[center][/Binəqədi rayonunda baş vermiş insidentlə bağlı cinayət işi başlanılıb. Münaqişə tərəfləri - Xalq artisti Ağadadaş Ağayev və “Medera” hospitalının mühafizəçisi Nurəddin Cəlilov cinayət məsuliyyətinə cəlb olunublar.
Ağadadaş Ağayev və Nurəddin Cəlilov təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Lakin həbs və ya ev dustaqlığı qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə təqdimat verilməyib. İstintaq orqanının qərarı ilə təqsirləndirilən şəxslərin hər ikisi barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
Hadisə ilə bağlı Ağadadaş Ağayevin vəkilləri Şəfa Camalzadə və Asim Abbasov saytımıza açıqlama veriblər. Onların sözlərinə görə, müvəkkilləri ittihamları qəbul etmir:]]