıq etdi
  • 24-08-2026, 11:10
    Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
  • 24-08-2026, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 24-08-2026, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 23-08-2026, 11:41
    Səbinə Əliyeva: Ombudsman və milli insan hüquqları təsisatları süni intellektin təhlükəsiz tətbiqinin təşviqində mühüm rol oynayır
  • 23-08-2026, 11:37
    Bu gün Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi Günüdür
  • 23-08-2026, 11:35
    Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
  • 22-08-2026, 13:01
    Bakıda oğurluq edən 4 şəxs saxlanılıb
  • 22-08-2026, 12:58
    Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək
  • 22-08-2026, 12:54
    Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir
  • 20-08-2026, 09:45
    Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər
  • 18-08-2026, 12:12
    Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək
  • 18-08-2026, 12:10
    Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar
  • 18-08-2026, 12:07
    Azərbaycan Mətbuat Şurası Rusiyanın informasiya məkanındakı təhdidlərlə bağlı bəyanat yayıb
  • 17-08-2026, 12:25
    Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb
  • 17-08-2026, 12:22
    Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb
  • 17-08-2026, 12:20
    Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb
  • 17-08-2026, 12:16
    Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var
  • 17-08-2026, 12:14
    General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb
  • 17-08-2026, 12:02
    DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
  • 16-08-2026, 14:29
    Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə