Şəmkirdə ölümlə nəticələn yol qəzası baş verib.
Hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan BMW markalı minik avtomobili yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb. Qəza zamanı sürücü - rayonun Mahmudlu kənd sakini, 1985-ci il təvəllüdlü Aslan Kirov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.