Mayın 2-də polis əməkdaşları narkotik vasitənin aşkarlanması üçün keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 20,3 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin 19,5 kiloqramdan çoxu marixuana, qalanı isə heroin, tiryək və metamfetamin, həmçinin 130 metadon həbi olub.
Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.