• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ermənilər odla oynamağa başladılar

Gündəm / Siyasət

29-01-2024, 13:29

Ötən ilin sonlarında, Xankəndidə separatçı rejimin fəaliyyətinin bitməsinə az qalmış qarabağlı ermənilərin “parlament”ində “Artsax məsələsi üzrə beynəlxalq komissiya” yaradılıbmış.
Parlament mandatı alan bu komissiya beynəlxalq təşkilatlarda və müxtəlif qurumlarda “qarabağlı ermənilərin əsas hüquqlarının müdafiəsi, repatriasiya və s. məsələlərlə məşğul olmalı” idi.
Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan indiyədək yaradılması ermənilərdən sirr saxlanılan bu “komissiya” barədə açıqlama verib. O, daha sonra bəyan edib ki, komissiyanın fəaliyyətinin “koordinasiyası” ilə məşğul olacaq.
İrəvanda çıxan “Hraparak” qəzetinin yazdığına görə, komissiyada “Daşnaksutyun” nümayəndəsi Mario Nalbandyan, “Hay Dat”ın (“Erməni məsələsi”) Avropa ofisinin rəhbəri Qaspar Karapetyan, sabiq deputat Karen Bekaryan, “Qarabağın ombudsmeni” Gegam Stepanyan və başqaları var.
V.Oskanyanın sözlərinə görə, komissiyanın heyəti daha da genişlənəcək.
O bildirib ki, hazırda qarşılarında duran əsas məsələ Qarabağlı ermənilərin repatriasiyasının, yəni Azərbaycana geri qayıdışının, onların “tam təhlükəsiz və normal yaşamının” təminatıdır.
“Erməni xalqının bir qisminin ev-eşiklərindən zorla çıxarıldığı, Ermənistan isə yeni itkilər təhdidi ilə “sülh”ə vadar edildiyi bir zamanda regionda dayanıqlı sülh mümkün deyil. Belə sülh və stabillik əsla dayanıqlı ola bilməz. Yalnız problemin balanslaşdırılmış həlli, o cümlədən qarabağlı ermənilərin hüquqlarının bərpası və tam təminatı bölgədə sülhün bərqərar olmasını şərtləndirə bilər”, - Vardan Oskanyan Facebook səhifəsində yazıb.
Özünü Xankəndidəki sabiq separatçı xuntanın “parlament”inin “xarici əlaqələr komissiyası”nın sədri adlandıran Vahram Balayan da Oskanyanın bəhs etdiyi komissiyanın üzvü olduğunu bəyan edib.
Qarabağlı ermənilərin "qayıdışı və hüquqlarının təminatı" ilə məşğul olduğunu bəyan edən komissiya rəsmi İrəvanın təşəbbüsü deyil.
Xankəndidə yaradılan bu kvaziqurum sonradan Vardan Oskanyanın nəzarətinə keçib və bu şəxs, yəni Ermənistanın sabiq xarici işlər naziri tərəfindən idarə olunur.
Azərbaycanı könüllü tərk edərək Ermənistana yollanmış qarabağlı ermənilərin repatriyasiyası, yəni geri qayıdışı hazırda İrəvanda aktual mövzu deyil. Ermənistanın baş naziri Nikol Paşiyan dəfələrlə bəyan edib ki, onun hakimiyyətinin məqsədi bu şəxslərin ev və işlə təmin edilməsidir. Həmin qarabağlı ermənilərə böyük məbləğdə olmasa da, yardımlar edilir.
Sayları sırf siyasi və merkantil məqsədlə artırılan, propaqanda üçün istifadə edilən qarabağlı ermənilərə gəldikdə, onların tam əksəriyyəti Ermənistanı tərk edərək başqa ölkələrə yollanmaq istəyirlər. İmkanı olan Ermənistandan gedir.
Qayıdış məsələsinə gəldikdə isə, qarabağlı ermənilər Azərbaycana dönə bilərlər. Lakin Azərbaycan vətəndaşlığını qəbul etməli, pasport və şəxsiyyət vəsiqəsi almalı, ölkəmizin qanunvericiliyinə qeyd-şərtsiz riayət etməlidirlər.
Qarabağlı ermənilər üçün qayıdış imkanlarını Bakının saxlaması Rusiyaınn Sülhməramlı Kontingentinin (RSK) hələ də Azərbaycan ərazisində qalmasının - 2025-ci ilədək - yeganə səbəbidir.
Ermənistandakı revanşistlər isə bu mövzudan siyasi məqsədlər üçün faydalanmağa çalışır, cəmiyyətdə qisasçılıq və revanşizm əhval-ruhiyyəsini artırmağa çalışırlar.
Onlar Nikol Paşinyana qarşı mübarizə apardıqlarını və onu hakimiyyətdən kənarlaşdırmağa çalışdıqlarını desələr də, Ermənistanın baş nazirinin ritorikasından ruhlanırlar.
Dünən Ermənistanda Ordu Günü münasibətilə keçirilən təntənəli tədbirdə erməni hərbçilər qarşısında çıxış edərkən Nikol Paşinyan bildirib: "Azərbaycanla sülh müqaviləsinin imzalanması prosesi uzanarsa, ölkələrimiz arasında qarşılıqlı olaraq hücum etməmək barədə pakt imzalana bilər. Ermənistan sülh gündəliyinə sadiqdir və ondan geri çəkilməyəcək".
Bununla da o, Ermənistanın Azərbaycanla apardığı daışıqlar prosesinə mütləq şəkildə "hami-təminatı" qismində ABŞ, Fransa və ya Avropa İttifaqını daxil etmək istəyini bir daha təsdiqləyib.
Paşinyanın əsas məqsədi isə Fransanın qarant qisminlə çıxış edərək gələcək sülh sazişinin baş təminatçısı statusuna yiyələnməsi, daha sonra isə Bakı ilə İrəvan arasınlda aparılacaq istənilən ikitərəfli danışıqlara üçüncü tərəf qismində qatılmasını legitimləşdirməkdir.
Təbii ki, rəsmi Bakı bununla razılaşmır və hər hansı ölkənin, təşkilatın, xüsusilə də Fransanın "beynəxalq təminatçı" statusunu əldə etməsinə imkan verməyəcək.
Ermənistanın sabiq prezidenti Robert Köçəryanın dönəmində XİN başçısı, indisə “rəhbər”inin “sağ əli” olan Vardan Oskanyanın koordinasiya etdiyi «komissiya» isə qayıdışla kifayətlənmir.
Oskanyanın dediyinə görə, qarabağlı ermənlərin qayıdışından sonra onların “öz müqəddəratlarını təyin etmək hüquqları reallaşmalı, qarabağlı ermənilərlə Ermənistan arasında heç bir yoxlama və maneələr olmadan yol açılmalı, bu yolda Azərbaycan hərbçiləri və polisləri olmamalı, ümumiyyətlə, Azərbaycan ordusunu və polislərini Qarabağdan çıxarmalıdır”.
Eyni zamanda, V.Oskanyanın sözlərinə görə, «qarabağlı ermənilərin hüquqlarının və təhlükəsizlikləri üçün beynəlxalq təminat mexanizmi yaradılmalıdır».
Beləliklə, aşkar görünür ki, V.Oskanyanın, daha doğrusu, Robert Köçəryanın və dəstəsinin “qarabağlı ermənilərin qayıdış konsepsiyası” əslində Ermənistandakı sabiqlərin və millətçilərin, habelə onların nəzarətindəki müxalifət təşkilatlarının və xarici ölkələrdəki erməni diaspor təşkilatlarının revanş planının bir hissəsidir. Məhz bu məqsədlə “komissiya”da daşnaklarla yanaşı, diaspor qurumlarının mənsubları da yer alıblar.
Xankəndindəki sabiq separatçı xuntanın Ermənistanda yarırəsmi olsa da, fəaliyyət göstərməsi qarabağlı ermənilərdən revanşist qüvvələrin vasitə kimi istifadə etməkdə qərarlı olduqlarına dəlalət edir.
Doğrudur, N.Paşinyan administrasiyası Xankəndindəki sabiq xuntanın keçmiş rəhbəri Samvel Şahramanyandan qanunsuz fəaliyyətə son qoymağı tələb etməsi, “Şahramanyanın Qarabağdan adi erməni qaçqın statusundan başqa statusu yoxdur” deməsi reallıqdır, amma bütün bunlara rəğmən S.Şahramanyan Ermənistanda məhz siyasi fəaliyyətlə məşğul olaraq revanşist qüvvələrlə birlikdədir.
Ermənistandakı qisasçı, irqçi və revanşist qüvvələr qarabğlı erməni separatçılarla birləşərək Xankəndində məhv edilmiş separtizmi yenidən dirçəltmək, hansısa “status”a nail olmaq istəyirlər.
Bütün bunlar Ermənistanda Robert Köçəryanın və ya Vardan Oskanyanın təşəbbüsü yox, onların Qərbdən, xüsusilə də Fransadan aldıqları təlimatlarla “məsləhətlər” əsasında hərəkət etdiyini, məhz Qərbin erməni revanşistlərlə separatçılardan faydalanaraq «qarabağlı ermənilərin qayıdışı» məsələsini sürəkli gündəmdə saxlamağa çalışdıqlarını göstərir.
Ermənistandakı revanşistlərin və qarabağlı ermənilərin "qayıdış problemi"ni daxili siyasi gündəmdə aramsız müzakirə obyektinə çevirməyə çalışanların Qərbdən idarə olunduqları şübhəsizdir.
ABŞ-dakı prezident seçkilərində namizəd qismində işiiraak etmiş respublikaçılar Vivpek Ramasvaminin və Ron Desantisin, habelə müstəqil namizəd Robert Kennedinin "qarabağlı ermənilərin qayıdışının vacibliyi" ilə bağlı dediklərini; Fransadakı erməni icmasının pullu sifarişləri əsasında senatorların və deputatların, bələdiyyə sədrlərinin və siyasətçilərin ritorikasını, ən nəhayət AŞPA və Avropa Parlamentindəki bir sıra deputatların çıxışlarını xatırlamaq yetər.

