İyulun 20-də saat 8 radələrində paytaxtın Qaradağ rayonunun Ümid qəsəbəsində 1967-ci il təvəllüdlü Aybəniz Məhəmməd qızı Şükürzadənin kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən mərhumun oğlu 1991-ci il təvəllüdlü Kamran Etibar oğlu Şükürzadə saxlanılıb. O, könüllü şəkildə polis bölməsinə gedib.
Faktla bağlı araşdırma aparılır.