Bakı şəhərində polis əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir nəticəsində ölkəmizə gəlmiş üç Hindistan vətəndaşına qarşı dələduzluq etməkdə şübhəli bilinən Pakistan vətəndaşı 1993-cü il təvəllüdlü Shahid Kamran Ali saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, o, guya zərərçəkənlərə ABŞ-a getməkdə kömək edəcəyi vədini verərək onların maddi vəsaitini ələ keçirib.
Shahid Kamran Alinin törətdiyi qanunazidd əməllər barədə araşdırmalar davam etdirilir.
Onun hərəkətlərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.