• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ali Məhkəmə xarici hökmlərin tanınması ilə bağlı vahid təcrübə müəyyən edib

Cəmiyyət

21-11-2025, 16:51

Bakı, 21 noyabr.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası xarici hökmün tanınması ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Ali Məhkəmədən verilən məlumata görə, Rusiya istintaq orqanları tərəfindən irəli sürülmüş ittihama əsasən, şəxs 2007-ci il avqustun 11-də Rusiyanın Rostov vilayətində tanışı Y.Kovalevanın evinə qanunsuz daxil olaraq oğurluq etməyə cəhd edib. Hadisə zamanı onu görən qohum A. Nazarenkoya bıçaqla xəsarətlər yetirərək ölümünə səbəb olub. Rusiya istintaq orqanlarının məlumatına əsasən, hadisə yerindən götürülmüş barmaq izləri Abdullayevə məxsus olub və o, ilkin mərhələdə cinayəti etiraf edib.

Rusiya məhkəmələri işi şəxs barəsində qiyabi qaydada araşdıraraq onu 17 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediblər. Azərbaycanda həmin hökmün tanınması üçün edilən müraciətə isə apellyasiya instansiyası tərəfindən imtina verilib.

Sonradan Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət olunub. Ali Məhkəmə qəbul etdiyi qərarda bildirib ki, xarici dövlətin qiyabi hökmünün tanınması məsələsinə yanaşmada əsas diqqət müdafiə hüquqlarının real təminatı və beynəlxalq standartlara uyğunluğun qiymətləndirilməsinə yönəlməlidir. Məhkəmə vurğulayıb ki, müxtəlif ölkələrin cinayət-prosessual qanunvericiliklərində qiyabi icraata fərqli yanaşmalar mövcud olsa da, bu fərqliliklər hökmün tanınmasından imtina üçün avtomatik əsas ola bilməz. Əsas meyar – şəxsin müdafiə imkanlarının reallaşdırılması üçün real şəraitin yaradılıb-yaradılmamasıdır.

Məhkəmənin mövqeyinə görə, müdafiəçinin formal iştirakının təmin edilməsi müdafiə hüququnun tam təmin edilməsi demək deyil. Müdafiə fəaliyyəti şəxsin prosessual hüquqlarının aktiv qorunmasını nəzərdə tutur. Bu baxımdan məhkəmə xüsusilə tərcümə təminatının olub-olmamasını, müdafiəçinin seçimi ilə bağlı şəffaflığı, ifadə və etirafların işgəncə və ya digər qanunsuz təsirlərlə əldə edilib-edilməməsinin araşdırılmasını, məhkəmə prosesini obyektiv əks etdirən protokolların və audio-video yazıların mövcudluğunu qiymətləndirməyin vacibliyini qeyd edib. Bu materiallar təqdim edilmədiyinə görə Ali Məhkəmə müdafiə hüquqlarının real təminatı barədə obyektiv qiymətləndirmə aparmağın mümkün olmadığı qənaətinə gəlib.

Məhkəmə, həmçinin qiyabi hökmlərin beynəlxalq hüquq normalarındakı yerini təhlil edərək qeyd edib ki, qiyabi məhkumetmənin özü hüquq pozuntusu hesab edilmir. Beynəlxalq sənədlərdə ən mühüm təminatlardan biri şəxsin qiyabi hökmə qarşı etiraz imkanı və işin onun iştirakı ilə yenidən araşdırılması hüququnun mövcudluğudur. Bu səbəbdən xarici hökmün tanınması həmin təminatların mövcudluğu və təqdim olunan sübutların etibarlılığı prizmasından qiymətləndirilməlidir.

Ali Məhkəmə əlavə edib ki, hökmün Rusiya Federasiyasında kassasiya qaydasında mübahisələndirilməməsi onun tanınmasından imtina üçün əsas deyil, çünki hökm artıq apellyasiya instansiyasından keçərək qanuni qüvvəyə minib. Bununla yanaşı, məhkəmə qeyd edib ki, tanınma məsələsində əsas araşdırma yükü apellyasiya instansiyasının üzərinə düşür və bu məhkəmə iş üzrə tam, qərəzsiz və hərtərəfli məlumat toplamalı idi. Lakin tələb olunan materiallar Rusiya tərəfindən təqdim olunmadığı halda apellyasiya məhkəməsinin qərara gəlməsi tələsilmiş addım kimi qiymətləndirilib.

