İraqın qərbindəki Ənbar vilayətində beynəlxalq koalisiya qoşunlarının istifadə etdiyi Ayn əl-Əsəd hava bazası raket atəşinə tutulub.
Bu barədə “Shafaq News” portalı təhlükəsizlik xidmətindəki mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, axşam saatlarında Amerika hərbçilərinin yerləşdiyi bazaya azı iki raket atılıb.