• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Mütəxəssis: Orqan köçürülmüş xəstələrdə laborator nəzarət gecikməməlidir

Cəmiyyət

15-12-2025, 12:37

Bakı, 15 dekabr.

Orqan köçürülməsi insan həyatını xilas edən çox önəmli və mürəkkəb əməliyyatdır. Orqan transplantasiyasından sonra immunosupressantların qəbulu vacibdir, çünki insanın immun sistemi təbii olaraq transplantasiya edilmiş orqanı “yad” kimi qəbul edir. İmmunosupressantlar müntəzəm qəbul edilmədikdə və ya qanda səviyyəsi azaldıqda immun sistemi yenidən aktivləşir. Bu da xəstənin vəziyyətinin ağırlaşmasına səbəb olur. Bu səbəbdən müntəzəm olaraq qanda laborator müayinə aparılmaqla immunosupressantların səviyyəsinə nəzarət edilməlidir. İmmunosupressiv dərmanların düzgün dozada və müntəzəm qəbulu uğurlu transplantasiyanın əsas şərtlərindəndir. Belə ki, orqan transplantasiyası olunmuş xəstələrdə immunosupressiv preparatların qandakı səviyyəsinin cüzi dəyişkənliyi belə, terapiyanın effektivliyinə ciddi təsir göstərə bilir. Buna görə də, qanda dərman konsentrasiyasının dəqiq və etibarlı şəkildə ölçülməsi klinik baxımdan həyati əhəmiyyət daşıyır. Alınan nəticələrə əsasən, müalicə həkimi uyğun dozanı seçir və nəticədə müalicənin effektivliyi və xəstənin həyati təhlükəsizliyi qorunur.

Bunu Səhiyyə Nazirliyinin Mərkəzi Kimyəvi və Toksikoloji Laboratoriyasının Baş direktoru Mətanət Axundova deyib.

O qeyd edib ki, immunosupressiv dərmanların müalicə həkimi tərəfindən təyin olunmuş dozadan az qəbul edilməsi immun sistemin həddən artıq zəifləməsinə səbəb olur. Nəticədə, orqanizmdə infeksiyalara qarşı yüksək həssaslıq yaranır, infeksiyaların inkişaf riski artır. Bu isə transplantasiya edilmiş orqanlarda rəddolunma riskinin artmasına, autoimmun xəstəliklərin kəskinləşməsinə, iltihab proseslərinin yenidən aktivləşməsinə və ümumilikdə müalicənin effektivliyinin azalmasına gətirib çıxara bilir. Dozanın çoxluğu isə dərmandan asılı olaraq qaraciyər, böyrək və sümük iliyində zədələnmələrə səbəb olur, həmçinin qan azlığı kimi hematoloji problemlər törədə bilir.

“İmmunosupressiv dərmanların eyni dozada müxtəlif insanlarda fərqli təsir göstərməsi orqanizmin genetik xüsusiyyətləri, qaraciyər və böyrək fəaliyyətinin səviyyəsi, yaş, cins, bədən çəkisi və ümumi sağlamlıq vəziyyəti ilə bağlıdır. Genetik fərqlər dərmanları parçalamaq üçün lazım olan fermentlərin fəaliyyətini dəyişdirdiyindən eyni dərman bir insanda tez parçalanaraq zəif təsir göstərə, digərində isə gec metabolizə olunaraq daha güclü təsir yarada bilər. Qaraciyər və böyrək funksiyasında olan fərqlər də dərmanların orqanizmdə yığılma və xaricolma sürətinə təsir edir. Həmçinin digər dərmanlarla qarşılıqlı təsirlər, bəzi qidalar, siqaret və alkoqol kimi həyat tərzi faktorları immunosupressiv dərmanların təsir gücünü dəyişdirə bilir. Buna görə immunosupressiv dərmanların dozası hər bir xəstənin fərdi xüsusiyyətləri nəzərə alınaraq tənzimlənməli və müntəzəm laborator nəzarət altında saxlanmalıdır”,- deyə mütəxəssis əlavə edib.

