Nizami rayonu ərazisində bir nəfərin 1100 manat pulunun və qol saatının soyğunçuluq yolu ilə talanması barədə 23-cü Polis Bölməsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Məmixan Məmmədov, Sadiq Əzizov və daha 2 qadın müəyyən olunaraq saxlanılıb.
Həmçinin Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən mərc oyunları məntəqələrinin birindən 1530 manat dəyərində lotereya biletləri, mobil telefon və 3 ədəd notbuk oğurlamaqda şübhəli bilinən Alışan Mehbalıyev müəyyən olunaraq saxlanılıb.
Hər iki fakt üzrə araşdırmalar aparılır.