Aprelin 18-də Bakının Sabunçu rayonunun Ramana qəsəbəsi ərazində yerləşən evlərdən birində iki nəfər dəm qazından zəhərlənərək ölüb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ölüm faktı üzrə Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.