Beyləqanda “İSUZU” markalı avtobusun aşması nəticəsində 19 nəfər xəsarət alıb.
Beyləqan Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, xəsarət alanlardan 5 nəfərinin vəziyyəti ağır, qalanlarının vəziyyəti isə orta stabildir. Xəsarət alanların hamısına tibbi yardım göstərilib, müxtəlif müayinələrdən keçirilib.