Mətanət Axundova qanda immunosupressiv dərman monitorinqinin vaxtında aparılmamasının mənfi təsirlərindən danışıb: “Orqan transplantasiyası olunmuş xəstələrdə qanda immunosupressiv dərmanların laborator monitorinqinin vaxtında aparılmaması ciddi klinik və patofizioloji nəticələrə gətirib çıxarır. Vaxtında aparılmayan laborator nəzarət həm terapevtik effektin azalmasına, həm də təhlükəli yan təsirlərin artmasına səbəb ola bilir. Bundan əlavə, orqan transplantasiyası olunmuş xəstələrdə laborator müayinələrin gecikməsi bir neçə səbəbdən psixoloji gərginlik və narahatlıq yarada bilər. Belə ki, xəstə immunosupressiv dərmanların səviyyəsinin norma daxilində olub-olmadığını və transplant edilmiş orqanın necə işlədiyini bilmədikdə, bu qeyri-müəyyənlik narahatlıq səviyyəsini artırır və müayinələrin vaxtında aparılmamasının, terapiyanın kifayət qədər effektiv olmamasına və orqanın rəddolunma riskinin artmasına gətirib çıxara biləcəyi anlayışı stresi gücləndirir. Bu səbəbdən, orqan transplantasiya olunmuş xəstələrdə qanda immunosupressiv dərmanların monitorinqi müntəzəm və vaxtında aparılmalıdır. Eyni zamanda, doza tənzimləmələri laborator nəticələr və klinik göstəricilər əsasında müəyyən edilməlidir. Müntəzəm laborator monitorinq köçürülən orqanın qorunması, dozanın optimal terapevtik səviyyədə saxlanması və xəstənin klinik təhlükəsizliyinin təmin olunması baxımından həyati əhəmiyyətlidir. Orqan köçürülməsindən sonra xəstənin həyatı immunosupressiv preparatların qəbuluna necə riayət etməsindən birbaşa asılıdır. İmmonosupressiv preparatlar həkimin təyin etdiyi dozada və saatda qəbul edilmədikdə köçürülmüş orqanı qorumaq mümkün olmur. Çünki qəbul vaxtının dəyişməsi dərmanın orqanizmdəki miqdarına təsir göstərir. Heç bir halda dərmanın dozasını özbaşına artırmaq və ya azaltmaq olmaz. Bu qərarı yalnız laborator müayinələrin nəticələrinə istinadən müalicə həkimi verə bilər. Bəzi xəstələr özlərini yaxşı hiss etdikdə dərmanın dozasını azaltmağa, bəzən isə daha tez sağalmaq ümidi ilə artırmağa çalışırlar. Lakin bu, çox təhlükəlidir. Hər iki hal transplantasiya olunmuş orqanın funksional pozğunluğuna və xəstənin ümumi sağlamlıq vəziyyətinə mənfi təsir göstərə bilər. Həmçinin xəstələr yeni dərman, vitaminlər, qida əlavələri qəbul etməzdən əvvəl mütləq müalicə həkimləri ilə məsləhətləşməlidirlər. Çünki bəzi maddələr immunosupressantların təsirini zəiflədə və ya gücləndirə bilər. Bu isə dərman səviyyəsində kəskin dəyişiklik yaradır. Unutmamalıyıq ki, immunosupressantlar transplantasiya olunan orqanın yeni sahibinə uyğunlaşmasını təmin edən ən vacib vasitədir. Onlara düzgün riayət etmək orqanın uzun illər sağlam qalmasına şərait yaradır”.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

21-08-2024, 20:45

® Mərkəzi Gömrük Hospitalında qaraciyər və böyrək transplantasiyası əməliyyatları müxtəlif yaş qruplarında uğurla icra olunur

Cəmiyyət

19-09-2025, 14:49

Mütəxəssis: Sümük iliyi donorluğu minlərlə insanın həyatını xilas edə bilər

Cəmiyyət

17-10-2025, 17:44

Azərbaycanda orqan donorluğu və transplantasiya xidmətləri inkişaf etdirilir

Cəmiyyət

10-12-2024, 12:04

Mircəlal Kazımi: 16 ildə Azərbaycanda 2 minə yaxın insanda orqan transplantasiyası əməliyyatı icra edilib

Dünya

18-06-2025, 11:48

Orqan zədələnməsinin erkən aşkarlanmasında qan testi yeni üfüqlər açır - TƏDQİQAT

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 15:42
    “Brent” neftinin qiyməti 90 dollardan aşağı enib
  • Сегодня, 15:39
    BDU-nun tələbəsi adını qazanan şəhid övladları
  • Сегодня, 15:34
    Baş prokuror Şəkidə sakinlərin müraciətlərini dinləyib, yeni xidməti mənzillər istifadəyə verilib
  • Сегодня, 15:29
    AQTA monitorinq keçirib, 158,4 kiloqram uyğunsuz dondurma məhsulu məhv edilib
  • Сегодня, 14:40
    Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək
  • Сегодня, 14:36
    Faiz müqabilində borc verənləri hansı təhlükə gözləyir? - Ali Məhkəmə xəbərdarlıq etdi
  • Вчера, 11:10
    Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
  • Вчера, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • Вчера, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 23-08-2026, 11:41
    Səbinə Əliyeva: Ombudsman və milli insan hüquqları təsisatları süni intellektin təhlükəsiz tətbiqinin təşviqində mühüm rol oynayır
  • 23-08-2026, 11:37
    Bu gün Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi Günüdür
  • 23-08-2026, 11:35
    Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
  • 22-08-2026, 13:01
    Bakıda oğurluq edən 4 şəxs saxlanılıb
  • 22-08-2026, 12:58
    Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək
  • 22-08-2026, 12:54
    Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir
  • 20-08-2026, 09:45
    Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər
  • 18-08-2026, 12:12
    Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək
  • 18-08-2026, 12:10
    Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar
  • 18-08-2026, 12:07
    Azərbaycan Mətbuat Şurası Rusiyanın informasiya məkanındakı təhdidlərlə bağlı bəyanat yayıb
  • 17-08-2026, 12:25
    Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb
  • 17-08-2026, 12:22
    Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb
  • 17-08-2026, 12:20
    Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb
  • 17-08-2026, 12:16
    Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var
  • 17-08-2026, 12:14
    General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb
  • 17-08-2026, 12:02
    DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
  • 16-08-2026, 14:29
    Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
  • 16-08-2026, 14:26
    Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib
  • 15-08-2026, 14:12
    Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür
  • 15-08-2026, 14:05
    Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək
  • 15-08-2026, 14:01
    Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib
  • 14-08-2026, 10:30
    Azərbaycan nefti 93,97 dollara satılır
  • 14-08-2026, 10:27
    Xankəndi şəhərinə növbəti köç yola salınıb
  • 14-08-2026, 10:24
    Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzindədir
  • 13-08-2026, 17:13
    Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
  • 13-08-2026, 17:09
    Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə