Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 23-də ümumi çəkisi 19,2 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, narkotik vasitələrdən 9,4 kiloqramdan çox heroin, 5,4 kiloqramdan artıq marixuana, 4,3 kiloqramdan çox metamfetamin dövriyyədən çıxarılıb.
Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.