• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Psixoloq: Yeniyetməlik dövründə uşaqların şəxsiyyət kimi təsdiq olunması çox vacibdir

Cəmiyyət

5-01-2026, 12:30

Bakı, 5 yanvar.

Yeniyetməlik dövrü uşaqlıqdan yetkinliyə keçid yolunda olan, adətən, 10-19 yaşları əhatə edən, fiziki, psixoloji, sosial və intellektual inkişafın sürətləndiyi, şəxsiyyətin formalaşdığı vacib bir mərhələdir. Yeniyetmələr müstəqillik qazanmaq və dünyanı anlamaq üçün yeni məsuliyyətlərlə üzləşməli olurlar. Çünki onlar azyaşlı uşaq olarkən böyüklərin həyat fəaliyyətlərinin ancaq görünən tərəflərini müşahidə edirdilər. Arxa planda baş verənləri onlardan uzaq tutmağa çalışırdıq. Amma zaman gəldikdə pərdənin arxası açılmağa başlayır və həyatın həqiqi tərəflərini tam və ya qismən uşaqlarımız görür. Həmin dövrdə valideynin dəstəyi, müstəqilliyə can atarkən, yanlarında olmaq və sosial şəbəkələrin təsirini diqqətdə saxlamaq çox vacibdir. Fiziki olaraq onların bədəni dəyişir, böyüyür, səs tonu dəyişir, tərləmə artır, hormonal dəyişiklik duyğu və davranışlarda özünü göstərir. Eyni zamanda, psixoloji olaraq uşaqlarda özünüdərk və tənqidi düşüncələr yaranır. Bu dövrdə emosional mühit dəyişkən olur, tez təsirlənir və ya əksinə laqeydlik görünür. Sosial maraqlar, gözləntilər dəyişə bilər. Uşaqlar bizdən uzaqlaşaraq, özlərinin axtarışında olurlar. Onlarda “Mən kiməm, kimə lazımam?”, “Nə üçün yaşayıram?”, “Məni kim sevir, məni kim dinləyir?” kimi suallar ortaya çıxır. Bu dövrdə bir şəxsiyyət kimi təsdiq olunmaq, “sən də varsan”, “ağıllısan”, “bizdən birisən” kimi qarşı tərəfdən eşidilməsi istənilən sözlər çox vacib sayılır. Bunu hiss etmədikdə, etiraz, üsyankar davranışları isə, təəssüf ki, böyüklər tərəfindən sərt qəbul edilir.

Bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin klinik uşaq psixoloqu Elnarə Baxışlı deyib.

Elnarə Baxışlının sözlərinə görə, hər bir valideyn bilməlidir ki, uşağının böyüməsi ilə o özü də dəyişməlidir. “Cəmiyyət içində uşaqlarımız bir çox xoşagəlməzliklərə şahid ola bilərlər. Çətinliklərdən, akademik fəaliyyətlərində, sevgidə və dostluqda yaşana biləcək uğursuzluqlardan heç kim sığortalanmayıb, çünki səhv etmək həyatın tələbidir. Valideyn olmaq güclü psixoloji, mənəvi və pedaqoji işdir, hətta vəzifədir. Uşaqlar üçün valideynin evdəki emosional halı, əhvali-ruhiyyəsi çox önəmlidir. Uşaq bundan qidalanır və güc alır. Çünki bu əhvali-ruhiyyə onun üçün bir günəş şüası kimidir. Valideynlər öz aralarında olan nifaqı uşaqlara hiss etdirməməlidirlər, lakin yanlış doğru olanları da onlara dərk etdirmək lazımdır. Valideynlər nə desə də, nə qədər nəsihətlər etsələr də, uşaqları çox zaman valideynlərin hərəkətlərini təkrarlayırlar. Sözsüz ki, yeniyetmələr üçün vacib olan ehtiyaclar var. Müstəqilliyə hazır olmaq, qidalanmaq, təhsil almaq, istirahət etmək, tibbi yardım almaq, mənəvi inkişaf yollarını və vasitələri seçmək və s. Hər bir yeniyetmə öz hüquqlarını bilməsini, daha yaxşı yaşamağını istəyəcək, akademik maraqları üçün məsləhətlərə ehtiyac duyacaq, cinsi inkişafı ilə bağlı məlumatlar və məsləhətlər axtaracaq. Sosial şəbəkələrdə bunu təklif edən, öyrədən və yol göstərən sonsuz sayda insanlar olacaq, onlarla bunları müzakirə etmək daha rahat olacaq. Çünki valideyndəki kimi emosional gərginlik hissini verməyəcək, utancaqlıq yaratmayacaq. Buna nəzarət necə olunmalıdır və ümumiyyətlə, müdaxilə etmək nə qədər düzgündür? Burada ən vacib iş bu dövrə hazırlıqlı olmaqdır. Yəni, uşağınızın 16 yaşı varsa və siz əvvəlcədən sağlam səmimiyyətin və güvənin bünövrəsini qoymamısınızsa, uşağınızla danışmaq çox çətin olacaq. 6-7 yaşlarından başlayaraq, uşaqlar öz genderliyini dərk etməlidirlər. Bu məsələdə əsas iş tənqid etmədən, xoş niyyətlə, maraqlı görünərək, hörmətlə onların sosial şəbəkədəki fəaliyyətləri və virtual dostları haqqında danışmaq lazımdır”, - deyə o vurğulayıb.

