“Crocus City Hall”da törədilmiş terror aktı nəticəsində ölənlərin cəsədlərinin identifikasiyasına başlanılıb.
Bu barədə Moskva Səhiyyə departamenti məlumat yayıb.
Bildirilir ki, prosedurlar paytaxtın Məhkəmə-Tibbi Ekspertiza Bürosunda aparılır. Həlak olanların yaxınları bu büroya dəvət olunurlar. Mütəxəssislər cəsədlərin bəzilərinin tanınmaz hala düşdüyünü nəzərə alaraq, molekulyar-genetik ekspertizaya ehtiyac duyulacağını və bu səbəbdən prosedurun bir neçə həftə davam edə biləcəyini ehtimal edirlər.