Fevralın 15-nə keçən gecə Bakının Nizami rayonu ərazisindən “Oka” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Hüseyncan Məlikli və Fərid Qədirov rayon ərazisində avtomobillə saxlanılıblar.
Araşdırma aparılır.