• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“İrəvan xanlığı bölgə mətbəxi” kitabının təqdimatı keçirilib

Cəmiyyət

15-11-2025, 11:57


PARAQRAF TV
Home2025Noyabr14“İrəvan xanlığı bölgə mətbəxi” kitabının təqdimatı keçirilib
“İrəvan xanlığı bölgə mətbəxi” kitabının təqdimatı keçirilib.
14 Noyabr 2025
Bakı Kitab Mərkəzində “İrəvan xanlığı bölgə mətbəxi” kitabının ingilis dilinə tərcümə olunan yeni nəşrinin təqdimatı keçirilib.
Paraqraf.com xəbər verir ki, tədbirdə əvvəlcə kitab haqqında videoçarx nümayiş etdirilib.
Təqdimat mərasimində çıxış edən Mərkəzin rəhbəri Günel Anarqızı kitabın əhəmiyyətini yüksək qiymətləndirib.
“Bu nəşr nəfis tərtibatlıdır və böyük mədəni əhəmiyyət daşıyır. İngilis dilində çap olunması Azərbaycan mətbəxinin dünyada təbliği baxımından çox önəmlidir”,- deyə qeyd etdi
Kitabın müəllifi Tahir Əmiraslanov kitab haqqında ümumi və geniş məlumat verdi .
Məlumatda deyilirdi:
Azərbaycan Milli Kulinariya Assosiasiyasının Prezidenti (AMKA) Tahir Əmiraslanovun rəhbərliyi ilə hazırlanan “İrəvan Xanlığı Bölgə Mətbəxi” kitabı 2020-ci ildə Azərbaycan dilində çap edilib. Kitabın hazırlanması ilə bağlı işə Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif vaxtlarda səsləndirdiyi “İrəvan, Ermənistan ərazisi bizim dədə-baba torpaqlarımızdır” ifadəsinə cavab olaraq başlanılıb.
Azərbaycan Republikası Prezidentinin 2011-ci ildə AMEA-dakı proqram çıxışında “Bizim milli mətbəximiz yenə də ermənilər tərəfindən oğurlanır. Onlar bunu müxtəlif yollarla erməni mətbəxi kimi təqdim etməyə çalışırlar. Halbuki, milli yeməklərimizin adları da Azərbaycan sözləridir. Əgər ermənidən soruşsan dolma ermənicə nə deməkdir, onu deyə bilməz. Çünki bu erməni sözü deyildir. Ona görə də belə hərəkətlər, əlbəttə ki, bizi çox üzür. Biz öz milli, mədəni irsimizi qorumalıyıq” ifadəsinə əsaslanıb. AMKA bu məqsədlə əslən İrəvan bölgəsindən zaman-zaman didərgin düşmüş soydaşlarımızı müxtəlif tədbirlərə cəlb edib, 1500 nəfərdən müsahibə alıb, bir çox tarixi, etnoqrafik, digər elmi mənbələri araşdırıb, “Xanədan” etno restoranında İrəvan mətbəx günləri keçirib və İrəvan xanlığı guşəsi yaradıb.
Nəticədə 413 xörək nüsxəsi toplanıb, onların texnoloji təhlili aparılıb, düsturlar texnoloji, tarixi, coğrafi, etnoqrafik cəhətdən dəqiqləşdirilib, təcrübədə hazırlanıb və şəkilləri çəkilib. İrəvan mətbəxinə aid tədqiqatlar kitabda 74 səhifədə, xörək düsturları isə 389 səhifədə yer alıb.
Kitabın müəllifləri tarix üzrə fəlsəfə doktoru, professor, Əməkdar mədəniyyət işçisi, AMKA-nın Prezidenti Tahir Əmiraslanov, AMKA-nın fəxri üzvü, Əməkdar mədəniyyət işçisi Oruc Əliyev və AMKA-nin üzvü, Respublika Gənclər Mükafatı laureatı Aygül Əsgərovadır.
Kitaba ön sözü nəşrin elmi redaktoru, AMEA-nın Arxeologiya və Tarix İnstitutunun direktoru, professor Maisə Rəhimova rəyi tarix elmləri üzrə fəlsəfə doktoru, Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Tahir Şahbazov verib. Kitab çapa AMKA-nin Elmi Şurası tərəfindən məsləhət görülüb.
Ekspertlər hesab edirlər ki, bu kitab Azərbaycan milli mətbəxinin ermənilər tərəfindən özününküləşdirilməsinə, mətbəx və mətbəx tarixinin mənimsənilməsinə qarşı güclü təbliğat vasitəsi kimi əsaslı mənbə və təbliğat silahı kimi istifadə edilə bilər.
Giriş sözünü filologiya üzrə fəlsəfə doktoru , layihə rəhbəri Qivami Rəhimli yazıb.
2021-ci ildə Tahir Əmiraslanovun 4 kulinariya kitabıyla bərabər bu kitab da İsveçrədə Alfred Nobel mükafatı ev muzeyinə yerləşdirilib.
Tahir Əmiraslanovun cəhdləri nəticəsondə 2021-ci ildə bu kitab Parisdə “Dünya Kulinariya kitabları mükafatı” təşkilatı tərəfindən “Dünyanın ən yaxşı region mətbəxi mükafatına” layiq görülüb.
Kitabın Parisdə mukafat alması üçün göndərilən komandanın ezamiyyə xərclərini qarşıladığına və verdiyi dəstəyə görə Diaspora ilə iş üzrə Dövlət Komitəsinə bir daha minnətdarlığımızı ifadə edirik
2024-cü ildə kitab “Dünya İslam Kulinariya Birliyi”nin öz ölkəsindən qaçqın düşmüş “müsəlman toplumunun mətbəx mədəniyyətinin assimilyasiyadan qoruduğuna görə” və TURKSOY-un “Qərbi Azərbaycan Türklərinin milli mətbəx mədəni irsinin toplanması, restavrasiya edilməsi, qorunması və assimilyasiyasının qarşısının alınmasına görə” mükafatına layiq görülüb.
