Viləş çayının Masallı şəhəri ərazisindən keçən hissəsinin kənarında, kisənin içərisindən silah-sursat tapılması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan bir AK-74 markalı avtomat və 4 patron aşkarlanaraq götürülüb.
Fakt üzrə araşdırma aparılır.