Bakı, 15 iyul.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 13-də və 14-də ümumi çəkisi 36 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3 kiloqramdan artıq heroin, 31 kiloqrama yaxın marixuana, 1 kiloqramdan çox tiryək, 1,8 kiloqramdan çox metamfetamin, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə kolu olub.
Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir.