Fevralın 1-də gecə saatlarında Bakıxanov qəsəbəsi ərazisində bir nəfərin kəsici alətlə hədələnərək 2 min 500 manat pulunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, quldurluq əməlini törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Şahbazov Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıb.
Ondan narkotik vasitə olan heroin və metamfetamin aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.