Bakı, 16 avqust.
Avqustun 16-da saat 11 radələrində 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin Sumqayıt şəhərində yaşadığı mənzildə əl qumbarasının partlaması nəticəsində aldığı xəsarətlərdən ölüb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.