Paylaş:
Digər xəbərlər

Hadisə

29-09-2024, 12:01

Hər il dünyada ürək xəstəliklərindən 20,5 milyon nəfər həyatını itirir

İdman

8-02-2024, 20:43

Azərbaycan güləşçisi: Öz çəkimdə dünyanın ən güclüsü ola bilərəm

İqtisadiyyat

17-07-2024, 17:59

Dövlət və özəl müəssisələrin xidmətlərindən istifadə zamanı şəxsiyyət vəsiqəsi rəqəmsal formada təqdim olunacaq

İdman

6-02-2024, 19:26

Azərbaycan güləşçisi: Gələn ildən özümü Olimpiya çəkisində sınamaq istəyirəm

Cəmiyyət

4-04-2024, 13:49

Sosial Xidmətlər Agentliyinin nümayəndəsi: Hər bir fərdin şəxsiyyət kimi yetişməsi üçün ilk növbədə tərbiyə olunması vacib şərtdir

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 15:42
    “Brent” neftinin qiyməti 90 dollardan aşağı enib
  • Сегодня, 15:39
    BDU-nun tələbəsi adını qazanan şəhid övladları
  • Сегодня, 15:34
    Baş prokuror Şəkidə sakinlərin müraciətlərini dinləyib, yeni xidməti mənzillər istifadəyə verilib
  • Сегодня, 15:29
    AQTA monitorinq keçirib, 158,4 kiloqram uyğunsuz dondurma məhsulu məhv edilib
  • Сегодня, 14:40
    Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək
  • Сегодня, 14:36
    Faiz müqabilində borc verənləri hansı təhlükə gözləyir? - Ali Məhkəmə xəbərdarlıq etdi
  • Вчера, 11:10
    Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
  • Вчера, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • Вчера, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 23-08-2026, 11:41
    Səbinə Əliyeva: Ombudsman və milli insan hüquqları təsisatları süni intellektin təhlükəsiz tətbiqinin təşviqində mühüm rol oynayır
  • 23-08-2026, 11:37
    Bu gün Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi Günüdür
  • 23-08-2026, 11:35
    Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
  • 22-08-2026, 13:01
    Bakıda oğurluq edən 4 şəxs saxlanılıb
  • 22-08-2026, 12:58
    Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək
  • 22-08-2026, 12:54
    Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir
  • 20-08-2026, 09:45
    Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər
  • 18-08-2026, 12:12
    Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək
  • 18-08-2026, 12:10
    Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar
  • 18-08-2026, 12:07
    Azərbaycan Mətbuat Şurası Rusiyanın informasiya məkanındakı təhdidlərlə bağlı bəyanat yayıb
  • 17-08-2026, 12:25
    Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb
  • 17-08-2026, 12:22
    Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb
  • 17-08-2026, 12:20
    Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb
  • 17-08-2026, 12:16
    Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var
  • 17-08-2026, 12:14
    General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb
  • 17-08-2026, 12:02
    DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
  • 16-08-2026, 14:29
    Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
  • 16-08-2026, 14:26
    Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib
  • 15-08-2026, 14:12
    Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür
  • 15-08-2026, 14:05
    Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək
  • 15-08-2026, 14:01
    Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib
  • 14-08-2026, 10:30
    Azərbaycan nefti 93,97 dollara satılır
  • 14-08-2026, 10:27
    Xankəndi şəhərinə növbəti köç yola salınıb
  • 14-08-2026, 10:24
    Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzindədir
  • 13-08-2026, 17:13
    Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
  • 13-08-2026, 17:09
    Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə