Bakı, 23 fevral.
Fevralın 21-də paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində İlqar Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, ilkin araşdırmalar nəticəsində İqor Lısenkonun tanışı İlqar Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.
İqor Lısenko iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.