Astana, 2 oktyabr.
Qazaxıstan Xarici İşlər Nazirliyi ölkənin İsraildəki vətəndaşları üçün səfirliyin tövsiyələrini dərc edib.
"Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi fonunda Qazaxıstanın Təl-Əvivdəki səfirliyi İsraildə olan bütün Qazaxıstan vətəndaşlarına yüksək təhlükəsizlik tədbirlərinə riayət etməyi, sayıq və ehtiyatlı olmağı tövsiyə edir".
Bundan əlavə, Qazaxıstan Respublikası vətəndaşlarına son xəbərləri izləmək, həmçinin Qazaxıstan səfirliyi ilə əlaqədə qalmaq təkidlə məsləhət görülür.