Bakı, 19 sentyabr.
Kişi və qadınlardan ibarət Azərbaycan yığmaları Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçirəcəklər.
Hər iki komanda VII turda İtaliyanın müvafiq kollektivləri ilə üz-üzə gələcək.
Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət milli (Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı, Məhəmməd Muradlı) 10 xalla 14-сü, Mixail Şereşevskinin başçılıq etdiyi (Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova) qadın komandası isə 10 xalla 19-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasına sentyabrın 23-də yekun vurulacaq.