Bakıda evlərdən birindən 2 min dollar oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, martın 22-də paytaxtın Yeni Günəşli qəsəbəsində evlərin birindən 2000 ABŞ dollarının oğurlanması barədə polisə məlumat daxil olub. Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Hüseyn Sultanov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.