Elçin Alıoğlu

Paylaş:
Digər xəbərlər

Siyasət

8-12-2023, 19:16

Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini təyin edib

Siyasət

18-01-2024, 22:39

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

İqtisadiyyat

15-12-2023, 16:02

Nazir: İxrac potensialının artırılmasında bərpa olunan enerji mənbələrinin strateji rolu var

Siyasət

26-01-2024, 22:12

Milli Məclisin sədri Avropa Şurasına üzv dövlətlərin parlament sədrlərinə məktub ünvanlayıb

Siyasət

12-01-2024, 10:37

Fransada Natəvanın heykəlinə qarşı vandalizm mədəniyyətin siyasi alətə çevrildiyini əks etdirir - RƏY

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 10:50
    Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir
  • Сегодня, 10:48
    Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır
  • Сегодня, 10:46
    Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu işə başlayıb
  • Сегодня, 10:43
    Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir
  • Сегодня, 10:41
    Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır
  • Вчера, 12:01
    Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb
  • Вчера, 11:55
    Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib
  • Вчера, 11:52
    Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
  • Вчера, 11:50
    Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
  • Вчера, 11:46
    Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub
  • 29-09-2026, 11:58
    Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub
  • 29-09-2026, 11:55
    AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur
  • 29-09-2026, 11:52
    Bu gün Ümumdünya Ürək Günüdür
  • 28-09-2026, 14:20
    DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək
  • 28-09-2026, 14:16
    Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir
  • 28-09-2026, 14:13
    Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər
  • 28-09-2026, 14:10
    Vətən müharibəsinin xronikası: 28 sentyabr
  • 28-09-2026, 14:06
    "Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər
  • 27-09-2026, 11:22
    Bir dəqiqəlik sükut, əbədi ehtiram...
  • 27-09-2026, 11:07
    Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
  • 27-09-2026, 10:56
    Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalayıb
  • 26-09-2026, 09:44
    Seyid Yəhya Bakuvi irsi fəlsəfə tariximizin qızıl səhifəsidir
  • 26-09-2026, 09:42
    Bu gün reproduktiv sağlamlıq məsələlərinə xüsusi diqqət yetiriləcək
  • 26-09-2026, 09:39
    Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb
  • 26-09-2026, 09:37
    Prezident İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
  • 26-09-2026, 09:35
    Azərbaycan Prezidenti: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var
  • 26-09-2026, 09:33
    Prezident İlham Əliyev: Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər
  • 25-09-2026, 11:12
    Miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsabiqə elan edilib
  • 25-09-2026, 11:08
    Bakıda 14 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb
  • 25-09-2026, 11:05
    Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib
  • 24-09-2026, 15:27
    DİM: 668 namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
  • 24-09-2026, 15:24
    Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar
  • 24-09-2026, 15:21
    Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
  • 24-09-2026, 11:36
    Hərbi Prokurorluğun rəhbərliyi Naxçıvanda hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub
  • 24-09-2026, 11:34
    Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə