Bakı, 19 fevral.
Nəzarət tədbirləri çərçivəsində “Beneva” MMC-nin Hindistandan idxal etdiyi “JMB Pharmaceutıcals” müəssisəsinin istehsalı olan 4500 ədəd “Pregnola” əmtəə nişanlı bioloji aktiv qida məhsulu (istehsal tarixi 1 may 2025 – son istifadə tarixi 1 aprel 2027-ci il ) müayinələrə cəlb olunub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, sınaq nəticəsində məhsul partiyasının normativ tələblərə cavab vermədiyi müəyyən edilib.
Uyğunsuzluq aşkarlanan məhsul partiyası barədə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qərar qəbul olunaraq məhv edilib.