Kitabın 2025-ci ildə yenidən İngiliscə nəşrində bütün bu sənədlər və müvafiq fotolar öz əksini tapmışdır.
Kitabın İngiliscə nəşri, bu nəşrin əsas səbəbkarı, təşkilatçısı, təşəbbüskarı Azərbaycalı iş adamı , tarixçi Rəşid müəllim Hüseynovun ön sözü ilə başlayır. Rəşid müəllim kitabla 2021-ci ildə tanış olduqdan sonra 4 il ərzində bu kitabın tərcümə edilməsi və ərsəyə gəlməsi üzərində çalışmış , tərcümə və cap xərclərini tam qarşılamışdır
Yeni İngiliscə nəşr və giriş sözünü İrəvan xanlarının nəvəsi Amir Əli Sərdari İrəvani vermişdir.
Kitabı İngilis dilinə tərcümə edən BDU-nun xarici dillər kafedrasının müdiri filologiya elmləri üzrə fəlsəfə doktoru Beylər Hacıyevdir.
İngilis dili nəşrini də TEAS nəşriyyatı həyata keçirib.
Kitabın hazırlanmasına təşkilatı-texniki dəstək “YABAN pub və restoran “şəbəkəsi və “Xanədan” etno-testoranı tərəfindən verilib.
Hazırda bu komanda kitabın rus dili nəşri üzərində işləyir.
Bildiyiniz kimi “Erməni mətbəxi” mifologiyası məhz Azərbaycan Türklərinin xüsusilə də Qarabağ və Qərbi Azərbaycanlıların mətbəx mədəniyyətini mənimsəməklə yaradılıb.
Ermənilər təkcə bizim torpaqlarımızı, maddi mədəni abidələrimizi deyil, həm də qeyri-maddi mədəni irsimizi, o cümlədən milli mətbəx abidələrimizi, irsimizi talan edib, dağıdıb və mənimsəyiblər.
Bu və digər kitablarımız bu mətbəx abidələrinin bərpasına, öz qanunu sahiblərinə qaytarılmasına xidmət edir.
Anastas Mikoyanın dəstəyi ilə yaradılmış və tərəfimizdən dağıdılmış “Erməni mətbəxi” mifologiyası, yenidən reanimasiya edilir.
Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tərəfindən qeyri-maddi mədəni irsə dair xüsusi internet səhifəsi (https://int-heritage.am) yaradıb və burada erməni və yezidi yeməklərinin reyestri təqdim olunub. 2022-ci ilin dekabrından başlayan bu proses çərçivəsində 250 yemək qeydə alınıb. Bu işdə ölkənin 10 bölgəsindən 160 iştirakçı yer alıb, o cümlədən 50 icma, 40 yaşayış məntəqəsi və müxtəlif dövlət, qeyri-hökumət və özəl qurumlar iştirak edib.
2024-cü il oktyabrın 31-də Baş nazir Nikol Paşinyan hökumətin iclasında ənənəvi kulinariya reseptlərinin qeyri-maddi irs kimi sənədləşdirilməsi və qorunması layihəsinin başladığını elan edib. O vurğulayıb ki, düzgün sənədləşdirilməyən mədəni dəyərlər zamanla yox ola bilər.
Hökumət milli mətbəxin qorunmasını Ermənistanın Milli Təhlükəsizlik Strategiyasının bir hissəsi kimi müəyyən edib və bu çərçivədə qrant və müsabiqə proqramlarını işə salıb. Layihə təkcə arxivləşdirmə ilə məhdudlaşmır, həm də ənənəvi yeməklərin restoran və kafelərin menyusuna daxil edilməsini, qastronomik turizmin inkişafını hədəfləyir. Bundan əlavə, resept kataloqları çap ediləcək və yeməklərin hazırlanması prosesini əks etdirən internet resursları genişləndiriləcək.
Ermənistanın mətbəx inventarlaşdırmasının məqsədi icmalarda mövcud olan milli yeməkləri toplayıb qorumaq, gələcək nəsillərə ötürmək və qastroturizmi inkişaf etdirməkdir. Lakin Azərbaycan Milli Kulinariya Assosiasiyası bildirir ki, reyestrə daxil edilən yeməklərin əksəriyyəti erməni mətbəxinə aid deyil və bu proses milli mətbəxin mənimsənilməsi məqsədini güdür.
31 oktyabr 2024-cü ildə Nikol Paşinyan milli mətbəxi Ermənistanın Milli Təhlükəsizlik Strategiyasının tərkib hissəsi elan edərək dövlət maliyyələşməsinə keçirdi. Bununla Ermənistan, Azərbaycan mətbəxinə aid yeməkləri və tarixi toponimləri öz adına çıxarmaq məqsədi güdür. Prezident İlham Əliyev hələ 2011-ci ildə AMEA-da çıxışı zamanı bu təhlükəyə diqqət çəkmişdi.
Bu baxımdan əlimizdəki “İrəvan xanlığı bölgə mətbəxi” kitabı, QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə birgə hazırladığımız “Qarabağ mətbəxinin inciləri”, “Qərbi Azərbaycanın Şirin İnciləri” və “XIX əsr İrəvan mətbəxi” kitablarımız Ermənistanın bizim Milli mətbəximizin mənimsənilməsinin qarşısının alınmasında öz əhəmiyyətli rolunu oynayacaq.
Yenilməz Sərkərdərimiz İlham Əliyevin rəhbərliyi altında Qərbi Azərbaycana öz dədə-baba torpaqlarına qayıdan əhalimizlə bərabər o torpaqlara, həm də assimilyasiyadan qorunmuş mətbəx mədəniyyətimizin də qayıdacağına əminliymizi ifadə edirik.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

12-10-2025, 11:35

Lənkəranda “XIX əsr İrəvan mətbəxi” kitabının təqdimatı keçilirilib

Cəmiyyət

4-07-2025, 00:23

“İrəvan xanlığı bölgə mətbəxi”kitabının təqdimat mərasimi keçirilib.

Cəmiyyət

16-10-2025, 11:01

Bakıda “XIX Əsr İrəvan Mətbəxi” Kitabının Təqdimatı Keçirildi

Cəmiyyət

22-10-2025, 12:20

“XIX Əsr İrəvan Mətbəxi” Kitabının Tərtərdə Təqdimatı: Milli Kulinariya İrsinin Dirçəlişi və Təbliği

Mədəniyyət

16-02-2024, 21:41

Bakıda “Başqa silahlar və digər siyasi hekayələr” adlı kitabın təqdimatı olub

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 15:42
    “Brent” neftinin qiyməti 90 dollardan aşağı enib
  • Вчера, 15:39
    BDU-nun tələbəsi adını qazanan şəhid övladları
  • Вчера, 15:34
    Baş prokuror Şəkidə sakinlərin müraciətlərini dinləyib, yeni xidməti mənzillər istifadəyə verilib
  • Вчера, 15:29
    AQTA monitorinq keçirib, 158,4 kiloqram uyğunsuz dondurma məhsulu məhv edilib
  • Вчера, 14:40
    Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək
  • Вчера, 14:36
    Faiz müqabilində borc verənləri hansı təhlükə gözləyir? - Ali Məhkəmə xəbərdarlıq etdi
  • 24-08-2026, 11:10
    Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
  • 24-08-2026, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 24-08-2026, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 23-08-2026, 11:41
    Səbinə Əliyeva: Ombudsman və milli insan hüquqları təsisatları süni intellektin təhlükəsiz tətbiqinin təşviqində mühüm rol oynayır
  • 23-08-2026, 11:37
    Bu gün Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi Günüdür
  • 23-08-2026, 11:35
    Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
  • 22-08-2026, 13:01
    Bakıda oğurluq edən 4 şəxs saxlanılıb
  • 22-08-2026, 12:58
    Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək
  • 22-08-2026, 12:54
    Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir
  • 20-08-2026, 09:45
    Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər
  • 18-08-2026, 12:12
    Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək
  • 18-08-2026, 12:10
    Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar
  • 18-08-2026, 12:07
    Azərbaycan Mətbuat Şurası Rusiyanın informasiya məkanındakı təhdidlərlə bağlı bəyanat yayıb
  • 17-08-2026, 12:25
    Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb
  • 17-08-2026, 12:22
    Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb
  • 17-08-2026, 12:20
    Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb
  • 17-08-2026, 12:16
    Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var
  • 17-08-2026, 12:14
    General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb
  • 17-08-2026, 12:02
    DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
  • 16-08-2026, 14:29
    Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
  • 16-08-2026, 14:26
    Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib
  • 15-08-2026, 14:12
    Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür
  • 15-08-2026, 14:05
    Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək
  • 15-08-2026, 14:01
    Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib
  • 14-08-2026, 10:30
    Azərbaycan nefti 93,97 dollara satılır
  • 14-08-2026, 10:27
    Xankəndi şəhərinə növbəti köç yola salınıb
  • 14-08-2026, 10:24
    Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzindədir
  • 13-08-2026, 17:13
    Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
  • 13-08-2026, 17:09
    Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə