Bakı, 13 iyul.
Bu gün Azərbaycanın 16 yaşadək oğlan və qızlardan ibarət Azərbaycan yığmaları Avropa çempionatının C divizionunda yarımfinal oyunlarına çıxacaqlar.
Əvvəlcə qızların komandası Cəbəllütariqdə keçiriləcək matçda Albaniya ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 17:45-də başlayacaq.
Oğlanlardan ibarət komanda isə Albaniyada təşkil olunan turnirdə Kosovo ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.