Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 17-də və 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 müxtəlif markalı avtomat, 1 tapança, 13 müxtəlif markalı tüfəng, 10 patron darağı və 1081 patron təhvil götürüblər.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat, 3 tapança, 6 müxtəlif markalı tüfəng, 5 patron darağı və 74 patron aşkar edilərək götürülüb.