Göstərilən arqumentləri nəzərə alan Ali Məhkəmə belə nəticəyə gəlib ki, müdafiə hüquqlarının pozulub-pozulmadığının obyektiv qiymətləndirilməsi üçün zəruri sübutlar toplanmalı, Rusiyadan istintaq materiallarının tam həcmi, məhkəmə iclaslarının protokolları və əgər mövcuddursa, məhkəmə iclaslarının audio-video yazıları əldə olunmalı, işgəncə iddiaları araşdırılmalı və yalnız bundan sonra hökmün tanınması və ya tanınmadan imtina barədə əsaslandırılmış qərar verilməlidir. Bu səbəbdən Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını ləğv edərək işi yenidən baxılması üçün həmin məhkəməyə qaytarıb.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

14-01-2025, 17:54

Ali Məhkəmə məhkum tərəfindən vurulmuş ziyanın ödənilməsinə dair mühüm qərar qəbul edib

Hadisə

22-07-2024, 16:38

Ziya Bünyadovun qatillərinin azadlığa buraxılmasına çalışanlar kimdir? - Həbs olunanlar var

Hadisə

14-03-2025, 11:40

Yevlaxda bıçaqlanma hadisəsi ilə əlaqədar şübhəli bilinən şəxslər tutulub

Cəmiyyət

2-05-2025, 12:52

Ali Məhkəmə ailə başçısının itirilməsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisələrə dair qərar verib

Cəmiyyət

29-12-2024, 15:44

Rusiya İstintaq Komitəsinin sədri ilə Azərbaycanın baş prokuroru arasında telefon danışığı olub

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • 20-08-2026, 09:45
    Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər
  • 18-08-2026, 12:12
    Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək
  • 18-08-2026, 12:10
    Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar
  • 18-08-2026, 12:07
    Azərbaycan Mətbuat Şurası Rusiyanın informasiya məkanındakı təhdidlərlə bağlı bəyanat yayıb
  • 17-08-2026, 12:25
    Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb
  • 17-08-2026, 12:22
    Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb
  • 17-08-2026, 12:20
    Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb
  • 17-08-2026, 12:16
    Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var
  • 17-08-2026, 12:14
    General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb
  • 17-08-2026, 12:02
    DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
  • 16-08-2026, 14:29
    Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
  • 16-08-2026, 14:26
    Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib
  • 15-08-2026, 14:12
    Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür
  • 15-08-2026, 14:05
    Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək
  • 15-08-2026, 14:01
    Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib
  • 14-08-2026, 10:30
    Azərbaycan nefti 93,97 dollara satılır
  • 14-08-2026, 10:27
    Xankəndi şəhərinə növbəti köç yola salınıb
  • 14-08-2026, 10:24
    Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzindədir
  • 13-08-2026, 17:13
    Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
  • 13-08-2026, 17:09
    Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş
  • 13-08-2026, 12:32
    Birinci ixtisas qrupunda 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb
  • 13-08-2026, 12:26
    Ali Məhkəmə: Valideyn aliment öhdəliyi müqabilində valideynlik hüququndan imtina edə bilməz
  • 13-08-2026, 12:21
    Qlobal logistika Naxçıvanda mərkəzlənir: Azərbaycanın təhlükəsizlik və dəhliz strategiyası – TƏHLİL
  • 12-08-2026, 12:23
    DİN: 46 kiloqram narkotik vasitənin dövriyyəsinin qarşısı alınıb
  • 12-08-2026, 12:21
    Prezidentin Naxçıvan səfəri: Muxtar respublikanın kompleks inkişafında və strateji rolunun artırılmasında yeni mərhələ - TƏHLİL
  • 12-08-2026, 12:17
    Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat ayrılıb - SƏRƏNCAM
  • 11-08-2026, 15:22
    ABŞ, Ermənistan və Azərbaycanın Birgə Bəyanatı Türkiyə mediasının diqqət mərkəzindədir
  • 11-08-2026, 15:05
    İlahiyyat İnstitutu: Dini dezinformasiyanın qarşısının alınması üçün dini savadlılığın artırılması vacibdir
  • 11-08-2026, 14:55
    Külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 10-08-2026, 13:23
    Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?
  • 10-08-2026, 13:18
    Azərbaycanda insult və neyrovaskulyar xəstəliklərin vahid reyestri yaradılır
  • 10-08-2026, 13:15
    Lisenziyasız kosmetoloji fəaliyyət göstərən şəxs barəsində qanuni tədbirlər görülüb
  • 9-08-2026, 13:03
    Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur
  • 9-08-2026, 12:59
    Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür
  • 8-08-2026, 13:48
    Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə