Sinqapur Hava Yolları” şirkətinin London-Sinqapur istiqamətində uçan sərnişin təyyarəsinin hava boşluğu zonasına düşməsi nəticəsində azı bir nəfər ölüb, bir neçə sərnişin xəsarət alıb.
Göyərtəsində 211 sərnişin və 18 heyət üzvü olan “Boeing-777-300ER” tipli təyyarə istiqamətini dəyişərək yerli vaxtla saat 15:45-də Tailandın paytaxtı Banqkok hava limanına fövqəladə eniş edib.
Medianın xəbərlərinə görə 30 nəfər xəsarət alıb.